GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şabranda analoqsuz yeyinti: başçı və müavinin əmisi pulları necə silib?

Şabranda analoqsuz yeyinti: başçı və müavinin əmisi pulları necə silib?

Tarix: 8-11-2018, 14:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 710
Şabranda analoqsuz yeyinti: başçı və müavinin əmisi pulları necə silib?


Maliyyə maxinasiyaları, büdcə talanı, qohum-tanış yaxın şirkətlərin tenderdə qalib elan edilərək dövlət vəsaitlərinin mənimsənilməsi, ailə podratı yaradılması Şabran Rayon İcra Hakimiyyətindən də yan keçməyib

Bu barədə Cahan.info-nun araşdırma qrupunun ortaya qoyduğu sənədlər əsasında Şabranda keçirilən dövlət satınalmalarının pərdəarxası üzə çıxıb.

Gözünə döndüyüm əmi...

Şabranın icra başçısı Novruz Novruzov illərdir ki, rayona ayrılan milyonları xımır-xımır mənimsəyir. Amma elə bilərsiniz ki, bu maliyyə əməliyyatlarında o təkdir, əsla yox.

Bu maliyyə cinayətlərində Şabran RİH başçısının birinci müavini, YAP-ın Şabran təşkilat sədri Mehdi Balabəyovun əmisi Teyyub Balabəyovun xüsusi iştirakı var.

Belə ki, hələ 2010-2015 ci illərdə rayonda keçirilən tender və kotirovka müsabiqələrinin qaliblərini müəyyənləşdirərkən məlum olub ki, qaliblərdən biri başçı müavininin doğma əmisidir.

N.Novruzov bir icra başçısı kimi müavininin əmisinin şirkətinə etibar edərək büdcədən pullar çırpışdırıb. Teyyub Balabəyov tender müsabiqələrində həm fiziki şəxs, həm hüquqi şəxs qismində “qalib olub”.

Dövlət Satınalamalar Agentliyinin təqdim etdiyi sənədlərdən məlum olur ki, Şabran RİH-nin Şabran Şəhər İcra Nümayəndəliyi tərəfindən elan olunan tenderlərdə “Toğrul-2011” MMC qalib olub.

Adıçəkilən şirkət 2011-ci ildə cari təmir işlərinin satın alınması ilə bağlı 34 872 manatlıq, 2012-ci ildə Şabranda işıqlandırma sisteminin təmir işlərinin satın alınması ilə bağlı 37 153 manatlıq, 2013-cü ildə yenidən Şabranda işıqlandırma işlərinin satınalınması ilə bağlı 37 040 manatlıq, 2014-cü ildə Şabranın abadlaşdırılması üçün bəzək ağacları və gül kollarının satın alınması ilə bağlı 14 935 manatlıq, 2015-ci ildə isə yenidən Şabran şəhərində işıqlandırma işləri ilə bağlı 34 928 manatlıq müsabiqələrin qalibidir.

Amma nə kəramətdirsə, 5 il ərzində bir rayonun işıqlandırılmasına ayrılan pullar yoxa çıxıb, Şabran isə hələ də qaranlığa qərq olub.

Başçı müavini Mehdi Balabəyovun əmisi Şabranın küçələrini zülmət içində saxlamaqdadır və yalnız RİH-nin binası olan yerdə çil-çıraq göz qamaşdırır.

Beş il ərzində şirkətə ayrılan vəsaitlərin nə qədəri Şabranın işıqlandırılmasına xərcləndiyi qaranlıq olaraq qalmaqdadır.

Teyyub Balabəyovun şirkəti yoxmuş, evdə pul kəsir...

Təkcə Şabranın işıqlandırılmasını təşkil etmək üçün keçirilən 109 121 manatlıq müsabiqənin qalibi olan bu MMC-nin qeydiyyat sənədlərində şirkətin hüquqi ünvanı Şabran rayonu, Şabran şəhəri, N.Tusi küçəsi, ev 29 göstərilir.

Həmçinin reyestr məlumatlarına görə, şirkət 2011-ci ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb və qurumun qanuni təmsilçisi Balabəyov Teyyub Balabəy oğludur. Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən ünvanda heç bir şirkət fəaliyyət göstərmir.

Şabran şəhəri, N.Tusi küçəsi ev 29 ünvanında kənardan görənlərə sahibsiz, çoxdan insan nəfəsi dəyməyən, tərk edilmiş bir ev təsiri bağışlayan yaşayış binası yerləşir. Görəsən icra başçısı və müavini həmin evə baş çəkibmi?

Göstərdiyi ünvanda heç kəsin yaşamadığı bir şirkətin isə bu satınalmalarda necə qalib gəldiyi şübhəlidir. Əslində şübhəli də deyil, N.Novruzovla müavini bu vəsaitləri əminin olmayan şirkətinin adı ilə mənimsəyiblər.

Həmçinin rəsmi sənədlərə görə məlum olur ki, 2014-cü ildə Şabran bəzək ağacları və gül kollarının alınması üçün 7122 manat dəyərində müsabiqənin qalibi də adıçəkilən şəxsdir.

Belə ki, bu müsabiqədə qalib elan onunan “Toğrul - 2014” MMC-nin reyestr məlumatlarına görə, 2014-cü ilin aprelin 18-də dövlət qeydiyyatına alınan bu şirkətin hüquqi ünvanı, Şabran şəhəri, N.Tusi küçəsi, ev 32, qanuni təmsilçisi isə Balabəyov Teyyub Balabəy oğludur.

Qeyd olunan ünvanda isə Balabəyov Teyyub Balabəy oğlunun şəxsi evi yerləşir. Ay maşallah, əmi evində iş yeri açıb, pul kəsməklə məşğuldur.

Bu araşdırma və faktlar göstərir ki, operativ şəkildə Hesablama Palatası, Maliyyə Nazirliyi yoxlama aparmalı, Prezident Administrasiyası N.Novruzovun RİH başçısı fəaliyyətinə qiymət verməlidir.

Cahan.info media üzərindən onu da yazır ki, Novruz Novruzovun Şabrana başçı təyin edildiyi gündən atdığı ilk addım rayonun ən qədim məzarlığını sökdürərərək yerini satışa çıxarması olub.

Deyilənə görə, hazırda həmin ərazidə fəaliyyət göstərən obyektlərin bir neçəsi Novruz Novruzova məxsusdur. Ancaq sənədlərdə isə başqa şəxslərin adına rəsmiləşdirilib.

İcra başçısının rayonda gördüyü digər "yenilik” isə Şəhidlər Xiyabanının ərazisinin müəyyən qisminin fərdi yaşayış evləri üçün hissə-hissə satışa çıxarması olub.

Novruz Novruzov rəhbərliyə başladığı dövrdən Şabranda azad sahibkarlığı demək olar ki, sıradan çıxarıb.

Bir neçə il öncə Novruzovun zülmündən qaçıb mətbuata üz tutan şabranlı iş adamı Rasim Həmidov bildirirdi ki, "Şabranda sahəsi 100 və 36 kvadratmetr olan iki ticarət obyekti var.

Həmin dükanlar 21 il işlək vəziyyətdə olub. İcra başçısı üç ildir ki, həmin mağazaları bağlatdırıb, R.Həmidovun sahibkarlıq hüququnu ləğv etdirib, özünü isə məhkəməyə verib.

İcra başçısının və rayonun digər vəzifəli şəxsləri kasıb şabranlıların çıxılmaz vəziyyətindən istifadə edərək onlara məxsus torpaqları qəpik-quruşa öz əllərində cəmləşdirirlər.

Məsələn, bir müddət əvvəl N.Novruzovun rayonun Udulu adlanan ərazisində 400 hektar münbit torpaq əldə etdiyi barədə informasiyalar yayıldı. Həmin məlumatlarda deyilirdi ki, Novruz Novruzov Uduluda tikdirdiyi fermalarda dəvə, qoyun, at saxlayır.

Onu da xatırladaq ki, Novruz Novruzovun varidatı təkcə Şabran rayonunda olan mülklərlə yekunlaşmır. Onun Sumqayıt, Lerik və Bakı şəhərlərində də mülklərinin olduğu bildirilir.

İddia olunur ki, təkcə paytaxtın Badamdar qəsəbəsində olan villasının dəyəri 2 milyon manatdan artıqdır.

Yerli məmurlar tərəfindən sözün əsl mənasında pay-püş edilən Şabranda hər şey başçıya çatmır. Məlumatlara görə, ortada olan "qənimətlər” ədalətli bölünür, müavinlər də "unudulmur”.

Bunun bariz nümunəsi kimi isə Şabranda tikilən ilk üç mərtəbəli villanın RİH-nin 1-ci müavini, YAP-ın rayon təşkilatının sədri Mehdi Balabəyova aid olmasıdır.

M.Balabəyov Şabranın əsas kurort zonalarından biri olaraq tanınan Qalaltı ərazisinin ətrafında çoxlu sayda villalar, kotteclər tikdirir və sonra baha qiymətə müxtəlif şəxslərə satdırır.

Bundan başqa Şabran rayonunda aparılan abadlıq işlərini M.Balabəyovun yaxın dostlarına məxsus şirkətlərin həyata keçirdiyi deyilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı Şabranda “turizm kralıdır”

    İcra başçısı Şabranda “turizm kralıdır” ...

    11-04-2014, 10:37

  • 
  • Şabranın icra başçısı özünü kimə bənzədir? - İTTİHAM VAR

    Şabranın icra başçısı özünü kimə bənzədir? - ...

    8-05-2017, 20:40

  • 
  • Biləsuvarın icra başçısı dəyişdirilir - Başçı və yerli maliyyə müdiri həbsə gedə bilər...

    Biləsuvarın icra başçısı dəyişdirilir - Başçı və ...

    22-10-2018, 15:53

  • 
  • Bu rayona yeni icra başçısı göndərilir - Hazırki başçı isə...

    Bu rayona yeni icra başçısı göndərilir - Hazırki ...

    20-01-2018, 16:23

  • 
  • Oğuz icra hakimiyyətin saraydaxili çəkişmə

    Oğuz icra hakimiyyətin saraydaxili çəkişmə ...

    16-01-2014, 12:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu