GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Yeni Həyat"dan şiakyət - Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir?

“Yeni Həyat"dan şiakyət - Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir?

Tarix: 26-03-2019, 11:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 727
“Yeni Həyat"dan şiakyət - Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir?


“Yeni Həyat Şirkətlər Qrupu”nun rəhbəri Babək Babayev öz qanunsuz fəaliyyətində Prezident ailəsinin adından istifadə edir”.

Gudnemxeber.Az hurriyyet.org-a istinadla bildirir ki, bu iddialar vətəndaş Sübhan Zayıdovun ölkə başçısına ünvanladığı teleqramdandır.

Surətləri I Vitse-prezident Mehriban Əliyevaya, Prezident köməkçisi Fuad Ələsgərova, Ədliyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə və digər yetkililərə göndərilən teleqramda sözügedən şirkətlər qrupunun onun mülkiyyətində olan 5 hektar ərazini necə ələ keçirdiyindən bəhs edən S. Zayıdov, bunu dövlət imicimizə, ölkə rəhbərinin fəaliyyətinə kölgə saldığına inanır və üz tutduğu ünvanlardan üzləşdiyi haqsızlığın qarşısının alınamasını xahiş edir.

Teleqramda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban Xanım Əliyevaya

Azərbaycan Respublikasının Prezident Administrasiyasinin Hüquq Mühafizə Orqanları İlə İş Və Hərbi Məsələlər Üzrə Şöbə Müdiri, Prezident Köməkçisi Fuad Ələsgərova

Məhkəmə Hüquq Şurasinin Sədri, Ədliyyə Naziri Fikrət Məmmədova

Azərbaycan Respublikasının Ali Məhkəmənin Sədri Ramiz Rzayevə

Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova

Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Ramil Usubova

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri Cənab Şahin Mustafayevə

Prezident Yanında Apellyasiya Şurasının Sədri Cənab Eldar Nuriyevə


Cənab prezident,

Dəyərli zamanınızı almağımın səbəbi ən elementar insan haqlarından sayılan mülkiyyət hüququmun pozulmasıdır. Hüquq mühafizə orqanlarindan tutmuş ən müxtəlif instansiya məhkəmələrinə qədər etdiyim müraciətlərim heç bir nəticə vermir. Məcbur olub son ümid yeri kimi sizə üz tuturam. Ümidvaram ki, mənim haqq səsimə səs verəcək, pozulan hüququmun bərpasina çalişacaqsiniz.

Qarşılaşdığım problemin qisa məzmunu belədir: 2004-cü ildə “mərmər” acs-dən aldiğim 5 ha. Ərazi 10 ildən sonra məndən xəbərsiz “yeni həyat şirkətlər qrupu” mmc-yə aid bir törəmə şirkətə satilmişdir. Əmlak məsələləri üzrə dövlət komitəsi və digər özbaşina məmurlar tərəfindən kobud şəkildə pozulan hüquqlarim hələ də öz ədalətli həllini gözləyir. Ən pis cəhət isə ondan ibarətdir ki, “yeni həyat şirkətlər qrupu”-nun rəhbəri babək babayev öz qanunsuz fəaliyyətində prezident ailəsinin adindan istifadə edir. Bütün bu məkrli məqsədin sizin fəaliyyətinizə və dövlətimizin imicinə kölgə saldiğini nəzərə alib mülkiyyət hüququmun aqibətilə maraqlanacağiniza inaniram.

Hörmətlə: Sübhan Zayidov”



Problemin kökü: Rafiq Cəlilovun dövlətdən 10 qat artıq qazanmaq istəyi

Qeyd edək ki, S.Zayıdovun 15 il əvvəl “Mərmər” ASC-dən aldığı, Bakı şəhəri, Xətai royanu, Əhmədli yaşayış sahəsi, Zığ şosesi 5/1 ünvanında yerləşən sözügedən 5 hektarlıq ərazi bütün hüquqi prosedurlardan keçməsinə baxmayaraq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində əngəllə üzləşmiş, iddiaçının bildirdiyinə görə, özəlləşdirilməsi Komitənin sədr müavini Rafiq Cəlilovun dövlət rüsumundan 10 qat artıq rüşvət istəməsi nəticəsində baş tutmamışdır. Üzərindən 10 keçəndən sonra həmin ərazi mülkiyyətçinin razılığı alınmadan “Yeni Həyat Şirkətlər Qrupu”nun törəmə şirkəti “Baxçasaray” MTK-nın adına rəsmiləşdirilmişdir. Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, adı “Baxçasaray” MTK-nın rəhbəri kimi rəsmiləşdirilən Baxşıyev Akif Barat oğlu Babək Babayevə yad biri deyil, onun yeznəsi imiş. Yeznə-qayının birlikdə özgə əmlakını özününküləşdirmə əməliyyatlardan “Yeni Həyat Şirkətlət Qrupu”nun ərazidə tikinti işinə başlamasından sonra xəbər tutan S.Zayıdov dəfələrlə Babək Babayevlə görüşsə də, onu öz mülkiyyət hüququna hörmətlə yanaşmağa dəvət edə bilməmişdir. Mülkiyyətin əsl sahibinin tələblərinə saymazyanalıqla cavab verən Babək Babayev nəyin bahasına olursa olsun, haqsız mövqeyindən geri çəkilməyəcəyini şikayətçinin nəzərinə çatdırmış, “kimə şikayət edirsən et” deyərək, özünü ölkənin əsl sahibi kimi aparmışdır.

“Əmlak Komitəsi”nin səhlənkarlığı nəticəsində əmlakı qanunsuz yolla əlindən alınan S.Zayıdovla B.Babayev arasında böyüyən mübahisə məhkəmə salonlarına daşınmışdır. Maraqlıdır ki, mülkiyyətin ilk sahibinin əlindəki bütün hüquqi sənədlər də məhkəmlərdə işə yaramamış, həm Xətai rayon, həm də Bakı Apellyasiya Məhkəkəmələrinin qərarı əsl mülkiyyətçinin əleyhinə verilmişdir.

“Yeni Həyat”ın əsrarəngiz gücü

“Yeni Həyat Şirkətlər Qrupu”nun bu qəti qələbəsində Babək Babayevin arxasındakı qüvvələrin mühüm rolu olduğu bildirilir. Bəs, “Yeni Həyat” hüququ elə zəlil gününə salan bu gücünü hardan alır?

İnformasiya qaynağımızın iddiasına görə, Babək Babayev hər kəsə özünü Prezidentin qızı Arzu Əliyevanın adamı, “Yeni Həyat”ı isə “ailənin şirkəti” kimi təqdim etsə də, əslində onun arxasında sabiq Vergilər naziri Fazil Məmmədov dayanırmış: “Fazil Məmmədovun himayəsindən istifadə edən “Yeni Həyat” indiyə qədər xeyli insana fırıldaq gəlib və bu özbaşınalıqda həmişə Prezident ailəsinin adından istifadə edib. Məhz bu səbəbdən bir çox iş adamları Babək Babayevin qanunsuz fəaliyyətinə susmaq məcburiyyətində qalıb. Görünür, Azərbaycan məhkəmələrini də ədalətsiz qərar verməyə vadar edən də məhz sabiq Vergilər nazirinin əsrarəngiz gücü olmuşdur”.

Məsələylə bağlı mövqeyini soruşduğumuz bəzi ekspertlər də vətəndaşın başına gətirilmiş bu oyunlarda Prezident ailəsinin əli olacağı fikrini yaxına buraxmırlar. Onların fikrincə, Prezident ailəsinə məxsus şirkətlər iqtisadi münasibətdə olduqları tərəflərin razılığını mütləq alır və halallaşırlar. “Yeni Həyat”-ın mülkiyyət sahibləriylə hesablaşmayaraq, işi “Əmlak Komitəsi”ndə qanuna zidd üsullarla həll etməsi, tərz etibarilə bu kriteriyalara uyğun gəlmədiyindən məlum ailənin adından mərkli niyyətlə istifadə edildiyi ortadadır.

“El bizim, sirr bizim” çərçivəsi

Tərəflər arasındakı mülkiyyət çəkişmələri hazırda Ali Məhkəmənin icraatındadır. Aprel ayının 2-də son məhkəmə instansiyasında müzakirəyə çıxarılması gözlənilən məsələnin necə həll ediləcəyi bilinmir. Bu instansiyadan da rədd cavabı alan şikayətçinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməkdən başa çarəsi qalmır. Bəs, şikayətçi bu hüququndan istifadə edəcəkmi?

Əməkdaşımızın suallarını cavablandıran şikayətçi problemin bu həddədək uzanacağına inanmır, Azərbaycan məhkəmə sisteminin, o cümlədən Ali Məhkəmənin sədri Ramiz Rzayevin işə ədalətli baxıb obyektiv hüquqi qiymət verəcəyini, beləcə, mülkiyyət hüququnun bərpa ediləcəyini düşünür. Onda bu inamı yaranmasının əsas səbəbi isə ölkə başçısının Novruz bayramı təbrikində Azərbaycan xalqına hüquq-məhkəmə sistemində islahatlara başlayacağı vədiylə bağlıdır. Zayıdovun fikrincə, islahatlar ərəfəsində Ali Məhkəmə açıq-aşkar insan hüquqları pozuntusuna gedə bilməz, əks halda Prezidentin qəzəbiylə üzləşər:

“Biz də məsələnin böyüməsində və ölkə sərhədlərimizdən kənara çıxmasında maraqlı deyilik. Xüsusilə, Azərbaycanın döst və düşmənlərinin marıqda gözlədiyi indiki şəraitdə dövlətimizin üzərində toz qondurmaq istəmirik. Buna görə də məsələnin “el bizim, sirr bizim” çərçivəsində həll olunacağına inanırıq. Ümidvarıq ki, Azərbaycan rəhbərliyi, o cümlədən Ali Məhkəmə də bu məsələdə ən azı bizim qədər maraqlıdır. Azərbaycanda bir sıra islahatlara start verəcəyini elan edən rəsmi iradənin də ən elemantar insan haqlarından sayılan mülkiyyət hüququmuzun bərpasına çalışacağına inanırıq. Ən azı ona görə ki, xarici və yerli investisiyalara qapılarını açan Azərbaycan iqtisadiyyatı ilk işə mülkiyyət hüququna hörmətlə başlamalıdır. Yalnız bu zaman qeyri-neft sektorumuza ciddi yatırımlar qoyuluşuna ümid edə bilərik”.

Vətəndaşın bu ümidlərinin nə dərəcədə doğrulub-doğrulmayacağı bir neçə gündən sonra bəlli olacaq. Necə deyərlər, yaşayarıq, görərik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın birinci vitse-prezidenti hansı səlahiyyətlərə malikdir?

    Azərbaycanın birinci vitse-prezidenti hansı ...

    21-02-2017, 14:28

  • 
  • Birinci vitse-prezidentin yeni köməkçisi Gündüz Kərimov kimdir?

    Birinci vitse-prezidentin yeni köməkçisi Gündüz ...

    15-11-2017, 00:22

  • 
  • Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Azərbaycanın Birinci ...

    7-03-2019, 14:28

  • 
  • Birinci vitse-prezidentin yeni köməkçisi təyin edildi

    Birinci vitse-prezidentin yeni köməkçisi təyin ...

    14-11-2017, 15:45

  • 
  • Gürcüstanın Baş naziri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Gürcüstanın Baş naziri Azərbaycanın Birinci ...

    23-02-2017, 21:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu