«Fruit Trading Azerbaijan» MMC bağlandığını elan edib. Bu barədə dünən şirkətdən yayılan rəsmi məlumatda bildirilib. Rəsmi açıqlamada bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi 59, mənzil 63 ünvanına bildirə biərlər.
GundemXeber.Az bildirir ki, «Fruit Trading Azerbaijan» MMC uzun illər Azərbaycan gömrüyündə borker fəaliyyətlərinin inhisarçısı kimi tanınıb və Əbülfəz Məlikova məxsus olub. Öncədən məlumat verərək bildirmişdik ki, Ə.Məlikov artıq bütün dayaqlarını itirdiyindən meyvə-tərəvəz biznesindən də çəkilmək qərarına gəlib. Artıq yaxın ətrafı vasitəsilə gömrük sisteminə qayıdacağına dair xəbərləri dövriyyəyə buraxır. Lakin redaksiyamıza danışan mənbə iddia edir ki, DGK-nin sədri "Broker Əbülfəz"ə konkret olaraq yox deyib. Bundan sonra düşdüyü çətin durumdan xilas olmağa çalışan Ə.Məlikov özünə yeni inzibati post təminatı üçün biznesdən çəkilir. Və artıq meyvə-tərəvəz bazalarını da satışa çıxarır. Eyni zamanda MMC-lərini ləğv edir.
Gundeminfo.az-a danışan mənbə bildirir ki, Məlikov bağladığı MMC-lərin kreditor borclarını da ödəməkdə çətinlik çəkir. Bu mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?