Senator Makkeyn niyə Anar Məmmədovu bir daha onun yanına buraxmamaq barədə göstəriş verib?
Bir neçə gün əvvəl virtualaz.org unikal videoyazı paylaşmışdı. Videodan görünürdü ki, Maliyyə Bazarlarına Nəzarət Palatanın başçısı Rüfət Aslanlı özünün, dəyəri 150 min dollara yaxın olan 10 SN 003 nömrəli göy idman “Porsche”sində idarənin həyətinə necə girir. Özü də bu vaxt onu, xüsusi əhəmiyyətli şəxs kimi, hökumət nömrəli “Range Rover” müşayiət edir. Rüfət Aslanlı öz “sportkar”ından çıxır və dərhal polis ona, sanki generalı qarşılayırmış kimi, hərbi salam verir…
Ümumiyyətlə, bu məmurun marazmatik narsizmə çatan həddən artıq şöhrətpərəstliyi haqda Azərbaycanda çoxdan söz-söhbət gəzirdi. Hələ bir il əvvəl yerli KİV Grand Vin de Bordeux şirkəti tərəfindən xüsusi olaraq Rüfət Aslanlı üçün istehsal edilmiş Maison (Mezonu) fransız şərab butulkası haqda yazı dərc etmişdi. Demə, o, nadir və kolleksiya şərablarının böyük bilicisi imiş. Adını daşıyan şərabın butulkası qraf de Lafer Aslanlıya beş min avrodan az olmayan məbləğə başa gəlmişdi…
R.Aslanlının hədsiz ambisiyalarını orta əl məmurunun orta əsr aristokratiyasını yamsılayan şəxsi ailə gerbi yaratması da təsdiq edir. R.Aslanlının şərabının etiketini nərdivana dırmaşan gənc şirin təsvir olunduğu həmin gerb bəzəyir.
Rüfət Aslanlının korrursiyaya qurşandığına və cah-calala sevgisinə virtualaz.orq-a məlum olan yeni faktlar da şahidlik edir: internetdə əlçatan bütün rəsmi şəkillərdə bu məmurun qolunda dəyəri milyonlarla dollarla ölçülən bahalı saatlar var.
Virtualaz.org- un redaksiyası ekspertlərin köməyi ilə kiçik araşdırma aparıb və aydınlaşdırıb ki, Rüfət Aslanlısının təkcə ictimaiyyətə nümayiş etdirdiyi saatların ümumi dəyəri milyonlarla dollarla ölçülür.
CBS telekanalına müsahibələrinin birində məmur kamera qarşısına Parmigiani Fleurier Kalpa-nın qiyməti 50-150 min dollar arasında dəyişən saatı ilə çıxmışdı.
Maliyyə Bazarlarına Nəzarət Palatasının iclasından çəkilmlş başqa şəkildə Rüfət Aslanlının qolunda Tourbillon-un 200 min dollar dəyəri olan saatını görmək olar.
Rüfət Aslanlı şəxsi iş kabinetində kamera qarşısında Patek Philippe Nautilus-un 53 min dollar dəyəri olan daha bir unikal saatını göstərir. Rüfət Aslanlının Vacheron Constantin Perpertual-dan olan başqa bahalı saatının qiyməti isə 88 min dollardır…
Şübhəsiz, bu gün lüks saatlar onların sahibinin sosial statusunun markeri funksiyasını yerinə yetirir. Bahalı saat bahalı maşın kimi, hakimiyyətin və onun imkanlarının statusunun simvoluna çevrilib. Halbuki mədəni ölkələrdə belə şeylərdən çoxdan imtina ediblər. Bütün bunlar orada zövqsüzlüyün və Allahlıq iddiasının əlaməti hesab edilir.
Bu yerdə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun vaxtilə ABŞ-da lobbi fəaliyyətini həyata keçirən oğlu Anar Məmmədovla bağlı bir hadisəni xatırlatmaq yerinə düşərdi. Azərbaycan-Amerika İttifaqı təşkilatının başçısı olaraq, bir dəfə o, əfsanəvi senator Con Makkeynlə görüşməli imiş.
Bu cavan da cah-calala və çox bahalı saatlara sevgisi ilə məşhur idi. Əhəmiyyətli görüşdən əvvəl tanıyan insanlar nazir oğluna məsləhət görüblər ki, öz bahalı saatını çıxarsın və əvəzinə 20-30 dollarlıq adi bir saat taxsın. Məsələ ondadır ki, senator Makkeyn cah-calalın nümayişinin istənilən formalarına ikrahla yanaşırdı.
Amma Anar Məmmədov məsləhətləri, tövsiyələri dinləməyib. Və… uzun sürməyən görüşdən sonra senator “bu məmur oğlunu” bir daha onun yanına buraxmamaq barədə göstəriş verib.
Bəli, bahalı saatlar sahibləri ilə qəddar zarafat edə bilərlər. Xüsusilə əgər onların əldə olunmasına xərclənən pulların mənşəyini izah edə bilmirlərsə. Maraqlıdır, Rüfət Aslanlı bunu edə bilərmi?
Çünki ədalətli sual yaranır: orta əl məmurunda milyonlarla dollarlıq saat kolleksiyası haradandır? Özü də ölkənin maliyyə sektorunun böhrandan sonra təzəcə düzəlməyə başladığı bir dönəmdə!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?