GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » YEZNƏSİ FAZİL MƏMMƏDOVUN BANKINI “SİLİB-SÜPÜRÜB”! – “AtaBank”la bağlı şok iddialar

YEZNƏSİ FAZİL MƏMMƏDOVUN BANKINI “SİLİB-SÜPÜRÜB”! – “AtaBank”la bağlı şok iddialar

Tarix: 15-04-2019, 11:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 586
YEZNƏSİ FAZİL MƏMMƏDOVUN BANKINI “SİLİB-SÜPÜRÜB”! –  “AtaBank”la bağlı şok iddialar


“Fazil Məmmədov bankındakı rüsvayçılıqdan o qədər hiddətlənib ki, bacısı oğlunu – bankın İdarə Heyətinin sədri Dəyanət Quliyevi həbs etdirmək qərarına gəlib”

Azərbaycanda yüksək vəzifəli şəxslər rəhbərlik etdikləri sahələrə yaxın adamlarını topladıqları kimi, bizneslərinin də başına peşəkarları deyil, əsasən öz qohum-əqrəbalarını gətirirlər. Necə deyərlər, xeyri başqalarına verməmək üçün... Ancaq bəzi hallarda bu qohum-əqrəba onlara elə zərbə vurur ki, uzun müddət özlərinə gələ bilmirlər.

Gundemxeber.az bildirir ki, daxil olan məlumatlar sabiq vergilər naziri Fazil Məmmədovun da belə bir zərbə aldığından xəbər verir. Həm də bir başqasından deyil, doğma bacı oğlundan və yeznəsindən… Belə ki, onların Fazil Məmmədova məxsus “AtaBank”ı iflas həddinə çatdırdıqları iddia edilir.

Bu haqda danışmazdan öncə qeyd edək ki, sabiq vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilən “AtaBank”da baş verənlərlə bağlı mətbuatda vaxtaşırı məlumatlar yayılır. Son aylarda yayılan məlumatlarda bankda özbaşınalığın hökm sürdüyü, idarəetmənin iflic vəziyyətə düşdüyü, bankın vəsaitlərinin talandığı və sair kimi iddialar irəli sürülüb. Maraqlıdır ki, bankdan bu idiaların heç biri təkzib edilməyib.

Verilən yeni məlumatlar isə daha ilginc xarakter daşıyır.

Belə ki, məlumatlı mənbənin iddiasına görə, Türkiyədə uzun zaman müalicə alan, hətta ağır xəstəliyi səbəbindən ölümlə üz-üzə qalan dövrlərdə Fazil Məmmədov ölkədəki biznesindən tam xəbərsiz qalıb: “Həmin vaxt ailə üzvləri də F.Məmmədovun yanında olduğundan, Azərbaycanda olan biznesi faktiki olaraq nəzarətsiz qalıb. Onun biznesinə rəhbərlik edənlər isə bu nəzarətsizlikdən istifadə edərək sabiq nazirin biznesini talamağa başlayıblar”.

Mənbənin iddisına görə, F.Məmmədov bundan səhhəti nisbətən yaxşılaşdıqdan sonra xəbər tutub: “Ölümün pəncəsindən yaxa qurtarmağı bacaran F.Məmmədovun səhhətində stabilləşmə yarandığı ilk vaxtlarda, yaxın qohumları ona ölkədəki biznesinin yağmalandığı, ən biabırcı vəziyyətin isə “AtaBank”da baş verdiyi barədə məruzə ediblər. Bank doğma bacısı oğlu Dəyanət Quliyevin sədr kimi sərəncamında olduğundan, F.Məmmədov ilk məqamda bu məlumatlara inanmaq istəməyib. Xüsusi araşdırması nəticəsində isə məlum olub ki, Dəyanət Quliyev, özünü səhmdarın nümayəndəsi kimi göstərən atası Namiq Quliyevlə birlikdə bankın olan-qalan resursunu da “silib-süpürüblər”.

İş o həddə çatıb ki, yeni nazir Mikayıl Cabbarov tərəfindən Vergilər Nazirliyindəki yüksək vəzifəsindən qovulan Namiq Quliyev, bankın mərkəzi ofisində özünə dəbdəbəli kabinet də hazırlatdırıb və burdan banka nəzarət etməyə başlayıb”.

Qeyd edək ki, F.Məmmədovun nazir olduğu illərdə yeznəsi Namiq Quliyev vergi sistemində müxtəlif vəzifələrdə çalışıb. Hətta bir müddət nazirin müşaviri də işləyib. Son iş yeri isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini vəzifəsi olub. Mikayıl Cabbarov nazir təyin olunduqdan bir müddət sonra – 2017- ci ilin dekabrında Namiq Quliyevi vəzifəsindən kənarlaşdırıb. Vergi sistemində baş verən bir çox qanunsuzluqlarda N.Quliyevin də adı hallanıb.

“AzPolitika.info”ya verilən məlumatda N.Quliyevin Vergilər Nazirliyində çalışdığı zaman etdiyi qanunsuzluqlar barədə (qanunsuz həbslər, kassa aparatlarının dövriyyəsi və s.) hazırda geniş araşdırmaların davam etdiyi bildirilir.

N.Quliyevin “AtaBank”a gəldikdən sonra burda da ciddi qanunsuzluqlara yol verdiyi iddia edilir: “N.Quliyev prosesləri idarə etmək üçün bankda sürücü işləyən yaxın qohumu İlqar Sadıqovu yüksək vəzifəyə – departament direktoru təyin etdirdi. Kollektivdə yayılan söz-söhbətə görə İlqar Sadıqov qeyri-peşəkar, işi ancaq əməkdaşları güdüb, onların cəzalanmasına çalışan birisidir. Məhz bu səbəbdən işləri görəcək kadr kimi o seçilmişdir.

N.Quliyev İlqar Sadıqovun vasitəsilə ilk öncə bankın bütün əməkdaşlarından qanunsuz olaraq tarixsiz işdənçıxma ərizələri alıb. Etiraz edən onlarla peşəkar kadrları isə işdən kənarlaşdırılıb. Məqsəd Quliyevlər tərəfindən bankda görüləcək “işlərə” etiraz edənləri dərhal işdən azad etmək olub. Beləliklə, Quliyevlər bankda şəxsi işlərini görmək üçün İ.Sadıqov vasitəsilə münbit şəraiti yarada biliblər“.

Məlumatlı mənbə iddia edir ki, Quliyevlər yaranmış şəraitdən istifadə edərək, bankın vəsaitlərini ələ keçiriblər: “Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, bankın əməliyyat sistemi, kassası, bəzi filial və şöbələri Quliyevlərin şəxsi tələbatlarına xidmət etmişdir. Bunun da nəticəsində onsuz da maliyyə cəhətdən olduqca problem içində olan bankın gəlirləri daha da azalmışdır”.

“Lakin bu vəziyyət çox çəkməyib. Verilən məlumata görə bütün bunlardan xəbər tutan Fazil Məmmədov, özünün səhhəti pis olduğundan məsələni araşdırmağı həyat yoldaşı Günay Məmmədovaya həvalə edib. Günay Məmmədova Quliyevləri dərhal çağıraraq yaranmış vəziyyəti izah etmələrini istəyib və tezliklə banka vəsaitlərin qaytarılmasını tələb edib” - deyə məlumatda bildirilir.

Həqiqətləri öyrənən Fazil Məmmədovun sarsıldığı bildirilir: “Deyilənə görə F.Məmmədov o qədər hiddətlənib ki, bacısı oğlunu – bankın İdarə Heyətinin sədri D.Quliyevi həbs etdirmək qərarına gəlib. Bu məsələdən sonra ailələr arasında münasibətin gərgin olduğu bildirilir və məsələnin necə nəticələnəcəyi də bəlli deyil”.

Ancaq Fazil Məmmədovun cəhdlərinə baxmayaraq, bankda vəziyyətin düzəlmədiyi qeyd olunur: “Bankda idarəetmə və likvidlik problemi həll olunmayıb, gərgin vəziyyət davam edir və müsbət istiqamətdə heç bir addım atılmayıb. Belə bir vəziyyət isə artıq maliyyə bazarlarına nəzarət edən orqanları narahat etməyə başlayıb. Bu baxımdan bank barədə yaxın zamanda rəsmi qərarların veriləcəyi gözlənilir”.

Yazıdakı iddialarla bağlı “AtaBank”ın rəhbərliyinin, eləcədə Fazil Məmmədovun, Namiq və Dəyanət Quliyevlərin mövqeyini işıqlandrmmağa hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə "American Hastanesi"nə yerləşdirilib

    Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə ...

    28-06-2018, 19:55

  • 
  • Fazil Məmmədova verilən baxt bitir - Bacısı oğlunun rəhbərlik etdiyi bankın taleyi necə olacaq?

    Fazil Məmmədova verilən baxt bitir - Bacısı ...

    19-03-2019, 11:57

  • 
  • Fazil Məmmədovun "silib-süpürdüyü" BANKDA BÖHRAN – “AtaBank” rəhbərliyində ikihakimiyyətlilik yaranıb

    Fazil Məmmədovun "silib-süpürdüyü" ...

    1-03-2019, 12:33

  • 
  • Fazil Məmmədovun universiteti əlindən alınır - Belə deyirlər...

    Fazil Məmmədovun universiteti əlindən alınır - ...

    2-10-2018, 14:31

  • 
  • Fazil Məmmədov təcili Türkiyəyə aparıldı

    Fazil Məmmədov təcili Türkiyəyə aparıldı ...

    28-06-2018, 11:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu