GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Başçının zülm etdiyi Qarabağ əlilləri ağ bayraqla Laçına üz tutdu: “Milyon verib vəzifəyə gəlmişəm”

Başçının zülm etdiyi Qarabağ əlilləri ağ bayraqla Laçına üz tutdu: “Milyon verib vəzifəyə gəlmişəm”

Tarix: 27-02-2019, 17:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 313
Başçının zülm etdiyi Qarabağ əlilləri ağ bayraqla Laçına üz tutdu: “Milyon verib vəzifəyə gəlmişəm”


Prezident İlham Əliyevin həyata keçirdiyi son islahatlar, xalq-prezident təmaslarının intensivləşməsi, ev-ev gəzməsi, əhalinin xeyrinə olan sosial yönümlü qərarlar, fərmanlar verilməsi, minimum əmək haqqının, müavinətlərin artırılması fonunda Laçın Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aqil Nəzərli məcburi köçkünlərin “dərisinə saman təpir”, onları dövlətdən narazı salır.

Gundemxeber.az bildirir ki, A.Nəzərli laçınlı əhalini hökumətin üstünə qaldırır, bu azmış kimi, onun zülmündən cana doyan dörd nəfəri əldə ağ bayraqla erməni işğalında olan Laçına getməyə sövq edir.

Bu barədə Reportyor.info-nun əldə etdiyi məlumata görə, A.Nəzərlinin özbaşınalıqlarından, vətəndaşlara “divan tutması”ndan bezar olmuş köçkünlər düşmən tapdağında olan doğma Laçına üz tutmağa cəhd ediblər.

Əldə etdiyimiz məlumatda deyilir ki, Laçının Vağazin kənd sakinləri – İsmayılov Əkbər Əli oğlu, İsmayılov Mamed Əli oğlu, İsmayılov Yusif Əli oğlu və doğuşdan fiziki qüsurlu olan İsmayılov Gündüz Yusif oğlu icra başçısının istibdadı, onları əzməsi, problemlərini həll etməməsi ucbatından əldə ağ bayraqla Laçına yürüş ediblər. Buna polis əməkdaşları mane olmağa çalışıb.

İşin mahiyyətindən keçməzdən əvvəl yazmaq yerinə düşər ki, dövlət başçısının son dövrlərdə islahatları sürətləndirməsi, özbaşınalıq, talançılıq edən, şikayətlər çox edilən məmurları vəzifəsindən azad etməsi, dövlətin sosial siyasətini gücləndirməsinə baxmayaraq, Laçının İH başçısı Aqil Nəzərli hakimiyyətin, ölkə başçısının sosial siyasi kursuna zidd gedərək rayonda məcburi köçkünlərin ayağa qalxmasına zəmin yaratmaqdadır.

Dörd köçkünün Laçına əldə bayraqla keçməyə cəhd göstərməsi buna sübutdur. Bu barədə video material əldə etmişik. Kadrlardan görünür ki, narazı laçınlılar başqa yol qalmadığını bildirirlər. Onların sözlərinə görə, A.Nəzərlinin əməllərindən prezidentin xəbəri yoxdur.

“Aqil Nəzərli deyir ki, sizin yeriniz Laçındır, ora gedin. Qoy bizi orda vursunlar. Prezidentin bu adamın başımıza açdığı oyunlardan, bizi əzməsindən xəbəri yoxdur. Biz heç bir dövlətdən sığınacaq istəmirik, doğma yurdumuz Laçınımıza gedirik”, – deyə videoda şikayətçilər söyləyirlər.

Birinci Qarabağ müharibəsi əlilləri olan adıçəkilən laçınlı qardaşlar və doğuşdan fiziki qüsurlu olan İsmayılov Gündüz prezidentə müraciətdə fərari və saxta diplomlu icra başçısı barədə ölçü götürülməsini xahiş ediblər.

Onlar heç yerdə işləmirlər, dolana bilmirlər. Həmçinin, ailə üzvlərindən kimsənin işləmədiyi qeyd edilir. Ağır vəziyyətdə yaşadıqlarını və bununla bağlı Aqil Nəzərlinin qəbulunda dəfələrlə olmaqlarına baxmayaraq heç bir köməklik edilmədiyini deyirlər.

Prezidentə və I vitse-prezident Mehriban xanıma müraciət edən laçınlılar A.Nəzərlinin laqeyd, bivec fəaliyyətindən boğaza yığılıblar. Prezidentin həyata keçirdiyi islahatların qarşılığında icra başçısı İ.Əliyevin göstərdiyi etimadı yerə vurur, camaatı saymır, problemləri dinləmir. Belə görünür ki, yola salınan məmurlar cərgəsində onun da yeri hazırdır.

Qardaşlardan Əkbər İsmayılovun sözlərinə görə, vətən uğrunda döyüşərək sağlamlıqlarını itiriblər. Laçın işğalda olmasaydı, bu vəziyyətə düşməzdilər, A.Nəzərli da əhaliyə “divan tutmazdı”.

Ə.İsmayılovun bildirib ki, hiddətlənən A.Nəzərli əlini Laçın istiqamətinə uzadaraq, birinci Qarabağ müharibəsi əlilləri olan qardaşlara “mənə görə döyüşməmisiniz, Laçına görə döyüşmüsünüz, gedin Laçına, orda problemlərinizi həll etsinlər.

Mən bu vəzifədə olmaq üçün milyonlarımdan keçmişəm, sizə görə prezident mənə heçnə eləməz” deyərək otağından qovub. Qardaşlar isə icra başçısının bu cavabından məyus olaraq kəfənlərini boyunlarına dolayaraq vətən istiqamətində hərəkət ediblər.

Reportyor.info-ya verilən məlumata görə, Ağdam tərəfdən cəbhə xəttinə çatanda Yusifin doğuşdan fiziki qüsurlu olan oğlunun halı pisləşir, Ağdam rayon təcili tibbi yardımı köməyə gəlir.

Buna baxmayaraq, qardaşlar yoluna davam edir. Lakin təmas xəttində aidiyyati orqanların əməkdaşları tərəfindən onların irəli getməsinə icazə verilməyib, Ağdam Rayon Polis Şöbəsinə gətirilib dindirildikdən sonra Laçın polisinə göndəriliblər.

A.Nəzərli isə məsələnin ört-basdır edilməsi, gündəmə gəlməməsi üçün təsir göstərməyə çalışıb. İsmayılovqardaşları geri qaytarıldıqdan sonra onlardan biri – Əkbər yenidən Laçın İH rəhbərinin qəbulunda olub, problemlərin həll edilmədiyini xatırladıb.

Amma yeni icra başçısı ona kimsəbata bilməz deyərək Qarabağ əlilini otağından qovub. Bu etinasızlıq, prezidentin siyasətinin əleyhinə fəaliyyət, köçkünləri və Qarabağ əlillərini qapıdan qovmaq, işsizlik problemini həll etməmək, ölkədə gedən islahatların ziddinə addım atmaq Aqil Nəzərlinin istefaya göndərilməsini zəruri edir.

Prezident onu bu vəzifəyə təyin edib ki, camaatla işləsin, şikayətlər olmasın. Üstəlik, söhbət erməni işğalında olan, qəhrəmanlar yetişdirən, şəhidlər verən Laçının əhalisindən gedir.

Amma ilin-günün bu vaxtında icra başçısı prezidentin tapşırıqlarını qulaqardı edərək, Qarabağ əlillərini aşağılayıb qapısından qovaraq onları Laçına keçməyə vadar edir, düşmən hərbçilərin əlinə əsir düşməyə sürükləyir.

Bu, biabırçılıqdır, hökumətə, prezidentə A.Nəzərlinin xəyanət xarakterli fəaliyyətidir. Onun borcudur ki, ölkə başçısı kimi ev-ev, kənd-kənd gəzib laçınlı köçkünlərin problemlərini eşitsin. Di gör ki, İH başçısını heç nə maraqlandırmır, vecinə almır.

Bunun nəticəsidir ki, çarəsiz insanlar kəfən geyinib, təslimçi ağ bayraq tutub Laçına keçməyə məcbur qalırlar.

A.Nəzərli unudur ki, bu məsələyə görə onun başı möhkəm ağrayacaq. Hətta yaxın vaxtlarda işindən azad olunması da istisna deyil. Artıq bu hadisənin yuxarıların diqqətinə çatdığını söyləmək olar.

İsmayılovlar dövlətdən, dövlətin rəhbərindən problemlərinin həllini, laçınlılar isə A.Nəzərlinin cəzalandırılmasını gözləyir. Söz prezidentindir…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Laçının icra başçısı əsgərlikdə olmayıb – Foto+Sənəd

    Laçının icra başçısı əsgərlikdə olmayıb – ...

    26-04-2018, 16:46

  • 
  • Alim Qasımov Fədayə Laçına görə Prezidentə müraciət etdi

    Alim Qasımov Fədayə Laçına görə Prezidentə ...

    23-11-2017, 20:06

  • 
  • Aqil Nəzərli özünə “ağsaqqal” seçdi, laçınlılar etiraza qalxdı

    Aqil Nəzərli özünə “ağsaqqal” seçdi, laçınlılar ...

    12-05-2016, 16:42

  • 
  • Brilliant Dadaşova Fədayə Laçına görə Mehriban Əliyevaya müraciət etdi

    Brilliant Dadaşova Fədayə Laçına görə Mehriban ...

    4-11-2017, 21:34

  • 
  • Qarabağ əlilləri Laçın icra başçısından dövlət başçısına şikayət etdilər!!!

    Qarabağ əlilləri Laçın icra başçısından dövlət ...

    10-07-2017, 00:43


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (118)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu