Göygol rayon Qızılqaya qəsəbəsi ərazisindəki gecə klubu sakinlərinin baş ağrısına çevrilib. Belə ki, barda işləyən "xanımlar" açıq saçıq geyinməklə müştəri cəlb etməyə çalışılrlar. Belə desək kluba gedən insanları tora salmaqıa ciblərinə girirlər. Müştəriyə yaxınlaşırlar və onları ələ alaraq özləri üçündə nəyisə sifariş etməyi xahiş edirlər.
GundemXeber.Az bildirir ki, sərxoş müştəri isə bu "xanımların" toruna düşərək ciblərindəki son qəpiyə kimi xərcləmək məcburiyyətində qalırlar. Hətda xanımlar müştəriyə mobil nömrələrini verməklə sabahı üçün özlərinə klent yığmağa çalışırlar.
Həmin barda olan XİA.az-ın əməkdaşının sözlərinə görə açıq-saçıq geyimli qızlar müştərini tora salır, bahalı içkilər sifariş edirlər. Hesab gələndə isə hamının qanı qaralır. - Burdakı gecə klubu barədə xəbər mənə çox maraqlı gəldi. Burda baş verənləri izləmək üçün həmin kluba getdim. Özünü mühafizəçi kimi tanıdan şəxs üst-başımızı yoxladıqdan sonra içəri buraxdı. Barda olan qızların demək olar ki, əyinlərində paltar yoxdu. İlk öncə sifarişimizi götürdülər. Sonra qız yaxınlaşıb mənə dedi ki, sizə nə qulluq edə bilərəm. Nömrəsini verdi. Dedi mənə də içki sifariş edin, mən etmədim. Sonra dedi ki, sifariş verməliyəm xanım oynasın. Bunula da razılaşmadım. Deməli həmin xanımlar ayrı-ayrılıqda yaxınlaşdılar mənə, bəlkə xoşun məndən gəlir deyə. Mən isə heç birindən xoşum gəlmədiyini dedim. Sonda hesab gəldi. 20 manat+10 manat da qızlar oynayıb bizi guya şənləndiriblər. Deməli burda 1 kofe (marketdə 0.35manat) 2 ədəd xlırdalan piyvəsi (marketdə 1 ədədi 1.50 manatdır) 1 bakal meyvə suyu (marketdə 1lit 1.2 manatdır) burada 20 manat, 10 manat isə qızların oynadığına baxdığın üçün ələvə alırlar. Verdiyim 30 manatın əvəzinə isə heç bir çek verilmədi. Çek verilmədiyindən buranın sahibi barədə heç bir məlumat əldə edə bilmədik deyə əməkdaşımız bildirib.
Əldə etdiyimiz digər məlumata əsasən bura əvvəllər "Duru" restoranı kimi fəaliyyət göstərib. Sonradan burdan bar kimi istifadə edirlər. Digər məlumata əsasən isə bir neçə il bundan öncə həmin barda kütləvi dava olub. Deyilənə görə burda böyük atışmada baş verib. Mövzuya qayıdacağıq P.S. Ümüd edirik ki, Göygöl RPŞ-si bu barədə tədbir görəcəkdir.
Sorğu
Yeni dizaynımız necədir?