GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vergilər Nazirliyində Fazil Məmmədov ab-havası... - İDDİA

Vergilər Nazirliyində Fazil Məmmədov ab-havası... - İDDİA

Tarix: 15-11-2018, 12:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 618
Vergilər Nazirliyində Fazil Məmmədov ab-havası... - İDDİA


Uzun illər Azərbaycanın Vergilər naziri postunu tutan Fazil Məmmədov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra mediada bəzi maxinasiyalar etdiyi barədə məlumatlar yayıldı. Yayılan məlumatlarda Fazil Məmmədovun rəhbərlik etdiyi “çete”nin dövlətin 4 milyard manatını oğurlanaraq xaricə daşımasından tutmuş, ölkədə fəaliyyət göstərən sahibkarlarla, xüsusən də iri vergi ödəyiciləri ilə Eldar Mahmudovsayağı “işbirliyində” olduğu deyilirdi.

Yeni Vergilər naziri təyin olunan Mikayıl Cabbarovun qısa zaman ərzində nazirlikdə neqativ fəaliyyətlə məşğul olan, adları müxtəlif maxinasiyalarda hallandırılan nazirliyin işçilərini vəzifədən azad etməsi və eyni zamanda sahibkarlığın inkişafına yeni stimul verəcək islahatların aparılacağını bəyan etməsi və bu istiqamətdə müəyyən addımlar atması ölkə sahibkarlarında yeni ümidlər oyatmaqdadır. Təəssüf ki, Vergilər nazirliyində Mikayıl Cabbarovun təmizləmə əməliyyatından kənarda qalmağı bacarmış, Fazil Məmmədovun vaxtında olduğu kimi, hələ də vergi ödəyicilərinə qənim kəsilən vəzifə sahibləri qalmaqdadır. Anaxeber.az-a ünvanlanan şikayət də belə düşünməyə əsas verir. Həmin şikayəti olduğu kimi diqqətinizə çatdırırıq:
Mən Əhədli Vüqar Həsən oğlu “TECHNİCAZ” MMC-nin rəhbəri 2016-cı ildə Respublikaya Kənd Təsərrüffatı məhsulları idxal etmişəm. Malımın ümumi dəyəri 325154,63 manat olmasına baxmayaraq görülən işlərə və xidmətlərə görə dövlət büdcəsinə 169287 manat vəsit ödəmişəm. Qanunsuz olaraq məqsədli şəkildə heç bir qərar və sərəncam olmadan , vergi ödəyicisindən xəbərsiz , müəsissənin qeydiyyat ünvanını 11 saylı Yevlax Ərazi Vergilər Departamentindən Bakı Vergilər Departamentinə ( indiki varisi Lokal Gəlirlər Departamenti) dəyişdirililmişdir və dövlət büdcəsinə heç bir borcum olmadığı
halda vergi əməkdalarının şəxsi mülahizələri əsasında 40 % qanunsuz olaraq 63114,95 manat vergi borcu ilə yükləmişlər. Borcun olmaması barədə Şəki İnzibati-İqtisadi Məhkəməsi və Şəki Apelliyasiya Məhkəməsinin qərarlarının olmasına baxmayaraq haqımda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin
İbtidai Araşdırması Departamentində cinayət işi başlamışdılar. Vergi ödəyicisinin qeydiyyatı iri vergi ödəyicisi və ya xüsusi vergi rejimli müəsissə olduğu halda mərkəzləşmiş üçot qaydasındada, vergilər məcəlləsinin 33.7.3-maddəsinə uyğun olaraq dəyişdirilə bilər və bu halda da vergi ödəyicisi ərizə ilə müraciət etməlidir və Vergilər Məcəlləsində yerdəyişmə barədə xüsusi şərtlər və prosedur qaydalar
nəzərdə tutulmuşdur ki, həmin qaydalar Bakı Vergilər Departamenti tərəfindən qanunsuz və məqsədli şəkildə pozulmuşdur. Deməli iri vergi ödəyicisi və ya xüsusi vergi rejimli müəssisə olduğu halda belə vergi uçotu qeydiyyanını vergi ödəyicisinin ərizəsi olmadan dəyişmək qanunsuzdur və vergi ödəyicisinin ərizəsi
mütləqdir. Bu zaman yerdəyişmə iri vergi ödəyicisinə ya xüsusi vergi rejimli müəsissə olduqda AR-nın Vergilər Məcəlləsinin-13.2.50, 13.2.50.1, 13.2.50.2 və 13.2.51-maddələrinə uyğun olaraq aparılmalıdır. Lakin mənim müəsissəm iri vergi ödəyicisi və ya xüsusi vergi rejimli müəssisə olmayıb, yuxarıda göstərilən meyarlara uyğun gəlmədiyi üçün vergi qeydiyatının dəyişdirilməsi mümkünsüzdür. Fazil Məmmədovun dövründən manpoliyanı qorumaq və çoxlu gəlir əldə etmək və qara kassalarını doldurmaq məksədi ilə sahibkarlara qarşı məqsədli şəkildə kütləvi qansuz vergi qeydiyyatının dəyişdirilməsi əməliyyatları keçirilmişdir. Mən Mingəçevir şəhər sakiniyəm və vergi qeydiyyatım 11 saylı
Yevlax Ərazi Vergilər Departamentində qeydiyyatda olub. 11 saylı Yevlax Ərazi Vergilər Departamenti bir çox şəhər və rayonlara vergi nəzərəti həyata keçirir. Nə üçün Mən məhs Bakı Vergilər Departamentində qeydiyyatda olmalı idim, nə üçün mən 11 saylı Yevlax Ərazi Vergilər Departamenti olduğu halda Mingəçevirdən durub 400 km Bakıya getməli idim. Cənab Nazir Mikayıl Cabbarov Vergilər Naziri təyin edildikdən sonra, yenidən şikayət etdikdən sonra qeydiyatda olduğum 11 saylı Yevlax Ərazi Vergilər Departamentinə qaytarıblar. Fazil Məmmədov və onun tapşırığı ilə işləyən vəzifə səlahiyyətlərini sui-istifadə etmiş vergi əməkdaşları bu əməlləri ilə Vergilər Nazirliyində qanunsuz gəlir əldə etmə pramidasını yaratmışlar. Məqsədli şəkildə müəsissənin qeydiyyatını Bakı Vergilər Departamentinə keçirərək bank hesabıma sərəncam qoyulub, vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər və il yarım ərzində yəni 5 rübdə müəsissəni bilərəkdən işləməyə qoymayıblar. 3 ay müddətində yəni 1 rüb fəaliyyət göstərən müəssisə 16985,90 manat gəlir əldə etmişdir. Müəsissə fəaliyyət göstərəcəyi halda, yəni 5 rüb ərzində 84929,50 gəlir əldə etmiş olardı. Vergi Məcəlləsinin 51.2. maddəsinə əsasən Vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə vergi yoxlaması keçirildikdə, vurulan ziyan tam həcmdə, buraxılmış fayda (əldə edilməyən gəlir) da daxil olmaqla, vergi ödəyicisinə ödənilməlidir. Cəmisi bir rüb fəaliyyətim olmasına baxmayaraq dövlət büdcəsinə 169287 manat vəsit ödəmişəm. 5 rüb işləyəcim halda 846435 manat vəsait dövlət büdcəsinə ödəyə bilərdim. Vergi Məcəlləsinin 53.1. maadəsində Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, Vergilər Nazirliyinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərini aşaraq törətdiyi qanunsuzluqlar nəticəsində xüsusi külli miqdarada yəni müəssisəyə 84902,95 manat, dövlət büdcəsinə isə 846435 manat vəsait ziyan vurmuşlar. İl yarımdan sonra 02.08.2018-ci il tarixində barəmdə açılmış cinayət işinə xitam veriblər.
Vergilər Nazirliyindən bildiriblər ki, bəs bilməmişik bu günə kimi sənin borcun yoxdur. Bu barədə yəni borcun olmaması barədə 12 mart 2018-ci il tarixində Şəki Apelliyasiya Məhkəməsinə də vəsatət göndəriblər. Əgər borcum yox idisə nə üçün mənim biznes fəaliyyətimi bu müddət ərzində məhv ediblər. Vergilər Nazirliyinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vergi ödəyicisindən xəbərsiz, heç bir qərar və sərəncam olmadan qanunsuz olaraq məksədli şəkildə regionlardakı Ərazi Vergi Departamentlərindən fiziki və hüquqi şəxslərin vergi qeydiyatının (uçotunun) dəyişdirilməsi nəticəsində qanunsuz vergi borcunun hesablanması, korrupsiya hallarının baş verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində müəsissəyə və həmçinin dövlətə ümumilikdə xüsusi külli miqdarda ziyan vurulması, komersiya sirlərinin yayılması, borcun olmamasına dair məhkəmə qərarlarının olmasına baxmayaraq qanunsuz cinayət işinin açılması, sahibkarlara təyziq göstərilməsi , süründürməçilik və sahibkarlıq fəaliyyətinə süni maniyələr törədilməsi halları barədə 01/10-11 nömrəli 17.08.2018-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişəm. 08.09.2018-ci il tarixli 06/03- 378/12737 nömrəli məktubla Baş Prokurorluq yanında Ədliyyə və Vergilər
nazirlikləri, Dövlət Gömrük Komitəsinin İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən Vergilər Nazirliyinə şikayətin araşdırılmasını, nəticəsi barədə müraciətçiyə cavab verilməsi üçün məktub göndərmiş və Vergilər Nazirliyinin Daxili Təhlükəsizliyi Departamentində araşdırmaya verilmişdir. 01.10.2018-ci il tarixində Vergilər Nazirliyinin DaxiliTəhlükəsizliyi Departamentində Cənab Nazir Mikayıl Cabbarovun adına izahat yazmışam və həmin izahatda bildirmişəm ki, 2016-cı ildə müəsissənin vergi
qeydiyyatının dəyişdirilməsi barədə qərarı mənə təqdim edilsin və şikayət ərizəm obyektiv araşdırılsın. Çox təsüflər olsun ki, Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Departamenti ümumiyətcə heç araşdırma aparmayıb. Ona görə ki, keçirilmə barədə heç bir qarar yoxdur , kobut qanun pozuntusuna yol vermişlər və respublikada nə qədər belə fiziki və hüquqi şəxlərin vergi qeydiyyatını qanunsuz keçirərək sahibkarların başlarına min bir oyunlar açmışlar. 07.08.2018 –ci il tarixində İlkin Vəliyevin imzası ilə Araşdırmanın baxılması haqqında Vergilər Nazirliyindən məktub göndərilib. Lakin 17.08.2018-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdiyim və həmin şikayət ərizəmdə adı hallanan yüksək rütbəli vəzifəli şəxsi tətəfindən müraciətə cavab verilib.
Qanunsuz qeydiyyat ünvanının dəyişdirilməsi əməliyyatlarının başında Fazil Məmmədovun tapşırığı ilə İlkin Vəliyev dayanıb. Bu da öz növbəsində Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqında Qanun” tələbləri pozulması deməkdir. Belə ki, həmin qanunun 9.2-1. maddəsində göstərilir ki, Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Barəmdə açılmış cinayayət işi üzrə icrata xitam verilməsi haqında qərardada xüsusilə qeyd olunur ki, vergi əməkdaşlarının şəxsi mülahizələrinə əsasən verginin hesablanması, Vergi Məcəlləsinin 3.8 və 12 –ci maddələrinin tələblərinə zidd olduğundan, əsaslı hesab edilə bilməz. Dəfələrcə Cənab Nazir Mikayıl Cabbrova qəbul bağlı mürəciət etsəmdə bilərəkdən məni qəbul etmirlər. Qəbulla bağlı etdiyim müraciətlərə heç bir cavab verilmir. Fazil Məmmədovun dövründə qanun pozuntusuna yol vermiş vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş yüksək rütbəli vəzifəli şəxslər hələ də fəaliyyət göstərir və onlar məni Cənab Nazirin qəbuluna düşməyə imkan vermirlər. Onların sahibkarlara qarşı etdikləri qanunsuz əməllərinə göz yumulur. Qanusuzluğa yol vermiş vəzifəli şəxlərin maraqları dövlətin və onun sahibkarının maraqlarından üstün tutulur. Bir sahibkar kimi dövlət büdcəsinə küllü miqdarda vergi ödəmişəm. Bu günkü gündə Vergilər Nazirliyində sahibkarın müraciəti araşdırılmırsa və bilərəkdən kobud səhflərə yol verilirsə, sahibkarlara qarşı ikili mövqe tutulursa , dövlət orqanları araşdırmanı öz üzərindən atırsa azad sahibkarlıqdan söhbət gedə bilməz. Nədənsə heç bir dövlət qurumları araşdırmanı lazımınca aparmaq istəmir. Görünür dövlətə və sahibkara dəymiş ziyan heç bir dövlət qurumunu maraqlandırmır./AnaXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergilər Nazirliyində Vüsal İsmayılov fenomeni: Mikayıl Cabbarovun gücü çatmır?

    Vergilər Nazirliyində Vüsal İsmayılov fenomeni: ...

    11-06-2018, 12:39

  • 
  • Mikayıl Cabbarov Fazil Məmmədovun işdən çıxartdığı direktora vəzifə verdi

    Mikayıl Cabbarov Fazil Məmmədovun işdən ...

    13-02-2018, 13:00

  • 
  • Mikayıl Cabbarov Fazil Məmmədovun dostunu və icra başçısının kürəkənini işdən çıxardı

    Mikayıl Cabbarov Fazil Məmmədovun dostunu və icra ...

    10-07-2018, 22:54

  • 
  • Fazil Məmmədov vəzifədən azad edilib? - Rəsmi reaksiya

    Fazil Məmmədov vəzifədən azad edilib? - Rəsmi ...

    16-11-2015, 15:58

  • 
  • Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – Siyahı

    Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – ...

    2-02-2018, 11:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu