GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sahil Babayevin inəkpaylama və kadr siyasəti- Nazir və ƏƏSMN-dəki "Dost klubu"ndan narazılıqlar böyüyür

Sahil Babayevin inəkpaylama və kadr siyasəti- Nazir və ƏƏSMN-dəki "Dost klubu"ndan narazılıqlar böyüyür

Tarix: 3-01-2019, 21:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 839
Sahil Babayevin inəkpaylama və kadr siyasəti- Nazir və ƏƏSMN-dəki "Dost klubu"ndan narazılıqlar böyüyür


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi, Ünvanlı Sosial Yardım (ÜSY) alan yoxsul ailələrə maliyyə dəstəyinin dayandırılması müqabilində xəstə heyvanların verilməsi və s. çatışmazlıqlar müxtəlif təbəqlərdə narazılıq yaradıb.

GundemXeber.Az Reyting.az-a istinadən xəbər verir ki, Sahil Babayev nazir təyin edildikdən sonra vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyi və biznes sahəsindən tanıdığı xeyli dostlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yüksək vəzifələrə təyin edib.

Elə ötən həftə ƏƏSMN-ə Aparat rəhbəri təyin olunan Hidayət Abdullayev də Sahil Babayevin vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyindəki dostlarından biridir.

Məlumatda qeyd olunur ki, əvvəllər bank sektorunda işləyən Hidayət Abdullayev 2011-ci ildə Sahil Babayevin dəstəyi ilə İqtisadiyyat Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin nazirlikdə Beynəlxalq layihələr üzrə müdir müavini vəzifələrində çalışıb. S. Babayev nazir təyin ediləndən 4 ay sonra isə onu özünə müşavir təyin edib. Bir neçə gün əvvəl isə ƏƏSMN-nin Aparat rəhbəri təyin olunmasına imza atıb.

Nazirlikdəki mənbəmiz bildirir ki, S. Babayevin heç nəyə məhəl qoymadan, İqtisadiyyat Nazirliyi ilə biznes sektorundan gətirdiyi kadrları ƏƏSMN-də üstün mövqe qazanıblar. Həmin komanda isə nazirlikdəki "köhnə qvardiya”nı sıxışdırır, əksəriyyətini vəzifələrdən azad olunmasına nail olublar, az bir qismini isə hələlik aşağı vəzifələrə keçirib, onların bilik və bacarığından müəyyən müddət yararlanmaq istəyirlər.

S. Babayevin maraqlı təyinatlarından biri də Dövlət Məşğulluq Xidmətinin rəisi ilə bağlıdır. Nazir xidmətin rəisi Anar Bədəlbəylini vəzifəsindən kənarlaşdıraraq, onun yerinə uzun illər əvvəl bank sektorundan tanıdığı dostu Fuad Musayevi gətirib. Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin oğludur. Amma Sahil Babayev Məmməd Musayevin oğlunu yüksək vəzifəyə təyin etməklə kifayətlənməyib, onun özünü də nazirlikdə yaradılan DOST-da işlə təmin edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının ilk iclasında Sahil Babayev Şuranın sədri olub. Məmməd Musayev isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevlə birlikdə 7 nəfərlik Şura üzvündən birinə çevrilib.

Məmməd Musayevin oğlu, ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, həm də Sahil Babayevin hazırda böyük narazılıqla qarşılanan "inəkpaylama” aksiyasında əsas yeri tutur. Bu faktlar göstərir ki, Sahil Babayev - Fuad Musayev işbirliyinin bağları çox dərindir. Yəqin elə bu səbəbdəndir ki, Sahil Babayev hətta böyük pulların dövr etdiyi yoxsullara paylanılan inəklərin və digər mal-materialların alınması kimi "böyük məsələ”ni də dolaysı ilə Fuad Musayevin nəzarətinə verib. İddia olunur ki, mal-qaranın alınmasına məsul MMC də F. Musayevin nəzarətindədir.

Adının çəkilməsini istəməyən nazirlik əməkdaşı isə deyir ki, narazılıqlara səbəb olmuş həmin MMC və onun rəhbəri haqqında cəmiyyətə ətraflı məlumat verilməlidir: "Kimindir bu MMC? Həmin MMC nə vaxt yaranıb və onun belə bir iş təcrübəsi varmı?”.

Mənbəmiz nazirliyin bu istiqamətdə ətraflı açıqlama verəcəyinə inanmır: "Bunun səbəbini hələlik açıqlamıram. Amma əminəm ki, bu MMC haqqında hər şeyi mümkün qədər gizlədəcəklər. Bu yöndə artan narazılıqlara isə yalnız ümumi cavab verməklə, həmişəki kimi vəziyyətdən çıxmağa çalışacaqlar. Necə ki, iqtisadçı Qubad İbadoğlunun açıqlamasından sonra məsələyə ətraflı aydınlıq gətirməkdən yayındılar”.

Məlumatlı şəxs bir neçə gün əvvəl iqtisadçı Qubad İbadoğlunun inəkpaylama aksiyasına toxunaraq, yazdığı və müxtəlif KİV-lərdə yer alan faktları da xatırladıb. Əlavə edib ki, Q. İbadoğlu haqlıdır:

"Yada salım ki, Qubad İbadoğlu nazirliyin ÜSY alan vətəndaşlara payladığı heyvanların sağlam olmadığını, onların dişsiz, qısır, bəzi hallarda qotur olmasının bu sistemdə korrupsiyanın, pis idarəçiliyin davam etməsinin göstəricisi olduğunu bildirib. Qubad İbadoğlu əlavə edib ki, ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa balşayıblar. Sosial müfəttişlər proqram çərçivəsində ailəyə təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə rəsmiləşdirirlər.

İndi siz nazirliyin Qubad İbadoğlunun bu açıqlamasına verdiyi cavaba diqqət edin. Sahil Babayevin nazirlikdəki "Qara qutusu” sayılan nazir müavini Anar Əliyev mətbuata açıqlamasında vətəndaşlara qısır, dişsiz, şikəst, qotur heyvanların verilməsi hallarının olmasını dolayı da olsa, gizlədə bilməyib. Nazir müavini bildirib ki, verilən mal-qara ilə bağlı hər hansı problem yarananda, müvafiq aktivlərlə dəyişdirilib.

İndi kimsə xalqa başa salsın ki, nazir müavini "Problem yarananda dəyişdirlib”lə nə demək istəyib? Yəni bu, iqtisadçının iddia etdiyi xəstə heyvanların paylanılmasını təsdiq etmirmi? Əmin olun ki, fakt belədir”.

Qeyd edək ki, nazir müavini A. Əliyev bu məsələdə F. Musayevlə S. Babayevin ortaq anlaşdığı MMC-dən danışsa da, onun adını çəkməyib. Sadəcə, qeyd edib ki, "biz təchizatçı şirkətlə aktivlərin, əmlakların alınması və təhvil verilməsi ilə bağlı müqavilə bağlamışıq: "Maldarlıqla əlaqədar olanda isə biz bütün hallarda şirkətdən müvafiq baytarlıq arayışları tələb edirik. Vətəndaş aktivlərin keyfiyyəti ilə razı olmadığı halda həmin aktivlər dəyişdirilir”.

Gördüyünüz kimi, nazir müavini ümumi şəkildə, detallara varmadan, məsələdən açıq yayınan sözlər işlədib. Əlbəttə, ondan fərqli izahat gözləmək də mümkün deyil. Çünki yuxarıda qeyd etdiyim səbəblərdən, bu, onun birbaşa nazirə, onun özəl və ümumi maraqlarına qarşı çıxması demək olardı”.

Mənbəmiz bildirib ki, hazırda Sahil Babayevin dostlarının təqdimatı ilə ƏƏSMN-də vəzifə gözləyən xeyli şəxs var: "Onların bəzilərinin təqdimatçıları qədər, özlərinin də tərcümeyi-halı maraqlıdır. Əmrləri verilən kimi, adlarını redaksiyanıza təqdim edərəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub

    Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis ...

    4-08-2018, 16:32

  • 
  • Nazir Sahil Babayev özünə iki yeni müşavir təyin edib

    Nazir Sahil Babayev özünə iki yeni müşavir təyin ...

    27-09-2018, 20:34

  • 
  • Sahil Babayev Füzuli Ələkbərovun kadrına nədən üstünlük verdi? - Heybət İmanov qisasa hazırlaşır...

    Sahil Babayev Füzuli Ələkbərovun kadrına nədən ...

    16-08-2018, 13:20

  • 
  • Şirzad Abdullayevin qardaşı cərimələnibmiş – Sahil Babayevin daha bir kadrı…

    Şirzad Abdullayevin qardaşı cərimələnibmiş – ...

    17-09-2018, 16:45

  • 
  • Sahil Babayev Qarabağ əlillərini niyə qəbul etmir? - ETİRAZ

    Sahil Babayev Qarabağ əlillərini niyə qəbul ...

    2-08-2018, 13:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu