GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fazil Məmmədovu ittihamlara cavab vermək üçün Bakıya çağırırlar

Fazil Məmmədovu ittihamlara cavab vermək üçün Bakıya çağırırlar

Tarix: 6-11-2018, 13:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 686
[center]Fazil Məmmədovu ittihamlara cavab vermək üçün Bakıya çağırırlar [/center

İşdən çıxarılandan 11 ay sonra sabiq vergilər nazirinin Gəncədəki xəstəxanasında yoxlamalar başlaması təsadüfi deyil və bu, digər obyektlərdə də təftişlər olacağının siqnalıdır; 7 aydır müalicə olunan F.Məmmədovu Bakıda nə gözləyə bilər?

1 ay sonra - dekabrın 5-də sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasının bir ili tamam olur. F.Məmmədov işini itirən digər keçmiş nazir həmkarları kimi jurnalistlərdən uzaq qaçır. Amma o, məsələn, Səlim Müslümov və ya Heydər Əsədovdan fərqli olaraq ortaya çıxmır, üstəlik, bir neçə aydır ki, Azərbaycandan da uzaqdadır.
17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov işdən çıxarılan nazirlərdən ən gənci olsa da (1964-cü il), vəzifəsini itirən kimi “ətraf mühitlə də bağlantılarını kəsərək” nədənsə, barəsində yalnız “ağır xəstə” xəbərlərinin tirajlanmasında maraqlı oldu. F.Məmmədov ondan sonra hakimiyyətdəki irili-xırdalı məmurların, eləcə də yaxın qohumlarının işdən çıxarılmasına da reaksiya vermədi.

Son yeddi ayda isə sabiq nazir haqda yalnız xəstəxana palatalarında olduğu haqda məlumatlar var. F.Məmmədovun xəstələnməsi barədə ilk xəbər işdən çıxarılandan 5 ay sonra - bu ilin aprelində yayılmışdı. F.Məmmədovun ürəyinin tutması onun barəsində mediada ciddi ittihamların ortaya çıxdığı dövrlərə təsadüf edirdi. İttihamlar da həqiqətən ürək ağrıdan idi. Məsələn, elə yeni vergilər naziri Mikayıl Cabbarovun dediklərini xatırlamaq yerinə düşər. Nazir F.Məmədovun dövründə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq vəsaitlərin alındığını, həmin pulların şəxsi ciblərə axdığını bildirmişdi. Sabiq nazirin ürəyini gücə sala biləcək daha bir iddia vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə idi.
Beləliklə, sabiq nazirin infarkt diaqnozu ilə özünə məxsus Gəncə Beynəlxalq Hospitalına yerləşdirildiyi xəbərindən bir müddət sonra müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verildiyi açıqlandı. İyun ayında F.Məmmədov Türkiyədə “American Hastanesi”nə yerləşdirildi. Avqust ayında sabiq nazirin Türkiyədə “Çırağan Palace”da istirahət etməsi xəbərinin ardınca sabiq nazirin səhhətinin kəskin ağırlaşdığı və reanimasiyaya yerləşdirildiyi bildirildi. Son olaraq oktyabrın əvvəlində F.Məmmədovla bağlı yayılmış məlumatda isə bildirilirdi ki, onun səhhəti tam olaraq, normallaşmadığından Azərbaycana qayıda bilmir. “Belə ki, eks-nazir uzun müddət müalicə almasına baxmayaraq, tez-tez hərarəti qalxır. Həkimlər isə onun daha bir kurs müalicə almasını tövsiyə edirlər” deyə, xəbərlərdə bildirilirdi.

F.Məmmədovun müalicəsinin niyə uzanması barədə bu günlərdə sensasion bir iddia yayılmışdı. Azpolitika.az saytı məlumatlı mənbəyə istinadən yazırdı ki, sabiq nazirin səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar isə özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə, qəsdən yayılır. F.Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən birinin sözlərinə görə, F.Məmmədovun vəzifədən çıxdıqdan sonra həm Bakıda rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan qaçmaq, həm də vergi adı ilə əvvəlcədən külli miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün “xəstəliyi sağalmır”.
Sitat: “Düzdür, hələ nazir olduğu dövrdə də həddən artıq spirtli içkilər qəbul etdiyi, xroniki alkoqolizmdən əziyyət çəkdiyinə dair söyləntilər vardı. Ancaq bunun Fazil Məmmədovun səhhətində ciddi problemlər yaratdığına inanmıram. Çünki o, vaxtaşırı müayinədən keçən, səhhətini qoruyan biri olub. Spirtli içkilər səhhətində hər hansı bir ciddi problemlərə səbəb olsaydı, vaxtında qarşısı alınardı. Sadəcə, ictimaiyyəti inandırmaq üçün haqqında yayılan məlumatlardan məharətlə istifadə ediblər. Bəlkə də həkim dostları bunu məsləhət görüb. Hamı spirtli içkilərə meylli olduğunu bildiyi üçün onun belə bir xəstəliyə (mədəaltı vəzin iltihabı olan pankreatit xəstəliyi əsasən spirtli içkilərdən yaranır - red.) tutulmasına müəyyən dairələri və ictimaiyyəti inandırmaq çətin olmadı. Ancaq yadınıza salım ki, əvvəlcə onun infarkt keçirdiyi xəbəri yayılmışdı. Məhz infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Ancaq sonra bir gecədə diaqnozu dəyişib, Türkiyəyə apardılar. Bəlkə də gördülər ki, infarkt adı ilə uzun müddət xəstəxanada qala bilməyəcək və ya xaricə apara bilməyəcəklər, ona görə diaqnozu dəyişdilər”. Mənbə onu da əlavə etmişdi ki, F.Məmmədov “Bakıda özü ilə bağlı ”suların durulmasını", hamının yadından çıxmasını gözləyir".

Noyabrın 4-də isə bu iddiaları təsdiqləyəcək daha bir məlumat yayılıb. Bildirilir ki, sabiq nazirin obyektlərində yoxlamalar başlayıb. “Bir vaxtlar sahibkarlara göz verib, işıq verməyən eks-vergilər naziri Fazil Məmmədov özü yoxlamalara məruz qalıb. Sabiq nazirin Gəncədəki obyektlərində 4 gündür təftiş aparılır. Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. Güman olunur ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib” deyə, modern.az-ın xəbərində bildirilir.

Qeyd edək ki, uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olmuş F.Məmmədovun böyük biznes imperiyası var. Yəni yoxlamalar onun hələ əyalətdəki “xırda” hesab olunan obyektlərindən başlayıb. Belə güman etmək olar ki, F.Məmmədovun obyektlərində işdən çıxarılandan 11 ay sonra yoxlamalar başlaması təsadüfi sayılmır və bu, təkcə Gəncədəki deyil, digər obyektlərdə də təftişlər başlayacağının (əgər başlamayıbsa) siqnalıdır. Belə olacağı təqdirdə isə F.Məmmədov müalicəsini ya Bakıda davam etdirə və ya suallara cavab vermək üçün zorla gətirilə bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə "American Hastanesi"nə yerləşdirilib

    Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə ...

    28-06-2018, 19:55

  • 
  • Fazil Məmmədovun universiteti əlindən alınır - Belə deyirlər...

    Fazil Məmmədovun universiteti əlindən alınır - ...

    2-10-2018, 14:31

  • 
  • Fazil Məmmədov bahalı avtomobilini satdırıb – 65 minə

    Fazil Məmmədov bahalı avtomobilini satdırıb – 65 ...

    29-01-2018, 12:13

  • 
  • Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – Siyahı

    Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – ...

    2-02-2018, 11:40

  • 
  • Keçmiş nazir bahalı maşınları dövlətə geri qaytardı

    Keçmiş nazir bahalı maşınları dövlətə geri ...

    17-01-2018, 14:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (16)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu