GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakı Nəqliyyat Agentliyində sədr müavini Elçin Mustafayevə görə yoxlamalar - milyonluq tender müəmmaları

Bakı Nəqliyyat Agentliyində sədr müavini Elçin Mustafayevə görə yoxlamalar - milyonluq tender müəmmaları

Tarix: 22-12-2018, 23:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 903
Bakı Nəqliyyat Agentliyində sədr müavini Elçin Mustafayevə görə yoxlamalar - milyonluq tender müəmmaları


Bu ilin oktyabr ayının 19-da belə bir rəsmi xəbər yayıldı - Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) ) 300 ədəd avtobusun tədarükçüsünü seçib. “300 ədəd avtobusun tədarükü ilə bağlı elan edilmiş tenderin qalibi “BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti olub. 2018-ci il oktyabr ayının 23-də şirkətlə müqavilə bağlanılıb”, – deyə məlumatda bildirilirdi.

Gundemxeber.Az Gundeminfo.az-a istinadla bildirir ki, alınacaq avtobuslarla bağlı olaraq elan edilən tenderin xərcləri, nəqliyyat vasitələrinin Bakıya gətirilməsi ilə bağlı böyük şübhələr ortaya çıxıb. Saytımıza bilgi verən mənbə iddia edir ki, hazırda baş nazir Novruz Məmmədovun göstərişi ilə BNA-da yoxlamalar aparılır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli isə uzun zamandır mediadan yayınmağa üstünlük verir. İnformasiyaya əsasən Türkiyədən alınacaq avtobusların hansı daşıyıcılara verilməsi ilə bağlı da qalmaqal yaranıb. Məlumatlara əsasən bir müddət əvvəl BNA-nin səkilərin təmiri üzrə tenderində qalıb olmuş "Econ" şirkəti BNA-da sədr müavini olan Elçin Mustafayevə məxsus olub. E.Mustafayev səkilərin təmirinə görə iş icraçısı olan şəxslərin 200 min manata qədər pulunu mənimsəyib. Bununla da ortaya ciddia faktlar çıxıb.

Daxil olan məlumata əsasən Bakı Nəqliyyat Agentliyi yeni avtobusları Türkiyənin məhşur “BMC Otomotiv ve Sanayi Ticaret A.Ş.” şirkətindən alacaq. Avtobusların modeli BMC Procity olacağı güman edilir. Avtobuslarla bağlı olaraq satınalma lotlarında elan edilən rəqəmlərdə ciddi şəkildə fərqlər ortaya çıxıb. Belə ki, ayrılacaq vəsaitlərlə alınacaq avtobuslar üçün sərf ediləcək vəsait arasında böyük fərqlər yaranır. Bu isə ortada yeyinti ehtimalının və ya milyonlarla manat vəsaitin taleyinin müəmmalı olaraq qalacağını deməyə əsaslar yaradır.
Bakı Nəqliyyat Agentliyində sədr müavini Elçin Mustafayevə görə yoxlamalar -
Çünki şirkətin öz rəsmi saytında həmin model avtobuslar iki kateqoriyaya bölünür.

- Kondisonerli olan modelin qiyməti: 325.800 azn

Bakı Nəqliyyat Agentliyi BMC şirkətinə 300 avtobus üçün 142 milyon manat ödəcəyi bildirilir. Adi riyazi hesablama aparsaq görərik ki, kondisionersiz olan 300 avtobus almaq üçün 90 milyon manat kifayət edir. Və ya 325 min 800 manatdan kondisionerli olan 300 avtobus almaq üçün 97 milyon 740 min manat vəsait lazımdır. Bəs o zaman sual yaranır, əgər 300 konsionersiz avtobus alınacaqsa 142 milyon manatdan qalan (142 000 000 - 90 000 000 = 52 000 000) qalan 52 milyon manat hara xərclənəcək? Və ya 300 ədəd kondisionerli avtob almaq üçün 97 milyon 740 min manat vəsait sərf ediləcəksə, o zaman (142 000 000 - 97 740 000 = 44 milyon 260 min) 44 milyon 260 min manat hara sərf ediləcək?

Məlumatlara əsasən məhz bu faktlar və BNA-da "qara kassa" rolunu oynayan Elçin Mustafayevin iştirakı ilə olduğundan adıçəkilən qurumda yoxlamalara başlanıb. Yoxlamalar səbəbindən də Bakıya yeni avtobusların gətirilməsi prossesi ləngiyib.

Məlumat verən mənbə iddia edir ki, BNA 2019-cu il üçün strateji olaraq paytaxtda nəqliyyatın idarəedilməsi üzrə planlarını və icra edəcəyi layihələri də ertələmək məcburiyyətində qalıb. "Hazırda Vüsal Kərimli yuxarıların yeyintiyə dair aşkarladığı faktlarla bağlı arayışlar vermək məcburiyyətində qalıb. Qurumun fəaliyyəti özünü doğrultmur. BNA yaranandan şəhər nəqliyyatında müsbətə doğru dəyişən heç bir şey yoxdur" deyə mənbəmiz söyləyir.
BNA-nın sədr müavininin İmişlidə modern ferma yaratmaq, Həzi Aslanov metrosu yaxınlığında dəbdəbəli villa inşa etdirməkdən daha çox bəhs edilir.

Elçin Mustafayevin 4 iyun 2018-ci ilə qədər, yəni BNA-da İdarə Heyyətinin sədr müavini təyin olunana qədər dəfələrlə dövlət qurumları ilə məhkəmə çəkişməsində olduğuna dair məlumatlar da daxil olub. Məsələn Binəqədi Rayon Məhkəməsində 3(103)-64/16 saylı iş üzrə Mustafayev Elçin Rəvayət oğluna qarşı Bakı Vergilər Departamenti tərəfindən məhkəmə iddiası qaldırılıb. Məhkəmə çəkişməsinin detalları, 2016-cı ilin fevral ayının 1-də Bakı Apelyasiya məhkəməsində hakim Mursaqulov Vaqif Ənvər oğlu sədrliyi ilə baxılan prossedə baş verənlər barədə ətraflı olaraq bilgi verəcəyik.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Nəqliyyat Agentliyinin yeni avtobuslar alma elanında 50 milyonluq müəmma - FOTOFAKT

    Bakı Nəqliyyat Agentliyinin yeni avtobuslar alma ...

    20-11-2018, 13:48

  • 
  • Sərnişindaşıma ilə məşğul olanlara xəbərdarlıq...

    Sərnişindaşıma ilə məşğul olanlara xəbərdarlıq... ...

    11-07-2017, 20:38

  • 
  • BNA-dan 64 saylı avtobusun iştirakı ilə baş vermiş qəza haqqında açıqlama

    BNA-dan 64 saylı avtobusun iştirakı ilə baş ...

    10-08-2018, 23:48

  • 
  • Xudaverdiyanın şirkəti Bakıda işə başlaması etirazla qarşılandı - BNA çağırış etdi

    Xudaverdiyanın şirkəti Bakıda işə başlaması ...

    28-06-2018, 16:05

  • 
  • BNA və AZAL-dan açıqlama: qiymətlər artacaq?

    BNA və AZAL-dan açıqlama: qiymətlər artacaq? ...

    15-07-2017, 21:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu