GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ALİ MƏHKƏMƏDƏN BİABIRÇI QƏRAR-SAHİBKAR PREZİDENTƏ MÜRACİƏT ETDİ

ALİ MƏHKƏMƏDƏN BİABIRÇI QƏRAR-SAHİBKAR PREZİDENTƏ MÜRACİƏT ETDİ

Tarix: 1-02-2019, 10:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 969
ALİ MƏHKƏMƏDƏN BİABIRÇI QƏRAR-SAHİBKAR PREZİDENTƏ MÜRACİƏT ETDİ


«Biləcəri Təmir-Quraşdırma Tresti» QTSC-nin sədri Nazim Tahirov Ali Məhkəmənin 30 yanvar 2019-cu il tarixli qanunsuz və biabırçı qərarından Prezident İlham Əliyevə şikayət qəbul edib.

Şikayətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Çox hörmətli cənab Prezident!
Mən, "Biləcəri Təmir-Quraşdırma" QSC-nin sədri Nazim Tahirov, Azərbaycanın məhkəmə sistemində baş verən görünməmiş haqsızlıqla bağlı Sizə müraciət etmək məcburiyyətində qaldım.
Azərbaycanda məhz Sizin siyasi iradənizlə bərqərar olmuş hüquqi islahatlar dövlət strukturlarındakı korrupsiya hallarına qarşı mübarizədə ən vacib silahdır. Bu islahatlar eləcə də məhkəmə sistemində aparılmaqdadır. Biz sahibkarlar məhz Sizin dəstəyinizə arxalanaraq özümüzü həmişə güclü və arxalı bilmişik, sizə güvənmişik. Dövlətdən heç bir vaxt maddi vəsait almayaraq, yalnız kollektiv və ailə büdcəmizin vəsaitləri sayəsində işimizi qurur, dövlətmizin iqtisadi cəhətdən daha da güclənməsi yolunda fəaliyyətimizi davam etdiririk.
Biz sahibkarlar həmişə bir məsələdə də özümüzü dayaqlı hesab edirik ki, əgər hardasa hüquqlarımız pozularsa, mütləq qaydada məhkəmələrdə haqqımızı özümüzə qaytaracağıq. Lakin çox təəssüf hissi ilə bildirirəm ki, son 5 il ərzində Azərbaycanın məhkəmə sistemində baş verən haqsızlıqlar bir yana, bu ilin yanvarın 30-da Azərbaycan Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayev xarici ölkələrin birində olduğu halda, bir telefon zəngi ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının baxışında olan mübahisəli iş üzrə görünməmiş qanunsuz qərar qəbul edildi (hakim Zakir Quliyevin sədrliyi ilə). Bununla da əvvəllər çoxsaylı məhkəmə qərar və qərardadları, eləcə də məhz Ali Məhkəmənin özünün 30 iyun 2017-ci il tarixli (hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə) qərarı ilə (iş № 2-2(102)-252(2017)) mülkiyyət hüququmuz təsdiqləndiyi halda, bütün ümidlərimiz bu dəfə məhv edildi. Beləliklə, Ali Məhkəmənin həmin qanunsuz qərarı ilə bizə məxsus olan, Rusiyanın Nijeqorodskaya şəhərində yerləşən «Vıksunskiy Metallurgiya zavodu» Səhmdar Cəmiyyətindən gətirilmiş böyük diametrli metal borular saxta müqavilələr əsasında qanunsuz iddia irəli sürmüş, Azərbaycanın ədliyyə sistemində çalışan yüksək rütbəli məmurlar tərəfindən himayə edilən «Cənnət Park» MTK adlı bir qurum tərəfindən ələ keçirilmişdir.
Cənab Prezident!
Onu da qısaca olaraq diqqətinizə çatdırıram ki, rəhbəri olduğum QSC-nin mülkiyyəti olan həmin metal borular 16 saylı «Təmir-İnşaat İstehsalat Tresti”nə satılmışdır. Lakin həmin trestin rəhbərliyi borcunu ödəyə bilmədiyindən, həmin metal borular özümüzün mülkiyyətimiz olaraq geri qaytarılmış, məhkəmə qərarı ilə Qaradağ rayonunun ərazisindəki xüsusi mühafizə olunan əraziyə daşınmışdır. Sonradan həmin trestlə əlaqəli olan «Cənnət Park» MTK adlı qurum və onların yaratdığı mütəşəkkil dəstə qeyd olunan metal boruları ələ keçirmək üçün aralarında saxta müqavilə bağlamışlar. Azərbaycan Auditorlar Palatasının auditi Aftandil Adıgözəl oğlu Əliyevin 30 iyun 2014-cü il tarixli və 13 iyul 2016-cı il tarixli yoxlama aktı ilə 16 saylı «Təmir-İnşaat İstehsalat Tresti”nin direktoru Nəsirov Yusif Təvəkkür oğlu ilə “Cənnət Park” MTK-nın rəsmisi Fətullayev Qənbər Bahadur oğlunun arasında bağlanlmış müqavilələrin saxta olduğunu təsdiq edən akt tərtib etmişdir.
Bundan sonra qarşı tərəf saxta iddialarla bizə qarşı məhkəmə çəkişmələri başlatmışdır. Əvvəlcə istər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, istərsə də qarşı tərəfin apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi işin bütün hallarını araşdıraraq həmin metal borular üzərində bizim mülkiyyət hüququmuzu tanımış, 16 saylı «Təmir-İnşaat İstehsalat Tresti”nin direktoru Nəsirov Yusif Təvəkkür oğlu ilə “Cənnət Park” MTK-nın rəsmisi Fətullayev Qənbər Bahadur oğlunun arasında bağlanlmış müqavilələrin saxta olduğunu qərarları ilə təsdiq etmişdir. Nəhayət, bu mülki mübahisəyə Azərbaycan Ali Məhkəməsində də baxılmışdır. Məhkəmə qərarında qarşı tərəfin saxta iddialarına son verən yekun qərar qəbul edilmişdir. Saxta iddiaçı olan «Cənnət Park» adlı MTK-nın sahiblərindən biri Bəylər Xankişiyev adlı şəxs isə oğlu, Bakı şəhəri 54 saylı Notariusun müdiri Xankişiyev Simran Bəylər oğlunu da bu işə qoşaraq saxta sənədləri notarial qaydada təsdiq etdirməklə müəssisəmizin mülkiyyəti olan külli miqdarda əmlakı hədə-qorxu gəlməklə özününküləşdirib ələ keçirmək üçün bütün saxtakarlığa imza atmışdır. Bu dəstəyə isə, təkrar edirəm, Azərbaycan Ədliyyə Nazirliyində və Ali Məhkəmədə yüksək vəzifə tutan şəxslər qanunsuz əsaslarla kömək etmişlər. Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarında (iş № 2-2(102)-252(2017)) konkret olaraq göstərilir: “16 saylı Tİİ Tresti ilə «Cənnət Park» MTK arasında bağlanmış müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, “Cənnət Park” MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, “Cənnət Park” MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə “MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir”.
Bu isə o deməkdir ki, «Cənnət Park» MTK-nın bu borulara heç bir aidiyyəti yoxdur, ola da bilməz. Əgər həqiqətən də aidiyyəti var idisə, niyə 2014-cü ildən bizə borclu olan 16 saylı «Təmir-İnşaat İstehsalat Tresti” ilə aramızdakı mülki mübahisəyə məhkəmələrdə baxılarkən, ötən 4 ildə qəbul olunmuş qərarların heç birində həmin «Cənnət Park» MTK-nın adı belə yoxdur. Eləcə də onun iddiaçı olması barədə adi bir kağız parçası. Prokurorluq da məlum müqavilənin saxta olmasını araşdırmışdır. Nəsirov Yusif Təvəkkül oğluna həmin boruları götürmək üçün hələ 01.11.2013-cü ildə verilmiş vəkalətnamədə yazılırdı: «Vəkalətnamə №-07. Bu vəkalətnamə verilir Nəsirov Yusif Təvəkkül oğluna (şəxsiyyət vəsiqəsi: AZE-13582422, 20.06.2013-cü ildə Sabunçu RPİ tərəfindən verilib) ondan ötrü ki, o, «Biləcəri Təmir-quraşdırma» Qapalı Tipli Səhmdar Cəmiyyəti ilə 16 saylı İnşaat İstehsalat Təmir Tresti arasında bağlanmış 17 saylı 01 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən gətiriləcək boruları götürmək üçün. Vəkalətnamə 01 may 2014-cü ilədək qüvvədədir. İmza: 16 saylı İnşaat İstehsalat Təmir Trestinin rəisi Y.T.Nəsirov». Və möhür.
Qeyd olunan boruların istehsalçısı olan Rusiyanın Nijeqorodskaya şəhərində yerləşən «Vıksunskiy Metallurgiya zavodu» Səhmdar Cəmiyyətinin baş direktoru E.B.Stepantsov isə hələ 27 aprel 2016-cı il tarixdə Azərbaycan daxili işlər naziri Ramil Usubova və Rusiyanın Azərbaycandakı səfiri B.D.Doroxinə rəsmi məktub yazaraq 16 saylı İnşaat İstehsalat Təmir Trestinin rəisi Y.T.Nəsirovun borcunun alınaraq qaytarılmasına köməklik göstərilməsini xahiş edirdi. Bundan sonra DİN-nin Baş MCQMİ-nin rəisi, general-mayor Seyfulla Əzimovun imzası ilə E.B.Stepansovun rəsmi sorğusuna rəsmi cavab verilir, məsələyə tam huquqi aydınlıq gətirilir, bir daha bizim həmin boruların mülkiyyətçisi olduğumuz qeyd olunur. Eləcə də həmin boruların 16 saylı İnşaat İstehsalat Təmir Trestinin rəisi Y.T.Nəsirov tərəfindən alındığı, borclu olduğu və malın mülkiyyətçisinin bizim «Biləcəri Təmir-Quraşdırma Tresti» QSC olduğu bir daha təsdiqlənir (məktub və sənədlərin surəti təqdim olunur). Təkrar edirəm, orada «Cənnət Park» MTK adlı hansısa bir qurumun adı çəkilmir. Nə də digər sənədlərdə.
Başqa sənədlərə də diqqət edək: biz müqavilə öhdəliyini pozduğuna görə 16 saylı İnşaat İstehsalat Təmir Trestinin rəisi Nəsirov Yusif Təvəkkül oğlundan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə şikayət verdik. Məhkəmə prosesində 16 saylı İnşaat İstehsalat Təmir Trestinin rəisi Nəsirov Yusif Təvəkkül oğlu 03 iyul 2015-ci il tarixli, 152 saylı Zəmanət məktubu ilə məhkəməyə müraciət edərək borcunu tezliklə ödəmək barədə üzərinə öhdəlik götürdü, məhkəmə onun bu zəmanət məktubunu işə tikdi, qərarında nəzərə aldı (Zəmanət məktubunun surəti əlavə olunur). Yenə də bu Zəmanət məktubunda «Cənnət Park» MTK adlı iddiaçının adı belə çəkilmir.
Cənab Prezident! Qısa məzmunlu bu həyəcan dolu məktubumda Sizə Azərbaycan Ali Məhkəmə rəhbərliyinin biz Azərbaycan vətəndaşı və sahibkarının məhkəmələrimizdə tapa biləcəyimiz haqq və ədalətə inamımızı necə puç edən qərar qəbul etdiyini diqqətinizə çatdırmağa çalışdım. Hesab edirəm ki, bu Azərbaycan dövlətçiliyinin təməl prinsiplərindən olan ədalət mühakiməsinə vurulan ən ağır zərbədir. Hər il Avropa İnsan Haqları Məhkəməsində məhz Azərbaycan Ali Məhkəməsində qəbul olunmuş belə qanunsuz məhkəmə qərarlarına baxılır, ölkəmizin əleyhinə qərarlar verilir, dövlətimiz cərimə sanksiyaları ilə üz-üzə qoyulur. Dövlətimizin adından belə qərar qəbul edən hakimlər niyə Sizin onlara göstərdiyiniz böyük etimaddan nəticə çıxarmırlar? Hərdən hansısa iş adamının, sahibkarın intihar etdyinin acı xəbərlərini eşidirik. Bu intiharların kökünü araşdıranda məlum olur ki, bir çoxu məhz məhkəmələrdə qəbul edilmiş əsassız və ədalətsiz qərarlardan, illərlə süründürməçilikdən bezərək baş vermişdir. Bəziləri isə məcbur olub Avropa İnsan Haqları Məhkəməsinə şikayət verməli olurlar.
Cənab Prezident!
Mən şüurlu həyatımı xeyirxahlığa, dövlətimə, xalqıma və Prezidentimə xidmətə həsr etmişəm. Lakin Azərbaycan Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayev hansısa yüksək rütbəli məmurların sifarişi ilə Konstitusiyada nəzərdə tutulmuş kollektiv mülkiyyət hüququmuzu bir telefon zəngi ilə qəbul edilən qərarı ilə əlimizdən aldı, Azərbaycan vətəndaşı olaraq ədalət mühakiməsinə olan inamımızı məhv etdi. Cənab Ramiz Rzayev qarşımızda yalnız bir seçim imkanı qoydu: pozulmuş mülkiyyət hüququmuzu Avropa İnsan Haqları Məhkəməsində müdafiə etmək! Lakin mən heç bir halda bunu istəməzdim, amma ikinci bir yolumuz da yoxdur, ona görə də indii çətin seçimlə üz-üzəyik.
Cənab Prezident!
İnanıram ki, müraciətim Sizə çatdırılacaq və bu vəziyyətdə ədalətli qərar qəbul olunmasına, pozulmuş kollektiv mülkiyyət hüquqlarımızın bərpasına kömək edəcəksiniz. Biz sahibkarlar Sizə arxalanır, Sizə güvənirik.
Dərin hörmətlə:
Nazim Tahirov,
«Biləcəri Təmir-Quraşdırma Tresti» QTSC-nin sədri
Bakı şəhəri, 31 yanvar 2019-cu il
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də... - GİLEY

    “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi ...

    25-10-2018, 11:52

  • 
  • “Biləcəri Təmir-Quraşdırma” QTSC-lə bağlı daha bir qalmaqal - "Nazim Tahirov mənim halallığımı verməyib"

    “Biləcəri Təmir-Quraşdırma” QTSC-lə bağlı daha ...

    28-11-2018, 16:25

  • 
  • Dünya ölkələrinin prezidentlərindən İlham Əliyevə təbrik

    Dünya ölkələrinin prezidentlərindən İlham Əliyevə ...

    23-12-2014, 00:05

  • 
  • Gülər Əhmədova İlham Əliyevə müraciət etdi: “Mən dələduz deyiləm”

    Gülər Əhmədova İlham Əliyevə müraciət etdi: “Mən ...

    2-12-2013, 13:02

  • 
  • “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin sədri İSTİNTAQI NECƏ YÖNƏLDİB?

    “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin sədri ...

    27-11-2018, 13:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu