GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abutalıbovun kadrları işdən çıxarılır, həbslər də ola bilər - GƏLİŞMƏ

Abutalıbovun kadrları işdən çıxarılır, həbslər də ola bilər - GƏLİŞMƏ

Tarix: 28-12-2018, 21:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 578
Abutalıbovun kadrları işdən çıxarılır, həbslər də ola bilər - GƏLİŞMƏ


Noyabrın 15-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı təyin edilən Eldar Əzizov meriyada köklü kadr dəyişikliklərini davam etdirir. Dekabrsn 26-da BŞİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sani Nəsibov, Əsaslı tikinti və təmir şöbəsinin müdiri Cüneyit İsmayılov və Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva vəzifələrindən azad edilib.

Bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb. İcra hakimiyyətinin Kadr məsələləri sektorunun müdiri vəzifəsinə İlahə Həsənzadə təyin edilib.

Qeyd edək ki, vəzifədən azad edilən hər 3 şöbə müdiri keçmiş mer Hacıbala Abutalıov tərəfindən vaxtilə vəzifəyə təyin edilib. Sani Nəsibov isə H.Abutalıbov Suraxanının icra başçısı işlədiyi dövrdə onunla birlikdə işləyib.

Qeyd edək ki, Eldar Əzizov hələ BŞİH başçısının səlahiyyətlərini icra edəndə qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Məmmədov vəzifəsindən azad edilib və onun yerinə Ayaz İmaməliyev təyin olunub.

Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Vahid İsmayılov da vəzifəsindən azad olunub. Onun vəzifəsinə Coşqun Cəbrayılov təyinat alıb.

Bundan başqa, BŞİH-in Aparat rəhbəri Rasim Quliyev səhhəti ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub. Onun yerinə Elgün Həbibullayev təyin olunub.

BŞİH-də işçilərin orta yaş həddi 60-dan yuxarıdır. Kadr dəyişiklikləri də İH-də yenilənmə və gəncləşmə siyasəti ilə bağlı olduğu iddia olunur.

Yada salaq ki, 2001-ci ilin yanvar ayından BŞİH başçısı olan Hacıbala Abutalıbov bu ilin aprelində prezident İlham Əliyev sərəncamı ilə işdən çıxarılıb. O, baş nazirin müavini təyin edilib. Hacıbala Abutalıbovun 17 illik mer dönəmində BŞİH-in tabeliyində olan müəssisələrdə baş verən korrupsiya ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib. Bir müddət əvvəl BŞİH-də inventarlaşdırma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb. Bununla bağlı BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb. Yoxlamalar icra hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılır. Bu inventarlaşdırma BŞİH-in saysız-hesabsız qurumlarında yol verilən çox ciddi pozuntuları, korrupsiya və mənimsəmələri üzə çıxartmaq prosesinin başlanğıcıdır. Onun gedişində çoxsaylı meriya məmurlarının vəzifələrini itirəcəyi, hətta hüquq-mühafizə orqanlarında cavab verəcəyi istisna olunmur.

BŞİH-də korrupsiya və rüşvətxorluğun ən çox tüğyan etdiyi sahələrdən biri isə təmir-tikinti sahəsi olub.

Məlumata görə, Hesablama Palatası BŞİH-in yalnız bir qurumunun auidit nəticəsində külli miqdarda mənimsəmə faktı da Eldar Əzizova təqdim edilib.

Güman edilir ki, həyata keçirilmiş auditin nəticələri hüquq-mühafiə orqanlarına göndəriləcək və istintaq başlayacaq. Bu isə Hacıbala Abutalıbovun kadrları ilə bağlı ilk cinayət işinin başlanması demək olacaq. Bununla da Hacıbala Abutalıbovun məsuliyyətini gündəmə gətirəcək.

Ümumiyyətlə, BŞİH-də baş vermiş korrupsiyanın bir çox məmurların istintaqa cəlb olunması ilə nəticələnəcəyi iddia olunur. Hələlik Hacıbala Abutalıbov baş nazirin müavini kimi toxunulmazdır. Ancaq hər kəs bilir ki, onun bu toxunulmazlığına istənilən an son qoyula bilər. Digər tərəfdən, Hacıbala Abutalıbovun kadrlarının istintaqa cəlb olunması elə onun özünün də istintaqa cəlb olunması demək olacaq./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edilib

    Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri ...

    6-11-2018, 15:18

  • 
  • İcra başçısı şöbə müdirini işdən çıxardı

    İcra başçısı şöbə müdirini işdən çıxardı ...

    4-10-2018, 15:21

  • 
  • Səbail Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub

    Səbail Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi ...

    27-12-2018, 13:17

  • 
  • Əzizov Qüdrət Şükürovun yerinə onu gətirdi

    Əzizov Qüdrət Şükürovun yerinə onu gətirdi ...

    11-10-2018, 10:39

  • 
  • Bakı şəhərinə yeni mer təyin olundu – Yeni təyinat

    Bakı şəhərinə yeni mer təyin olundu – Yeni təyinat ...

    16-07-2018, 17:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu