GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR

Tarix: 13-04-2019, 12:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 310
"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


Azərbaycana taxıl idxalı ilə məşğul olan əsas şirkətlər (Karat Holding MMC, Gəncə Dəyirman MMC, Karmen MMC, Aveta MMC və Fatoğlu MMC) bir adamın əlindədir. İmişlinin deputatı Əsabil Qasımovu mətbuat əbəs yerə “un kralı” adlandırmır. Adını nə qoyursunuz, qoyun - istər taxıl mafiyası, istər monopoliyası, fərqi yoxdur ölkədə taxılın və unun qiymətini bir adam müəyyənləşdirir, bir adam qaldırır.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


Amma bu şəbəkə düşündüyünüz kimi bu şirkətlərdən ibarət deyil. Nə də Əsabil Qasımov gömrük qapısının ağzını kəsdirib “dəli domrulluq” eləmir. Adamın əli Azərbaycana əsas taxıl ixracatçıları olan Rusiyanın, Qazaxıstanın, Ukraynanın taxıl zəmilərinə qədər uzanır.
Həm də bu ölkələrdəki şəbəkələşmiş şirkətlər vasitəsilə…

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


1. YUTAS ( ООО "ЮТАС") MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Şirkət 21 avqust 2009-cu ildə Stavropol Federal Vergi Xidmətinini 12 saylı müfəttişliyində qeydiyyatdan keçib. Dövlət qeydiyyat nömrəsi: 1092635009807. Qeydiyyat ünvanı: Stavropol şəhəri Kolomıytseva 68.
YUTAS-ın əsas fəaliyyəti Rusiyadan Azərbaycana taxıl, toxumluq buğda və heyvan yemlərinin ixracı olub. Şirkət bundan əlavə yol çəkilişi, tikinti materialları istehsalı da daxil olmaqla daha 5 istiqamətdə fəaliyyət göstərib.
Nizamnamə kapitalı 10 min rubl olan şirkətin 50 faizə sahib olmaqla əsas payçısı deputatın İsveçrədə xizək sürərkən faciəli şəkildə həlak olan mərhum oğlu Elçin Qasımov olub. Şirkətə 25 faiz paya malik olan Rusiya vətəndaşı Yuri Nikolayeviç Qaqarin direktorluq edib. Digər 25 faiz payçı isə Sergey Solovyov adlı Rusiya vətəndaşı olub.
Yutas MMC 21 mart 2016-cı ildə fəaliyyətini dayandırıb.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


2. “PODOLSK UN FABRİKİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "ПОДОЛЬСКИЙ МУКОМОЛЬНЫЙ ЗАВОД")

2 oktyabr 2013-cü ildə 10 min rubl nizamnamə kapitalı ilə Rusiyanın Moskva vilayətində qeydiyyatdan keçib və 1135074014130 saylı lisenziya alıb. Şirkət Əsabil Qasımovun oğlu mərhum Elçin Qasımovun adına rəsmiləşdirilib. Hüquqi ünvanı: 142116, Moskva vilayəti, Podolsk şəhəri, Lobaçeva küç 24.
2017-ci il üzrə vergi bəyannaməsinə görə illik gəliri 750 812 000 руб. (11.616.975 dollar), illik xərcləri 745 188 000 руб (11.529.011 dollar) təşkil edib. 100-ə yaxın işçisi var. İcraçı direktoru Abbasov Tacəddin Bəhram oğludur.
"Podolsk un fabriki" MMC - Moskva regionunun un istehsalçısı olan ən böyük müəssisələrindən biridir. Emalın həcmi ildə 75 min tondan artıqdır, un istehsalı isə 55 min tondan çoxdur. Fabrik Moskva vilayətinin cənubunda, Podolsk şəhərində, Moskvadan 15 km məsafədə yerləşir. "Podolsk un fabriki" MMC-nin əsas fəaliyyəti un və dənli məhsulların istehsalına, taxılın topdan satışı üzrə agent fəaliyyətinə, emal olunmamış tütün, toxum və heyvan yemlərinin topdan satışına yönəlib.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


3. RUSAGRO MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "Русагро")

Bu şirkət də Stavropol diyarında yerləşir, 23 sentyabr 2011-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 8 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib, nizamnamə kapitalı 10 min rubldur. Şirkətin 99 faizi (9900 rubl kapital payı) Əsabil Qasımovun yaxın qohumu İntiqam Umudov Alış oğlunun, 1 faizi isə deputatın mərhum oğlu Elçin Qasımovun adına rəsmiləşdirilib.
Rəsmi dövlət qeydiyyat nömrəsi: 1112651027390.
Hüquqi ünvanı: Nevinnomıssk şəhəri, Lazo küçəsi

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


1.
İcraçı direktor: Tacəddin Abbasovdur.
Əsas fəaliyyət sahəsi: un və taxıl sənayesi məhsulları, nişasta və nişasta tərkibli məhsulların istehsalı.
Maliyyə hesabatlarına görə 2017-ci ildə gəlir: 112 milyon rubl, mənfəət: 1,6 milyon rubl təşkil edib.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


4. STAV-AZ MMC (ООО "СТАВ-АЗ")

07 sentyabr 2016-cı ildə Stavropol diyarında qeydiyyatdan keçirilmiş bu şirkət 16 fevral 2018-cı ildə ləğv olunub. Nizamnamə kapitalı 10 min rubl olmaqla şirkət payının 70 faizi deputatın qohumu Umudov İntiqamın, qalan 30 faizi Rusiya vətəndaşı Belyayeva Feodora Spridonovnanın adına olub. Stavropol şəhəri Paralellnıy 1 keçidi, ev 8, ofis 410 ünvanında fəaliyyət göstərib. Azərbaycana bu şirkət üzərindən taxıl və un idxal olunub.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


5. AQROS MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО «АгрОС»)

Stavropol diyarındakı bu şirkət 3 sentyabr 2008-ci ildən fəaliyyətdədir. Lisenziya nömrəsi: 1082628002049, nizamnamə kapitalı 10 min rubldur. Şirkətin təsisçisi 100 faizlik payla KARAT HOLDİNQ-dir. Rusiyadan taxılın topdan satışını, daha doğrusu Azərbaycana idxalını həyata keçirən əsas şirkətlərdən biridir. Kirovsk rayonu, Komsomolets qəsəbəsi, Oktyabrsk küçəsi 45 ünvanında yerləşir.
Şirkət Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib. İcraçı direktoru Oksana Petrovna Krujalovadır. 2017-ci il maliyyə sənədlərinə görə illik dövriyyə 994 milyon rubl (15.384.880 dollar), gəlirləri 2 166 264 000 rubl, xərcləri 2 145 609 000 rubl təşkil edib. Volqa çayının sol və sağ sahilində, Nijni Novqorod rayonunun Kstovski rayonunun ərazisində 1000 hektarlıq taxıl zəmiləri var. Şirkət təkçə taxılçılıqla deyil, eyni zamanda maldarlıqla da məşğuldur, böyük ferması var.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


6. EKSPO MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "Экспо")

17 fevral 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib. Dövlət qeydiyyat nömrəsi: 1172651003040. Qeydiyyat ünvanı: Stavropol diyarı, Zelenikumsk şəhəri, Sovetski rayonu, Pervomayskaya 120 b.
Təsisçiləri: Karmen Məhdud Məsuluyyətli Cəmiyyəti (8 000 rubl və ya 80%) və Aqros MMC (ООО "АГРОС", 2 000 rubl və ya 20%). Əsas fəaliyyət sahəsi taxılın topdan ticarətidir.
İcraçı direktoru Astaşov Vasili Vladimiroviçdir.
2017-ci il vergi sənədlərinə görə gəlirləri 757 595 000,00 rubl (11.753.103), xərcləri 744 568 000,00 rubl təşkil edib.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


7. AQROMAN MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "АГРОМАН")

Bu şirkət 2010-cu ilin 30 noyabrında Rusiya Federal Vergi Xidmətinin Moskva şəhəri üzrə 46 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib. Dövlət qeydiyyat nömrəsi 1106195009348, nizamnamə kapitalı 10 min rubl, təsisçisi 100% payla Qasımov Əyyub Qarakişi oğludur. Ərzaq məhsullarının, içki və tütün məhsullarının topdan ticarəti ilə məşğuldur. İcraçı direktoru Mirzəzadə Rəfael Şamil oğludur.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


8. “Karat” kiçik müəssisəsi (МАЛЕ ПІДПРИЄМСТВО ''КАРАТ'' )

BuUkraynada Əsabil Qasımovun ilk şirkətidir. Haqqında ətraflı məlumat yoxdur.

9. ATLANTA TRADİNG COMPANY (ТОВ АТЛАНТА ТРЕЙДИНГ КО)

Ukraynada fəaliyyətdə olan bu şirkət ərzaq məhsullarının, o cümlədən balıq və digər molyusklarının topdan satışını həyata keçirir. Atlanta Trading Company 2017-ci ildə Əsabil Qasımovun Ukraynada qeydiyyatdan keçmiş “Karat” kiçik müəssisəsinin və bu ölkədə yaşayan Vüqar Abdullayev Əliağa oğlunun şərikliyi əsasında yaradılıb, nizamnamə kapitalı 38 742 qrivna, qeydiyyat nömrəsi 23307209-dur.
Hüquqi ünvanı: РІВНЕНСЬКА область, місто РІВНЕ, вулиця КУРЧАТОВА, будинок 18-В. Şirkətin 55 faizlik hissəsi “Karat”a aiddir. Eynu zamanda şirkətin nizamnaməsinə görə benefisiar mülkiyyətçi hüququ, yəni şirkətin müqavilələrinə, pul vəsaitlərinə və əmlakına bilavasitə nəzarət də Bakı şəhəri, Azadlıq prospektində qeydiyyatda olan Əsabil Qasımova aiddir.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


10. “ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР”

Əsabil Qasımovun şirkətlərinin, ailə üzvlərinin və yaxın qohumlarının səhmdarı olduğu Qazaxıstandakı “ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР” (qazaxca “ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР” АКЦИОНЕРЛІК ҚОҒАМЫ) taxıl kombinatını da siyahıya daxil etsək az qala Avrasiya coğrafiyası boyu böyük bir şəbəkə göz önünə gəlir. Bu, Qazaxıstanın ən böyük taxıl istehsalçısı olan Kustanay vilayətinin Fyodrovka rayonunda yerləşən 4 iri kombinatdan biridir. Səhmləri 2014-cü ildə deputatın şirkətləri və qohumları tərəfindən alınan səhmdar cəmiyyətin aktivləri 15 miyon 740 min avro təşkil edir.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


11. KOSMOS MMC (ООО "КОСМОС")

10 min rubl nizamnamə kapitalı ilə 16 dekabr 2007-ci ci ildən fəaliyyətdə olan Kosmos MMC (dövlət qeydiyyat nömrəsi 1072628001797) Əsabil Qasımovun qardaşı Qasımov Vüqar Qarakişi oğlunun (77%) və qohumu Umudov İntiqamın adına qeydiyyatdan keçirilib. Şirkətin icraçı direktoru Muradov Nizamxan Abdulla oğludur. Kislovodsk şəhəri, Pobeda küçəsi 20-25 ünvanında yerləşir. İnşaat sahəsində fəaliyyət göstərir.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


12. ISTOÇNİK SANATORİYASI MMC (ООО "САНАТОРИЙ ИСТОЧНИК")

Deputat Rusiyada təkcə “taxıl imperiyası” yaratmaqla kifayətlənməyib, turizm sektoruna da on milyonlar yönəldib. Yessentuki, Kislovodsk və Jeleznovodskda böyük sanatoriyalara sahiblik edir.
İstoçnik sanatoriyası Yessentukda Semaşko küçəsi 6-8 ünvanında yerləşir. Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 11 saylı vergi müfəttişliyində qeydiyyatdan (qeydiyyat nömrəsi: 1062650001347) keçib. Təsisçilik hüququ 100 faiz payla birbaşa Əsabil Qasımovun özünə aiddir. İcraçı direktoru İrina Matviets Vladimirovnadır. Nizamnamə kapitalı 10 min rubl, buraya çəkilən xərclər isə on milyonlar. Məsələ burasındadır ki, bu sanatoriya çəkilən xərclərin qarşılığında qeyri-rentabellidir və onun saxlanılması əlavə xərclər tələb edir. Məsələn 2016-cı maliyyə ilində şirkətin xərcləri gəlirlərindən 180 milyon 401 min rubl artıq olub. Sanatoriyanın nə az-nə çox 326 işçisi var.
Əsabil Qasımov bu sanatoriya ilə bağlı ötən il Rusiyada futbol üzrə keçirilən dünya çempionatı zamanı ciddi qalmaqalla da üzləşmişdi. Belə ki, FİFA-nın partnyor fiması “Match Accommodation 2018“ nigeriyalı futbolçulara görə sanatoriyaya ödəməli olduğu 3.5 milyon rublu verməkdən imtina etmişdi.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


13. “SANATORİY İSTOÇNİK KİSLOVODSK” MMC (ООО "САНАТОРИЙ ИСТОЧНИК КИСЛОВОДСК" )

Əsabil Qasımovun Kislovodskdakı bu şirkəti (qeydiyyat nömrəsi:1172651006880) 30 mart 2017-ci ildən fəaliyyətdədir. Kislovodsk şəhəri, Pobeda prospekti 20 ünvanında yerləşir və burada nəhəng sanatoriya kompleksinin tikintisi gedir. Nizamnamə kapitalı 10 min rubl təşkil edir. Təsisçilər Əsabil Qasımovun oğlu Taleh Qasımov (50%), “Sanatoriy İstoçnik” MMC (“20%) və Karat Holdinqdir (30%).

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


14. SANATORİY İSTOÇNİK JELEZNOVODSK MMC (ООО "САНАТОРИЙ ИСТОЧНИК ЖЕЛЕЗНОВОДСК")

Bu şirkət (qeydiyyat nömrəsi: 1172651019551) vasitəsilə Əsabil Qasımov Rusiyada özünün ən böyük layihələrindən birini gerçəkləşdirir. Söhbət Jeleznovodskinin mərkəzində 400 yerlik yeni sanatoriya kompleksinin tikinrisindən gedir.
Kompleksin tikintisinə cənab deputatımız nə az-nə çox 2 milyard rubl (35 milyon dollar) ayırıb. Kompleksin gələn il başa çatdırılması nəzərdə tutulur. Müasir tibbi texnika ilə təhciz olunacaq sanatoriyanın tikintisi Rusiyanın siyasi rəhbərliyinin xüsusi diqqətindədir. Şirkətin təsisçiləri deputatın öz adına olan Sanatoriya İstoçnik Yessentuki MMC (20%) və Əsabil Qasımovun mərhum oğlu Elçin Qasımov (50%) və deputatın Azərbaycandakı "MARINE PLAZA" MMC-ci (30%) olub.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


Şirkət 1 sentyabr 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 9 saylı vergi müfəttişliyində qeydiyyatdan (qeydiyyat nömrəsi: 1172651019551) keçib. Hüquqi ünvanı: Jeleznovodsk şəhəri, Lenin küçəsi 22-dir.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


Xatırladım ki, Bakıdaki iki ədəd 18 mərtəbəli oteli idarə edən "MARINE PLAZA" MMC 21 dekabr 2014-cü ildə 1400456451 saylı qeydiyyat şəhadətnaməsi alaraq Bakı şəhəri Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçib. Deputatın Azərbaycandakı şirkətləri haqqında geniş yazmağa lüzum görmürəm. Bu barədə artıq bilənlər bilir, bilməyənləri üzün xatırladıram ki, təkcə Karat Holdinqin tərkibinə adları bəlli olan 15 şirkət daxildir.

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


1. Karat MTK (tikinti şirkəti)
2. İdeal MMC (tikinti şirkəti)
3. Azİnvest (tikinti şirkəti)
4. Everest-M (tikinti materialları biznesi)
5. Şin Servis (armatur biznesi)
6. Aveta MMC (un istehsalı)
7. Karmen MMC dəyirmanı
8. Hökməli Makaron Fabriki
9. Hökməli Kisə Fabriki
10. ASTEL MMC Quşçuluq Fabrikləri (Şamaxıda, Abşeronun Məhəmmədi və Mehdabad qəsəbələrində)
11. Gəncə Fatoğlu un dəyirmanı
12. Marina Plaza oteli
13. Premium market
14. İzmir MMC (tikinti şirkəti)
15. Seymur MMC (Dəllər Un dəyirmanı)

Adları sadalanan 29 şirkət Əsabil Qasımova və ailə üzvlərinə aid şirkətlərdən bəlli olanlardır. Əlbəttə deyirlər, o deputat olmamışdan əvvəl işadamı olub, atasından qalma dəyirmanla biznes qurub. Elə isə bütün bunlar barədə niyə yazdım?

"Un kralı''nın milyonları bir daha gündəmdə - FOTOLAR


1. Əvvəla ortada çox kobud konstitusiya pozuntusu var (89-cu maddə) və buna görə deputatı iki dəfə mandatla mükafatlandıran Mərkəzi Seçki Komissiyası və Konstitusiya pozuntusuna 9 ildən bəri etinasız yanaşan Konstitusiya Məhkəməsi məsuliyyət daşıyır.
2. Əsabil Qasımovun biznesindəki fantastik böyümə məhz onun deputatlıq fəaliyyəti dövrünə aiddir və bu da deputatın biznesi ilə bağlı haqlı, əsaslı şübhələr yaradır.
3. Ölkənin vacib təhlükəsizlik elementlərindən olan taxıl və una tələbat bir əldə şəbəkələşmənin, monopoliyalaşmanın girovuna çevirilib.

Cavanşir Həsənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DEPUTATIN ŞIRKƏTINDƏN KURYOZ OĞURLUQ: “KARMEN” MMC QAÇQINLARIN 175 TON TAXILINI YEYIB - TƏFƏRRÜAT

    DEPUTATIN ŞIRKƏTINDƏN KURYOZ OĞURLUQ: “KARMEN” ...

    13-02-2017, 00:51

  • 
  • Deputatın şirkətindən iqtisadi sabotaj - İTTİHAM

    Deputatın şirkətindən iqtisadi sabotaj - İTTİHAM ...

    4-01-2019, 12:29

  • 
  • Deputatın Qazaxıstandakı  iri kombinatı ifşa olundu-FOTO FAKT

    Deputatın Qazaxıstandakı iri kombinatı ifşa ...

    8-04-2019, 09:38

  • 
  • Azərbaycanda “Karmen”, Ermənistanda “Armen”? – Düşmənə çörək verən deputatımız var

    Azərbaycanda “Karmen”, Ermənistanda “Armen”? – ...

    22-09-2015, 21:47

  • 
  • İş adamı deputat Əsabil Qasımovu ifşa edən faktlar ortaya qoydu-FOTO

    İş adamı deputat Əsabil Qasımovu ifşa edən ...

    9-10-2018, 12:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu