GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “ŞAPKA MAMED”in BANKI ZİYANLA İŞLƏYİR – “TuranBank”ın yarım milyona yaxın əməliyyat zərəri yaranıb

“ŞAPKA MAMED”in BANKI ZİYANLA İŞLƏYİR – “TuranBank”ın yarım milyona yaxın əməliyyat zərəri yaranıb

Tarix: 18-04-2019, 10:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 881
“ŞAPKA MAMED”in BANKI ZİYANLA İŞLƏYİR – “TuranBank”ın yarım milyona yaxın əməliyyat zərəri yaranıb


Bank sektorunda və mətbuatda Məmməd Musayevin bankı kimi tanınan “TuranBank” ASC-nin 2019-cu ilin 1-ci rübü üzrə maliyyə hesabatları dərc olunub. GundemXeber.Az azpolitika.info-ya istinadən bildirir ki, hesabatlardan belə görünür ki, daha çox “Şapka Mamed” ayaması ilə tanınan Məmməd Musayevin bankının vəziyyəti o qədər də ürəkaçan deyil.

Belə ki, ilin 1-ci rübündə “TuranBank”ın cəmi gəlirləri 8 milyon 650 min manat, cəmi xərcləri isə 9 milyon 93 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 444 min manata yaxın əməliyyat zərəri yaranıb.

Vəziyyəti yalnız ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatdan cəlb olunan 553 min manat nisbətən düzəldib və bunun hesabına 109 min manat mənfəət yaranıb.

Xatırladaq ki, 2018-ci ilin yanvar-mart dövründə “TuranBank”ın zərəri 216 min manat təşkil etmişdi. Ötən ilin birinci rübü ilə müqayisədə isə bankın xərcləri 1 milyon manata yaxın artıb ki, bu da yaranmış zərərin əsas səbəbidir. Belə ki, cari ilin ilk rübündə “TuranBank”ın cəmi gəlirləri 597 min manat, cəmi xərcləri isə 970 min manat artıb.

Xərclərin artımının gəlir artımını az qala iki dəfəyədək üstələməsi əməliyyat zərərini “şişirdib”. Burada qeyri-faiz gəlirlərinin 810 min manatdan 664 min manata düşməsi də əhəmiyyətli rol oynayıb.

Onu da qeyd edək ki, 2017-ci ili 1 milyona yaxın, daha dəqiq desək, 725 min manat ziyanla başa vuran “TuranBank”, 2018-ci ildə cəmi 70 min manat xalis mənfəət əldə edə bilib. Bu da onu göstərir ki, bank əvvəlki illərdə uğradığı zərərləri qapatmaqda ciddi çətinlik çəkir.

Onu da xatırladaq ki, bir müddət öncə “Marja” “TuranBank”ın bağlanan bankların yolu ilə gedərək yüksək faizlə əmanət cəlb etdiyinə dair məlumat yaymışdı. “Bu bankda əmanət faizləri əsasən 16-18,5% intervalındadır ki, (hazırda bu rəqəm 12,5-12,9 faizə endirilib- red.) bu faiz dərəcələri ilə yerləşdirilən əmanətlər sığortalanmır.

Bankın saytında yer alan məlumata görə, “TuranBank” “Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində 6 növ əmanət təqdim edir…

Bankın yüksək faizlə əmanət cəlb etməsi vəsaitə ehtiyacının olduğuna və risklərə işarə edir. Əgər “Turan Bank” “Kapital Bank” qədər dayanıqlı və etibarlıdırsa 8%-lə əmanət cəlb etsin. Maliyyə dünyasında qəbul olunmuş qaydaya görə, yüksək gəlirlilik faizi risklərə işarədir” – deyə məlumatda bildirilmişdi.

Qeyd edək ki, sözügüdən bankın sahibi kimi təqdim olunan Məmməd Musayev ayamasından da göründüyü kimi, bank sektorunda kifayət qədər tanınan və birmənalı qarşılanmayan fiqurdur.

Ancaq bununla yanaşı M.Musayev eyni zamanda “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü kimi vəzifələr daşıyır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BANK SEKTORUNUN “QƏHRƏMANI” MƏLUM OLDU – “VTB Bank (Azərbaycan)” 250 milyondan çox zərər edib

    BANK SEKTORUNUN “QƏHRƏMANI” MƏLUM OLDU – “VTB ...

    1-02-2019, 16:49

  • 
  • “Amrahbank” çökməyə doğru - Gəlirləri iki dəfə azalıb

    “Amrahbank” çökməyə doğru - Gəlirləri iki dəfə ...

    10-01-2019, 13:49

  • 
  • İpoteka və Kredit Zəmanət Fondu bu ilin ilk 9 ayını 18 mln. manata yaxın mənfəətlə başa vurub

    İpoteka və Kredit Zəmanət Fondu bu ilin ilk 9 ...

    1-11-2018, 10:46

  • 
  • “Azərişıq” böyük məbləğdə zərər açıqladı

    “Azərişıq” böyük məbləğdə zərər açıqladı ...

    6-11-2017, 12:48

  • 
  • “Bakı Kristal zalı” 10 milyon zərər edib

    “Bakı Kristal zalı” 10 milyon zərər edib ...

    7-09-2018, 14:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu