Gundemxeber.az bildirir ki, Göyçay şəhəri Səməd Vurğun küçəsi ev 24 sakini Əliyev Vaqif Rafiq oğlu tərəfindən Gundemxeber.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır:
“Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşının kürəkəni Famil Bəkirova məxsus “Famil A” MMC 500-dən çox vətəndaşın maaş kartına sahib olub. Belə ki, işsizliyin aradan qaldırılması proqramına əsasən, Göyçay rayon İcra Hakimiyyəti müsabiqə keçirib və bu lahiyənin tenderinin qalibi məhz başçının qohumu Famil Bəkirovun adına yaradılmış “Famil A” MMC olub. Bundan sonra rayonda aparılan tikinti-təmir və digər işlərdə fəhlə kmi işlədilməsi adı ilə 500 nəfərdən çox vətəndaşa maaş yazılıb, başçı tərəfindən mənimsənilmişdir. Hazırda həmin maaş kartları adları işçi kimi qeydə alınmış vətəndaşlarda deyil, Famil Bəkirovun cibindədir. Talan edilən pulun 90 %-i Mehdi Səlimzadəyə çatır. Hər ay 500 nəfərdən çox vətəndaşa maaş yazılır, anacaq nə iş var, nə də adları işçi kimi yazılan şəxslərin maaşdan xəbələri yoxdur.
Famil Bəkirov Göyçayın icra başçısı Mehdi Səlimzadənin qardaşı Surxay Cəbrayılovun qızı Telli müəllimənin həyat yoldaşıdır. Həmin Telli müəllimə ki, işlədiyi Göyçay şəhər 5 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmaq üçün hazırkı direktor Solmaz Kazımovanı şantaj etdirmək üçün pullar xərcləyir. Hətta icra başçısının qardaşı qızı Telli Bəkirovanın ali təhsil alması barədə diplomu da saxtadır. Göyçay şəhər 5 nömrəli tam orta məktəbə ocaqçı (koçeqar) vəzifəsinə təyin olunmuş Telli Bəkirova əmisnin icra başçısı vəzifəsinə təyinatından dərhal sonra birdən-birə məktəbdə təşkilatçı vəzifəsinə gətirilir. Telli Bəkirovanın anası Solmaz Tağıyeva isə Potu kənd tam orta məktəbə direktor vəzifəsinə təyin olunur. Ana Solmaz müəllimə Potu kənd orta məktəbdə, qızı Telli Bəkirova isə 5 nömrəli tam orta məktəbdə reketçiliklə məşğul olurlar. Göyçay rayon sakinləri Mehdi Səlimzadənin özünün və qohumlarının hoqqabazlıqlarından cana yığılıblar. İcra başçısı olan əmiyə 2 milyon manat pul atdığı üçün qardaş oğlu Səməd Cəbrayılov arzuolunmaz şəxs elan edilib. Səməd Cəbrayılov qəssablıqla məşğul olurdu ki, əmi icra başçsı olduqdan sonra tez saxta diplom əldə edib, onu Göyçay Gənclər Mərkəzinə müdir, az sonra isə İcra Hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilir. Bundan sonra Səməd əmisinin kassiri rolunu oynamağa başlayır. Naxələflik edib əmiyə 2 milyon manat pul atdığı məlum olduqda, Səməd Cəbrayılov işdən azad edilir. İndi Səməd əmisinin və Göyçay rayonunda vəzifədə olan məmurların ifşaedici video çəklişlərini ictimailəşdirəcəyi iddiası ilə onlara hədə-qorxu gəlməklə məşğuldur. İdarə və müəssisə müdirləri başçıya verdikləri haqqı Səməd Cəbrayılov yığırdı deyə, həmin vax o, bütün prosesləri gizli video lentə almışdı. İndi həmin video çəklişlərin ictimailəşdirilməsi hədəsi ilə əmini və vəzifəli şəxsləri şantaj edən Səməd Cəbrayılov bu yolla əvvəlki vəzifəsinə qaytarılmaq istəyir. İfşa olunanlardan birincisi isə Göyçay rayon Maliyyə İdarəsinin müdiri Firdovsi Rəhimovdur. Onun başçıya çatacaq pulun Səmədə verilməsi məqamı çəkilən videonun səsi yazısı sosial şəbəkədə yayıldı. Hətta Səməd Cəbrayılov işinə bərpa edilməyəcəyi təqdirdə müxalifətə qoşulacağı ilə əmisini şantaj edir. İcra başçısı Mehdi Səlimzadənin və yaxın qohumlarının etdikləri talançılıqdan, reketçilikdən və özbaşınalıqlardan Göyçay rayon sakinləri beziblər. Rayon sakinləri bu harınlamışların cinayət əməllərindən çox əziyyət çəkirlər. Göyçay rayon sakinləri səbrsizliklə gözləyirlər ki, prezident İlham Əliyev bu özbaşınalıqlara reaksiya verib, korrupsiyaya qurşanmış Mehdi Səlimzadəni və onun harınlamış qohumlarını cəzalandıracaq”. Redaksiyadan: Yazıda adları qeyd olunan şəxlərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?