GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rusiya hakimiyyətinin əlinə oynayan Arif Məmmədov: - Sabiq diplomatdan qeyri-diplomatik yanaşma

Rusiya hakimiyyətinin əlinə oynayan Arif Məmmədov: - Sabiq diplomatdan qeyri-diplomatik yanaşma

Tarix: 22-05-2019, 16:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 708
Rusiya hakimiyyətinin əlinə oynayan Arif Məmmədov: - Sabiq diplomatdan qeyri-diplomatik yanaşma


Moskvada yaşayan azərbaycanlı jurnalist, diaspor fəalı Fuad Abbasovun saxlanılmasına münasibət birmənalı deyil.

Azərbaycanda, Rusiyada, Türkiyədə, Avropada və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, ictimai-siyasi fəalların, jurnalistlərin əksəriyyəti hesab edir ki, Fuad Abbasova qarşı haqsızlıq olub.

Həqiqətən də Rusiya hüquq-mühafizə orqanlarının ona qarşı davranışı, onun saxlanılıb polis avtomobilinə əyləşdirilməsi epizodu insan hüquq və azadlıqlarına ziddir. Rusiya polisi işi televiziya debatlarında iştirak etmək, araşdırma aparmaq və videobloqqerlik olan Fuad Abbasova qarşı terrorçuya olan münasibəti göstərib. Sanki tutulan jurnalist deyil, terrorda əli olan hansısa mücahiddir. Məlumdur ki, Fuad Abbasovun jurnalist fəaliyyəti Rusiyada müxtəlif dairələri narazı salmışdı.

Müəyyən informasiyaya malik olan Fuad Abbasov televiziya verilişlərində daim Azərbaycanın, Türkiyənin mövqeyindən çıxış edir, milli maraqlarımızı qoruyur, ermənilərin təbliğat şəbəkəsində qarşı cəsarətlə çıxırdı. Onun həbsində erməni izinin olması artıq heç kimə sirr deyil. Fuad Abbasovun saxlanılmasında onun fəaliyyətinə qısqanc yanaşan milli satqınların rolu da şübhəsiz ki, yox deyil. Aydın görünür ki, Fuad Abbasovun saxlanılmasında 3 tərəfin kəsişən maraqları olub: Azərbaycanlıların toparlanmasını istəməyən Rusiya hakimiyyət orqanları, erməni diasporu və jurnalisti sevməyən bəzi azərbaycanlı diaspor fəalları. İndiki durumda F.Abbasovu müdafiə etmək hər bir azərbaycanlının borcu olmalıdır. Ən azı, adamın fəaliyyəti ortadadır. O, iştirak etdiyi tədbirlərdə bacardığı qədər Azərbaycanın maraqlarını qoruyub, diasporumuzun birləşməsinə çalışıb. Lakin Fuad Abbasovun fəaliyyətinə barmaqarası yanaşanlar da var. Başda Milli Şura olmaqla özünü “ana müxalifət” adlandıran qüvvələr Fuad Abbasovun saxlanılmasına adekvat reaksiya göstərmədilər. Hər halda bu qurumların baş vermiş hadisə ilə bağlı bəyanatı olmadı. Əksinə, Milli Şuraya yaxınlığı ilə seçilən, Əli Kərimli ilə eyni mövqedən çıxış edən, Avropada yaşayan sabiq səfir Arif Məmmədov Fuadla bağlı məsələyə əcayib yanaşması ilə yadda qaldı. Arif Məmmədov öz Facebook səhifəsində Fuad Abbasovun həbsini qurama iş kimi qiymətləndirib, jurnalisti dəstəkləyənləri təhqir edib:

“Maraqlıdır, ölkədə nə qədər səfeh böyük və kiçik teatrın artistinin ifasında bu ucuz tamaşaya inanan var. İnananlar mənim dostluğumdan çıxsın, xahiş edirəm. Səfehlərdən zəhləm gedir”.

Azərbaycana demokratiya, hüquqi dövlət, qanunçuluq, sosial rifah gətirəcəyini iddia edənlərdən biri olan Arif Məmmədov haqqı tapdanılan soydaşımıza qarşı bu cür laqeyd, etinasız, qəddar münasibəti anlaşılan deyil. Bu düşüncədə olan adam iqtidarda təmsil olunsa, Azərbaycana, dünyaya səpələnmiş soydaşlarımıza necə xidmət edəcək? Hansı ölkədə yaşamasından asılı olmayaraq Azərbaycanı təmsil edən, azərbaycanlıları qoruyan, milli maraqlarımızı müdafiə edən hər bir soydaşımız bizim üçün dəyərdir. Arif Məmmədovun dəyərlərimizə münasibəti budurmu? Azərbaycan dilini belə pis bilən rusdilli Arif Məmmədov bu statusu da rus dilində yazıb. Yəqin ki, Rusiyada yaşayan azərbaycanlılara təsir etmək üçün fikrini bu dildə ifadə edib. Fuad Abbasovun o şəkildə saxlanılması və Azərbaycana deportasiya olunacağı ilə bağlı xəbərlərin yayılması göstərir ki, soydaşımız Rusiya tərəfi üçün arzuolunmaz şəxsdir. Rusiya hakimiyyət dairələrinə diasporu birləşdirməyə, fəallaşdırmağa çalışan, azərbaycanlılar haqqında formalaşdırılmış “bazar adamı”, “gülsatan” obrazlarını dağıdan intellektual jurnalist, düşüncə adamı lazım deyil.

Maraqlıdır ki, sabiq səfir Arif Məmmədov da bu məsələdə Rusiyanın maraqlarından çıxış edir. Hadisələrin indiyəqədərki gedişatı belə düşünməyə əsas verir. Məlumatlara görə, Moskvada yaşayan bəzi azərbaycanlılar, xüsusilə Azərbaycan üçün müəyyən fəaliyyəti olanlar Fuaddan ötrü onun saxlandığı yerə, Moskva vilayətinin Korolyov şəhərinə gediblər. Hətta həmin gün polis idarəsində olan növbə rəisinin onlara Fuadın sifariş əsasında saxlandığını deydiyinə dair də xəbərlər gəlib. Söhbətin məhz hansı dairələrin sifarişindən getdiyinə dair müzakirələr var. Ortaq rəy belədir ki, Fuad Abbasova qarşı bu münasibət Rusiya xüsusi xidmət orqanları ilə hansısa əlaqəsi olanların mövqeyidir. Görünür, Arif Məmmədov da bu yanaşması ilə Fuad Abbasovu aşağılayan Rusiya hakimiyyət dairələrinin əlinə oynayır. //Cebhe.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyada yaşayan jurnalist Fuad Abbasovun vəkilindən şok informasiya

    Rusiyada yaşayan jurnalist Fuad Abbasovun ...

    21-05-2019, 13:02

  • 
  • Fuad Abbasov Rusiyadan deportasiya edilir? - Açıqlama - Yeniləndi

    Fuad Abbasov Rusiyadan deportasiya edilir? - ...

    13-04-2019, 23:08

  • 
  • Erməniləri susduran jurnalistin evi əlindən alınır – MƏHKƏMƏ QƏRAR VERDİ

    Erməniləri susduran jurnalistin evi əlindən ...

    21-02-2018, 11:28

  • 
  • Fuad Abbasov Moskvanın tələbi ilə işdən çıxarıldı

    Fuad Abbasov Moskvanın tələbi ilə işdən çıxarıldı ...

    13-04-2016, 22:44

  • 
  • Fuad Abbasov Moskvanın tələbi ilə işdən çıxarıldı

    Fuad Abbasov Moskvanın tələbi ilə işdən çıxarıldı ...

    13-04-2016, 22:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu