GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

Tarix: 17-10-2018, 13:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 530
Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?


Son vaxtlar müəllimlərimiz arasında kabus kimi bir xəbər dolaşmaqdadır, bu kabusun adını sertifakiya və müəllimlərin attestasiyası adlandıra bilərik. Hələ diaqnostik imtahanın xofu canından çıxmamış müəllimlər yaxınlaşmaqda olan bəlanın konkret olaraq necə bir proses olduğundan tam xəbərsizdilər. Ortada yalnız bu qeyri-müəyyən və “kabus xəbərin” müxtəlif “qorxunc” tərəfləri şayə kimi dolaşmaqdadır. Bu xaotik vəziyyətə səbəb isə müəllimlərin attestasiyası ilə bağlı konkret heç bir sxemin ortada olmamasıdır.

Bu il iyulun 5-i prezident İlham Əliyev “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Həmin dəyişikliklərdən biri də müəllimlərin sertifikasiyadan keçməsi ilə bağlıdır. Oxuculara bildirək ki, qanuna əsasən, sertifikatlaşdırma – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həyata keçiriləcək.
Təhsil Nazirliyində sertifikasiya çaşqınlığı
Ortada olan xəbərlər isə qeyri-müəyyənliyi bir qədər də qatılaşdırmağa, yayılan şayələrin yaratdığı xofu bir az da mistikləşdirməyə xidmət edir. Maraqlıdır ki, işi qəlizləşdirən obyektlərdən biri məhz Təhsil Nazirliyinin özüdür. Bu qurum müəllimlərin sertifikasiyası ilə bağlı müxtəlif vaxtlarda müxtəlif mövqelərlə çıxış edib. Məsələn, hələ ötən il mövzuyla bağlı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyevın bildirirdi ki, sertifikasiya və attestasiya diaqnostik qiymətləndirmə formatında olmayacaq: “Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma attestasiyanın daha geniş formatda olması düşünülür. Attestasiya zamanı ola bilər ki, müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun”. Elə həmin şəxs bu ilin aprel ayında mətbuata verdiyi açıqlamada bildirir ki, nazirlikdə müəllimlərin sertifikasiyası qaydaları hazırlanıb və qanunvericilikdə dəyişiklərin edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib: “Qaydalar təsdiq edilsə, qanunvericilikdə dəyişikliklər olarsa, müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Təbii ki, sertifikasiyadan keçməyən müəllimlər müəssisədə qalıb işləyə bilməyəcəklər”.
Üstündən cəmi bir neçə ay keçəndən
sonra, müəllimlərin bu məsələ ilə bağlı ciddi narahatçılğı etiraza çevrildiyi vaxt isə Təhsil Nazirliyin adından yayımlanan bir rəsmi açıqlamanı da cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “son vaxtlar ümumi təhsil müəssisələrində sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılma Qaydası” layihəsi mütəxəssislərin iştirakı ilə müzakirə olunur: “Müzakirələr başa çatdıqdan sonra yekun sənəd təsdiq üçün hökumətə təqdim ediləcək. Sertifikatlaşdırma prosesinin aparılması qaydası təsdiq edildikdən sonra prosesin nə zaman və hansı formada keçiriləcəyi ilə bağlı rəsmi məlumat veriləcək”.
Diaqnostik imtahana bir “quş”? Yaxud cavabsız suallar…
Buyurun, “Konkret istiqamətdən fərqli olan daha geniş format” deyərkən Təhsil Nazirliyinin rəsmisi nə demək istəyir, aydın oldumu, əlbəttə yox. Müsahibə hansı yollarla keşiriləcək, 150 mindən yuxarı müəllim kontingenti fərdi olaraq, yəni tək-təkmi müsahibə mərhələsindən keçəcək? Və yaxud da, ən önəmlisi, qabiliyyət imtahanı deyərkən nə nəzərdə tutulur? Bu sualların cavabsızlığı müəllimlərin qorxulu röyasını bir az qaranlıqlaşdırır.
Nazirliyin özündə belə attestasiya və sertifikasiyanın necə keçirələcəyi barədə konkret fikir yoxdu, yoxsa bu haqda müəəllimlərə heç bir məlumat verilməsin deyə bəhanə ortalığa atılır? Başqa bir tərəfdən, bu attestasiyanın nəticəsinin müəllimlərə nə dərəcədə təsir göstərəcəyi də sual altındadır. Necə ki, diaqnostik qiymətləndirmənin konkret heç bir praktik nəticəsi olmadı. Bu imtahanda maksimum bal toplayan müəllimlə ən minimal bal toplayan müəllim arasında demək olar ki, heç bir fərq qoyulmur. Yenə də ən minimal, hətta “iki” alan şagird nəticəsi göstərən müəllimlər məktəblərdə qalıb xalqın balalrına dərs deməklə məşğuldurlar. Hətta etik qaydaya görə məktəblərdə hansı müəllimin diaqnostik qiymətləndirmədən neçə bal toplaması belə gizli saxlanıldı.
O ki qaldı, 60 baldan 60, 59, 58, 57 bal toplayan müəllimlərə. onların iş həyatında yaxşılığa doğru, demək olar ki, heç nə dəyişmədi. Loru dildə izah etsək, diaqnostik imtahanda yuxarı bal toplayanlar daha çox dərs götürmək hüququ qazanıblar, lakin bu qaydaya da əməl edən yoxdu. Məktəb direktorları dərs saatlarını öz qaydalarıyla, istəklərinə uyğun olaraq verirlər. Yaxşı, heç olmasa qarşıdakı proseslərdə diaqnostik imtahanın nəticələri nəzərə alınacaqmı, yoxsa müəllimlərin bilik və bacarıqları yenidən test üsulu ilə yoxlanılacaq? Əgər belə olacaqsa, bütün ölkəni əhatə edən diaqnostik imtahan nə üçün keçirilirdi? Göründüyü kimi suallar çox, cavablar az, vəziyyət qeyri müəyyən olaraq qalır. Müəllimlər onları nə gözlədiyindən tam xəbərsizdilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müəllimlərin imtahanı başladı

    Müəllimlərin imtahanı başladı ...

    16-12-2015, 18:17

  • 
  • Müəllimlərin yeni artıma əsasən alacaqları əmək haqqı açıqlandı

    Müəllimlərin yeni artıma əsasən alacaqları əmək ...

    1-04-2015, 22:12

  • 
  • Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

    Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi ...

    16-04-2017, 10:54

  • 
  • Təhsil Nazirliyinin müəllimlərlə YENİ OYUNU - QALMAQAL

    Təhsil Nazirliyinin müəllimlərlə YENİ OYUNU - ...

    2-06-2018, 19:18

  • 
  • Müddətli müqavilə ilə işləyən müəllimlər diaqnostik qiymətləndirməyə niyə buraxılmadı? — NAZİRLİKDƏN AÇIQLAMA

    Müddətli müqavilə ilə işləyən müəllimlər ...

    31-05-2018, 12:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu