GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Həyat yoldaşının ona qarşı ifadə verməsi xəbəri Cahangir Hacıyevə çatdı - GƏLİŞMƏ

Həyat yoldaşının ona qarşı ifadə verməsi xəbəri Cahangir Hacıyevə çatdı - GƏLİŞMƏ

Tarix: 12-11-2018, 11:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 626
Həyat yoldaşının ona qarşı ifadə verməsi xəbəri Cahangir Hacıyevə çatdı - GƏLİŞMƏ


Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın “kraliça” həyatına son verilib. Məlum olduğu kimi, Londonda məhkəmənin qərarı ilə pul müqabilində zaminə buraxılan Zamirə Hacıyevanın qoluna elektron bilərzik vurulub. Bundan sonra bu xanım hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir. O, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxa bilməz. Bundan başqa, məhkəmə qərarına əsasən, Z.Hacıyevanın pasportu da polisdə saxlanılacaq.

Z.Hacıyeva külli-miqdarda qonorarın hesabına peşəkar vəkillərdən ibarət qrup toplayıb ki, Ceyms Lyuis kimi nüfuzlu vəkil də onların arasındadır. Amma vəkillər artıq “ilk raunda” uduzublar. Belə ki, onlar Z.Hacıyeva ilə bağlı prosesin gizliliyin təmin edilməsi barədə qərara nail ola bilməyiblər. Artıq dünya mediasında “zəngin və bədxərc Zamirə” mövzusu müzakirə edilir. Bu anonimlik ciddi korrupsiya qalmaqalında qurtulmağa çalışan Z.Hacıyeva və vəkilləri üçün çox mühüm idi. Amma Britaniya məhkəməsi də ölkədə ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində hədəfə gələn Z.Hacıyeva mövzusunun müzakirəsində maraqlıdır. İllərdir ki, çirkli pulların yuyulması ittihamı ilə üzləşən Britaniya hökuməti Z.Hacıyevanın yaxasının ələ keçməsindən məmnundur və bunu bir az da piar kampaniyası kimi istifadə edəcəyi istisna deyil. Çünki “İzahedilməz Sərvət Sərəncamı” Z.Hacılyeva ilə yekunlaşacaq araşdırma deyil, sırada müxtəlif ölkələrdən qaçıb Britaniyaya sığınmış bir çox sabiq oğru məmurlar və oliqarxlar da var.

Z.Hacıyevanın böyük vəsait hesabına ev dustaqlığa buraxılmasından sonra məlum olub ki, o, həyat yoldaşına qarşı ifadə verib. “Daily Mail” nəşrinin verdiyi məlumata görə, məhkəmədə çıxış edən Z.Hacıyeva qeyd edib ki, Londondakı bütün əmlakı əri əldə edib. “2009-cu ildə ərim çox imkanlı adam idi. Biz 1997-ci ildə evlənmişik, o isə kapitalını 90-cı illərin əvvəllərindən artırmağa başlayıb”, - Zamirə Hacıyeva London Ali Məhkəməsində deyib. Z.Hacıyeva hakimləri inandırmağa çalışıb ki, ərinin Böyük Britaniyada daşınmaz əmlakın alınmasına xərclədiyi pullarının mənbəyindən xəbəri olmayıb.

“Bütün daşınmaz əmlak alışları ilə ərim məşğul olurdu. Onun həyata keçirdiyi ödənişlərin heç biri barədə xəbərim yox idi. Mən bu pulların mənbəyi haqqında da bilmirəm”, deyə, o bildirib.

Z.Hacıyevanın ərinə qarşı niyə ifadə verməsinin səbəbləri aydındır. O, bütün məsuliyyəti məhkəmə hökmü ilə 15 il həbs cəzası almış və tezliklə daha bir məhkəməsi başlayacaq ərinin üzərinə qoymaqla məsuliyyətdən yayınmağı hədəfləyib. C.Hacıyev bu ifadədən sonra da itirəcəyi bir şeyi qalmayıb, yeni ittiham təsdiqlənərsə, ona daha 10 il həbs cəzası verilə bilər. Belə görünür ki, həbsindən əvvəl israrla ərinin bu mülkləri biznesindən gələn halal pulla aldığını iddia edən Z.Hacıyeva ilə “val”ı dəyişməyə məcburdur. Amma mülklərlə bağlı məsuliyyəti üzərindən atmaq istəyən Z.Hacıyevanın Britaniya hökumətinə xərclədiyi pulların hesabatını verməli olacaq. Z.Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib. Bunları da C.Hacıyevə “yükləmək” bir qədər problemli ola bilər...

Z.Hacıyevanın Azərbaycan tərəfinin tələbi əsasında saxlanıldığını Britaniya məhkəməsi təsdiqləsə də, rəsmi Bakı bu məsələ barədə şərh verməyə tələsmir. Hələ iki il öncə Hacıyevlərin vəkili Aqil Layıcov bankirin xanımının həbs edilib gətirilməsi üçün Londona xüsusi əməliyyat qrupu göndərildiyini demişdi. Ona qarşı Cinayət Məcəlləsinin mənimsəmə və israfetmə (mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə) maddələri üzrə ittihamlar irəli sürülüb.

Amma bu müddət ərzində Londonda belə görünür ki, pulları sağa-sola xərcləyən Z.Hacıyeva qorxusuz yaşayıb.

Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) rəsmisi bildirib ki, Z.Hacıyeva məsələsi artıq siyasi və beynəlxalq məsələyə çevrilib. Bundan sonra müsadirə edilən əmlakın dəyəri Birləşmiş Krallıq hökumətinin ixtiyarına veriləcək və bunun ardınca Britaniya və pulun mənbəyi olan ölkə arasında qaytarılacaq məbləğ barəsində birbaşa danışıqlar gedəcək.

Bu arada isə C.Hacıyevlə bağlı məhkəmə olub. Qaradağ Rayon Məhkəməsində keçirilən sabiq bankirin cəzaçəkmə müəssisindən istintaq təcridxanasına köçürülmə müddəti 2019-cu ilin yanvarın 15-nə qədər uzadılıb. Məlumatlı mənbə “Yeni Müsavat”a bildirib ki, C.Hacıyev xanımı ilə bağlı Londondakı bütün proseslərdən, onun əleyhinə ifadə verməsindən xəbərdardır və çox narahatdır./“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zamirə Hacıyeva zaminə buraxılıb

    Zamirə Hacıyeva zaminə buraxılıb ...

    8-11-2018, 15:19

  • 
  • Zamirə Hacıyeva qolunda bilərzik evə qayıtdı

    Zamirə Hacıyeva qolunda bilərzik evə qayıtdı ...

    10-11-2018, 13:54

  • 
  • Zamirə Hacıyevanın xərclədiyi milyonlar Azərbaycana qaytarıla bilər

    Zamirə Hacıyevanın xərclədiyi milyonlar ...

    12-10-2018, 20:50

  • 
  • Zamirə Hacıyeva həbs edildi

    Zamirə Hacıyeva həbs edildi ...

    6-11-2018, 21:56

  • 
  • Zamirə Hacıyeva şokda - Azadlığı üçün 500 min istənildi

    Zamirə Hacıyeva şokda - Azadlığı üçün 500 min ...

    7-11-2018, 12:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu