GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gömrük komitəsi Prezidentin islahatlarına qarşı: sahibkar ittiham edir, general təhdid

Gömrük komitəsi Prezidentin islahatlarına qarşı: sahibkar ittiham edir, general təhdid

Tarix: 17-04-2019, 14:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 584
Gömrük komitəsi Prezidentin islahatlarına qarşı: sahibkar ittiham edir, general təhdid


Prezident İlham Əliyev Novruz bayramı təbrikində ölkədə islahatların aparılması ilə bağlı növbəti dəfə fikirlərini dilə gətirdi. Bu il bir neçə dəfə bu mövzuya toxunan dövlət başçısı dedi ki, islahatlar dərinləşəcək: “İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, – artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, – təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub…”.

Onu da bildirək ki, anons edilən prosesə siyasi, iqtisadi və struktur islahatları daxildir. Həm gömrük, həm vergi, həm də məhkəmə sistemində islahatlar aparılması gözlənilir. Prezident özü də bunun anonsunu verdiyindən, düşünmək olar ki, islahatlar kompleks şəkildə həyata keçirilməlidir. Çünki adıçəkilən sahələrdən çoxlu şikayətlər var, xüsusən gömrük və vergi sistemindən. İqtisadi islahatlarda mühüm bir rola malik sahə kənd təsərrüfatına stimul verilməsidir. Məsələ ondadır ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin böyük hissəsi kənd təsərrüfatında çalışır. Onların gəlirlərini artırmağın yolu, istehsal olunan kənd təsərrüfatı mallarının istehsalçının və ixracatçının maraqlarının təmin edilməsi ilə satılmasına şərait yaradılmasıdır. Bu sahədə ciddi problemlərdən biri də gömrük və vergi qaydaları ilə bağlıdır. Bu günlərdə media vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edən iş adamları, konkret olaraq kənd təsərrüfatı məhsullarının ixracatçıları da bu qaydalardan şikayətçi idilər. Cumhuriyyet.az olaraq yenidən həmin məsələni araşdırdıq.

Gömrük çətənlikləri

Kənd təsərrüfatı məhsullarının ixracatçısı, Rusiya ,Ukrayna, İran, Türkiyyə və digər ölkələrə mal ixrac edən Hidayətov Təyyar Hidayət oğlu bildirir ki, son bir ildə İxracda qarşılaşdığımız ən böyük maneələrdən biri ixrac olunan məhsulun pul vəsaitinin bank hesabı ilə qayıtmasıdır: “Bu zaman ixracatçı olaraq bizdən asılı olmayan səbəbləri dəfələrlə gömrük komitəsinə bildirsək də, rəhbərlik səviyyəsində həll edilməsinə söz verilsə də heç bir köməklik göstərilməyib”.
Sahibkarların üzləşdikləri əsas çətinlikləri bu şəkildə qruplaşdırmaq olar:
a) Gömrükdən kənd təsərrüfatı məhsulunu ixrac edərkən məhsula (deyilənə görə Rusiyanın təzyiqi) 5 dəfəyə yaxın ixrac dəyərinin artıq qoyulması. Misal üçün Nar məhsulun biz 50 -70 qəpiyə alsaqda ixrac zamanı 1 dollar 80 sent (3 manat), Xurma məhsulunu isə 20 -40 qəpiyə alsaqda 80 sent (l manat 40 qəpiyə) qiymət qoyulur.
b) İxrac edilən məhsulun pul vəsaitinin Bank hesabı ilə geri qayıtmasıdır ki, bu zaman ixrac ettiyimiz məhsulun qiyməti ilə geri qaytaracığımız pul vəsaiti arasında 5 dəfə artıq pul vəsaiti yaranmasıdır. Belə ki bir TIR nəqliyyat vasitəsində 17 ton 500 kq nar olduqda ixrac zamanı onun həqiqi maya dəyəri (50 qəpikdən) 8.750 manat olduğu halda, gömrükdə qoyulan qiyınət dəyəri 3 manatdan artıq qoyularaq 53.670 min manat təşkil edir ki, bu zaman biz öz hesabımıza Rusiya bankından 8.750 manat əvəzinə 53.670 min manat pul vəsaiti gətirməliyik. Bu pul vəsaitinin geri qayıtması isə mümkün deyil. Çünki Rusiya ərazisində müqavilə bağladığımız fırmalar əslində broker vəzifəsin görürlər, müqavilə bağladığımız fırmaların məhsulun satışından xəbərləri belə olmur, yəni məhsul rusiya bazarlarında nəğd pula satılır ki, onlarında pul vəsaiti ölkəyə satan vətəndaşlar özləri gətirilir.

Gömrük Komitəsinin qərəzli cavabı

Onu da bildirək ki, məsələ mediada işıqlandırıldıqdan sonra Dövlət Gömrük Komitəsi adından rəsmi açıqlama yayılıb. İlk öncə bunu bildirək ki, bu cavab elə başlanğıcında müəyyən suallar yaradır. Dövlət büdcəsinə 1 milyondan artıq gömrük rüsumu ödəyən, 20 mindən yuxarı gəlir vergisi verən, 100 minlərlə diğər rüsumlar ödəyən şikayətçi haqda açıqlamada “özünü iş adamı kimi təqdim edən” ifadəsi işlədilməsi ən azından ədalətsizlikdir. Daha sonra açıqlamada bildirilir: “Azərbaycan Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycandakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Əks halda, həmin şəxslər üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsinin və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun cəza tətbiqi nəzərdə tutulur. Hidayətov Təyyar Hidayət oğlu 2017-ci ilin fevral ayının 2-dən 2018-ci ilin sentyabr ayının 30-dək ölkədən çıxardığı ixrac mallarının dəyəri müqabilində 15,664,596.94 (on beş milyon altı yüz altmış dörd min beş yüz doxsan altı ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində vəsaitin Azərbaycandakı müvəkkil bankda olan hesablaşma hesabına qanunla müəyyən olunmuş müddət ərzində köçürülməsini təmin etməyib: “Yəni, ixrac etdiyi mallara görə əldə etdiyi vəsaiti qanuna əsasən faktiki olaraq geri qaytarmayıb. Həmin şəxsin ixrac etdiyi malların invoys dəyərinin guya gömrük orqanları tərəfindən artırıldığına dair iddialarına gəlincə isə, 2017-2019-cu illər ərzində Hidayətov Təyyar Hidayət oğlu tərəfindən təqdim edilmiş müvafiq təsdiqedici sənədlər əsasında 5 ölkəyə (Belarus, Rusiya, Gürcüstan, Türkmənistan və Ukrayna) ümumilikdə 1706379.30 (bir milyon yeddi yüz altı min üç yüz yetmiş doqquz ABŞ dolları otuz sent) ABŞ dolları dəyərində Azərbaycan mənşəli təzə narın ixracı həyata keçirilib. Qeyd olunan ölkələrdən yalnız Rusiya Federasiyasına göndərilən təzə narın 1 kq-nın invoys dəyəri 1.80 ABŞ dolları olaraq Hidayətov Təyyar Hidayət oğlu tərəfindən bəyan edilməklə rəsmiləşdirilib. Digər ölkələrə ixrac olunan təzə narın 1 kq-nın invoys dəyəri isə 0.22-1.01 ABŞ dollarıdır və gömrük orqanlarının malların invoys dəyərinin artırılması tələbinə dair iddialar həqiqətə uyğun deyil”.

Təkzib olunmaz faktlar və ya çirkli pullara açılan yol

Açıqlamda göstərilən məqamlarla bağlı da iş adamının cavabı özünü çox gözlətmədi. İlk olaraq bildirək ki, hal-hazırda araşdırılsa məlum olar ki, bəzi MMC-lər guya ki ixrac olunan məhsulun pul vəsaiti geri qaytarırlar, amma bu mümükün deyil. Broker olan fırma malın harda satılmasından xəbəri belə olmursa, gətirdikləri pul vəsaitləri o zaman hansı pullardır, yəqin ki mənşəyi bilinməyən pul vəsaitləridir. Demək problem yaşayan bu cür çirkli pullari ölkəmizə keçirməyi öz vicdanımıza sığışdırmayan iş adamlarıdır. Eyni zamanda T.Hidayətov Gömrük Komitəsinə cavablandırılması üçün konkret faktlar da təqdim edir: “İxrac edilən kənd təsərrüfatı məhsulunun pul vəsaiti əvvəlcədən burada ödənilir. Kənd təsərrüfatı ixracında onsuzda sahibkarın çətinlikləri xarici bazarlarda yetərincədir. Yəni yeni bazar tapanadək və o bazarda Azərbaycan məhsulunu satanadək minbir çətinliklə qarşılaşır. Bunlardan misal olaraq Kiyev bazarında Azərbaycandan ixrac edilən göy məhsulu olan nəqliyyat vasitəsinin kankurentləri tərəfindən yandırılmasıdır. Bu məhsulun yanmasına baxmayaraq pul vəsaiti qabaqcadan burda istehsalçıya ödənilmişdir. Zərəri yenə ixracatçı sahibkar da qalır. Bu gün Cənab Prezident bu qədər çətinliklərdən sonra Gömrük komitəsində də qarşılaşdığımız bu çətinlikər heç də kənd təsərrüfatının oxracına müsbət təsir göstərmir. Mən gömrük komitəsinin pul vəsaitinin geri qayıtmasına verdiyi cavabı reallıqla uzlaşmadığını əyani surəttə sübüt edə bilərəm.O ixrac edilən məhsulların pul vəsaiti qabaqcadan ödənilib. O ki qaldı qiymətlə bağlı Nar məhsulu Ukraynaya 50 sentə, Rusiyaya 1.80 SENTƏ yazılır. Eyni məhsul fərqli qiymətə yazılmasının arxasında nə durur? Xahiş edirəm bu qiymətlər barədə gömrük komitəsi açıqlama versin.

Sahibkar həbslə təhdid edilir

Maraqlıdır ki, bütün bu problemləmlər şikayətçi sahibkarın həbs edilmə təhdidi ilə davab edir. Hidayətov Təyyar Hidayət oğlu öz müraciətində yazır: “Cənab Prezident Sizin yarattığınız kənd təsərrüfatının ixracındakı güzəştlərdən istifadə etmək istədim. Yaşıl dəhlizdən istifadə etmək üçün müraciət ettim,yüzlərlə bəhanə gətirilərək verilməsinə mane oldular. SİZİN və hörmətli Səfər Mehtiyevin manapoliyya qarşı mübarizə apardığınızı bilirəm, ancaq Mirqasım Vahhabovun (Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru-red.) bu cür davranışı məni şübhələndirir. Mən Sizin ixraca verdiyiniz dəyərdən yararlanaraq gömrük komitəsində əgər məhsulun dəyəri 10 min manatı keçərsə ikiqat rüsum alınması qanuna uyğun olmadığını bildirmişəm. O zaman RÜSUM ikiqat olur ki , gömrükçü məhsul nəqliyyata yığıldığı vaxt iştirak edərsə .Mənim məhsulum isə gömrükdə rəsmiləşdirilən yerə gətirilir ki, burda bir qat rüsum ödənilmək əvəzinə ikiqat rüsum alınır.Bir sahibkar olaraq Mən hüquqularım çərçivəsində Mirqasım Vahhabova bütün məsələləri ozah etsəmdə heç bir nəticəsi olmadı.Sizdən xahiş edirəm mən dövlətə vergimi ,rüsumumu ödəyən bir sahibkar olduğum halda məndən asılı olmayan vəziyyəti Mirqasım Vahhabova bildirsəmdə həbs edilməyim üçün işimin hazırlanıb respublika prokurorluğuna verilməsinin nəyə xidmət etdiyini anlamıram. Mənə köməklik edin əgər mənim həbs edilməyimlə kənd təsərrüfatının ixracındakı bu çətinlik aradan qalxacaqdırsa həbsə razıyam ,çünki Məni həbs etmək məsələni həll etmək demək deyil sadəcə haqqını ,hüququnu, ixracda olan maneələri deməyi özümə borc bildim. Aqibətim isə Mirqasım Vahhabov tərəfindən dediyim doğrulara qarşı həbs edilmək təhlükəsidir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib

    Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə ...

    25-01-2016, 16:06

  • 
  • Prezident İlham Əliyev: "Azərbaycan iqtisadiyyatında aparılan genişmiqyaslı islahatlar artıq çox yaxşı nəticələr verməkdədir"

    Prezident İlham Əliyev: "Azərbaycan ...

    27-01-2017, 20:50

  • 
  • ​PREZİDENT: "Növbəti illərdə çox ciddi islahatlar aparacağıq"

    ​PREZİDENT: "Növbəti illərdə çox ciddi ...

    18-04-2018, 15:24

  • 
  • İlham Əliyev: "Hamı qanun qarşısında bərabər olmalıdır"

    İlham Əliyev: "Hamı qanun qarşısında bərabər ...

    10-07-2018, 13:22

  • 
  • Nazir müavini: "Azərbaycadakı islahatlar qeyri-neft sektorunun inkişafına yönəlib"

    Nazir müavini: "Azərbaycadakı islahatlar ...

    9-06-2018, 11:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
blackjack online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu