GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » FAZİL MƏMMƏDOVUN NAZİRDƏN 73 MİLYONLUQ XAHİŞİ… – “Mustafayev özünü sığortaladı”

FAZİL MƏMMƏDOVUN NAZİRDƏN 73 MİLYONLUQ XAHİŞİ… – “Mustafayev özünü sığortaladı”

Tarix: 27-05-2019, 10:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 771
FAZİL MƏMMƏDOVUN NAZİRDƏN 73 MİLYONLUQ XAHİŞİ… – “Mustafayev özünü sığortaladı”


“Fazil Məmmədov Vergilər Nazirliyindən uzaqlaşdırıldıqdan sonra onun milyardlarla dövlət vəsaitini mənimsədiyi barədə faktlar üzə çıxdı və hələ də yeni-yeni faktlar aşkarlanmaqdadır. Vergidə aparılan islahatlardan sonra Fazil Məmmədovun nazir olduğu dövrdə bu sahədə ciddi pozuntulara yol verdiyi ortaya çıxdı. Vergi sistemində şəffaflığın yaradılması istiqamətində görülən tədbirlərdən sonra məlum olub ki, ötən illər ərzində külli miqdarda dövlət vəsaiti bu sahəyə rəhbərlik edən şəxslər tərəfindən mənimsənilib. Buna görə hətta ölkə rəhbərliyi də Fazil Məmmədov və ətrafının fəaliyyətini sərt şəkildə tənqid edib. Onun tərəfindən dövlət içərisində “maliyyə piramidası”nın yaradıldığına açıq işarə vurulmuşdur”.


Bu fikirlər sabiq nazirin ətrafında baş verənlərdən xəbərdar olan məlumatlı mənbə tərəfindən “AzPolitika.info”-ya göndərilən yeni məktubda əksini tapıb.

Fazil Məmmədov müflis olması görüntüsü yaradır, yoxsa sabiq nazir ifşa olunur?

Məktubdakı digər məlumatlara keçməzdən öncə qeyd edək ki, son aylarda sabiq vergilər naziri Fazil Məmmədova məxsus bisnes strukturlarında, o cümlədən “AtaBank”da son illər qeyri-adi hadisələrin baş verdiyinə dair məlumatlar yayılıb. Bu məlumatlardan Fazil Məmmədovun biznesinin batmaq ərəfəsində olduğu fikri meydana çıxır.

GundemXeber.Az bildirir ki, “AzPolitika.info”ya daxil olan məlumatlarda sabiq nazir tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının – bacısı oğlu Dəyanət Quliyev və yeznəsi Namiq Quliyevin “AtaBank”ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri iddia olunub. Başqa bir məlumatda isə “AtaHoldinq” və “Synergy Group”da maliyyə və idarəetmə böhranın hökm sürdüyü, “AtaSığorta” ASC-də ciddi problemlərin yarandığı, bu şirkətlərin də iflas edə biləcəkləri vurgulanır.

Maraqlıdır ki, xeyli müddət keçsə də, nə “AtaBank”dan, nə yazılarda adları çəkilən şirkət və şəxslərdən, nə də Fazil Məmmədovun özü tərəfindən bu məlumatları təkzib edən hər hansı açıqlama verilməyib. Bu da yayılan məlumatları Fazil Məmmədovun “gizli” biznesini əlində saxlamaq üçün özü tərəfindən mətbuata ötürüldüyünə dair fikirlərin formalaşmasına səbəb olub. Fazil Məmmədovun bununla guya müflis olduğu, biznes strukturlarında işlərin qaydasında getmədiyi, bütün pullarının yaxınları və ətrafı tərəfindən mənimsənildiyi görüntüsünü yaratmağa çalışdığı bildirilir.

Əlbəttə, bunu da istisna etmək olmaz. Neçə illər ərzində ölkəda sahibkarların “dərisini soyan”, iş adamları üçün Azərbaycanı “cəhənnəmə” çevirən “vergi-reket sisteminin” başında duran birinin yığdıqlarını qorumaq üçün belə bir yola da baş vurması mümkündür…

Göndərilən yeni məlumatlar heç də Fazil Məmmədovun məsum obrazını formalaşdırmağa xidmət etmir. Əksinə, ölkədə yüksək dövlət vəzifəsi tutmuş birinin səlahiyyətlərindən istifadə edərək özü üçün necə geniş biznes şəbəkəsi qurduğunu ifşa edir. Vəzifədən çıxarıldıqdan sonra isə bir çox imtiyazlarını itirdiyindən, əvvəlki kimi qanunsuz dövr edən 100 milyonlar üzərində hökm vermək səlahiyyəti olmadığından, biznes strukturlarının ciddi maliyyə problemləri ilə qarşəlaşdığını göstərir. Yənu, bu faktlar Fazil Məmmədovun (eləcə də başqa bir çox vəzifəli şəxsin-müəl.) əslində sahibkarlıq qabiliyyətinin olmadığını, sadəcə, vəzifənin hesabına belə böyük biznesə sahibləndiyini, kreslosunu itirən kimi, biznesinin də batmağa başladığını göstəririr…

20 milyon Mərkəzi Banka, 73 milyon Sahibkarlığın İnkişafı Fonduna…

Qayıdaq yeni məlumatlara. Bu yaxınlarda Fazil Məmmədovun daha bir külli miqdarda dövlət vəsaitini “havaya sovurması” faktı ortaya çıxıb. Bu dəfə dövlətə qarşı talançılıq cənab Məmmədova məxsus, son dövrlərdə qalmaqallı fəaliyyəti ilə gündəmə gələn “AtaBank” vasitəsilə edilib.

“AtaBank”ın maliyyə durumunun ağır olduğuna dair mediada yayılan məlumatların həqiəti əks etdirdiyini vurğulayan mənbə, bankın öhdəliklərinin hər gün artdığını bildirir: “Bu öhdəliklər içərisində dövlət qarşısında olan hissə də az deyildir. Bankın rəsmi maliyyə açıqlamasına əsasən, Mərkəzi Bank qarşısında 20 milyon manat ödənilməmiş öhdəliyi vardır.Əldə olunan məlumata görə, bankın dövlət qurumları icərisində ən çox borcu isə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu qarşısındadır. Nə az, nə çox – 73 milyon manat”.

Şahin Mustafayev şərait yaradıb, “AtaBank”ın rəhbərliyi vədinə əməl etməyib…

Mənbənin məlumata görə, bu öhdəliyin yerinə yetirilməsi üçün dövlət tərəfindən “AtaBank”a dəfələrlə müraciətlər edilib: “Lakin heç bir nəticə olmamışdır. Hətta, deyilənlərə görə Fazil Məmmədov ilk vaxtlar borcun ödənilməsinə möhlət verilməsi üçün qurumun tabe olduğu iqtisadiyyat naziri Şahin Mustafayevdən xahişlər də edib. İlk vaxtlar borcun ödənilməsinə nazirlik tərəfindən şərait yaradılıb. Ancaq “AtaBank”ın rəhbərliyinin verdiyi vədə əməl etməməsi səbəbindən banka qarşı ciddi tədbirlərin görülməsi qərara alınıb. Belə ki, bankın likvidlik probleminin olması, ağır maliyyə vəziyyətinə düşməsi səbəbindən o, Fondun müvəkkil bankları sırasından çıxarılmış (yəni bu bankla Fond öz rəsmi əlaqələrini kəsmiş və ona vəsaitlərin ayrılmasına qadağa qoymuşdur) və hüquqi tədbirlərin görülməsi qərara alınmışdır.

Yaranmış 73 milyon manat öhdəliyinə görə nazirlik bankı aidiyyəti məhkəməyə verib. Məhkəmə də “AtaBank”dan 73 milyon manat borcun tutularaq İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fonduna ödənilməsi barədə qərar qəbul etmişdir”.

Mənbənin məlumatına görə, Şahin Mustafayevin bir vaxtlar F.Məmmədovun Vergilər Nazirliyində müavini olmasına baxmayaraq, onun bankını məhkəməyə verməsinə səbəb Prezidentin sərt açıqlaması olmuşdur. Ölkə Prezidenti İlham Əliyevin əvvəlki illərdə vergidə “maliyyə piramidası” yaradılmasına dair açıqlamasından sonra F.Məmmədovun fəaliyyətinin ciddi araşdırılmasına başlanıldığı bildirilir. Fonddan alınmış vəsaitlərin də “maliyyə piramidası”nın içərisinə qatılaraq mənimsənilməsi istisna olunmur: “Ehtimal olunur ki, Ş.Mustafayev özünü “piramida” riskindən sığortalamış və banka qarşı ciddi tədbirlərin görülməsinə qərar vermişdir”.

Fazil Məmmədov bacısı oğlunu “qurban” verəcək, yoxsa onu qoruyacaq?

Mənbə Fondun “AtaBank”la bağlı yaranmış 73 milyonluq probleminin artıq ölkə rəhbərliyinin də diqqətinə çatdırıldığını bildirir: “Dövlət səviyyəsində bu banka qarşı belə bir addımın atılması maliyyə bazarında “AtaBank”ın fəaliyyətinin arzu edilmədiyini göstərir. Bankın indiki rəqabət mühitində fəaliyyət göstərməsi üçün heç bir resursu yoxdur. Belə görünür ki, bu bank maliyyə dayanıqlığının olmaması səbəbindən, artıq iqtisadi münasibətlərdə tərəfdaş kimi iştirak edə bilmir. Eyni zamanda “AtaBank”ın daxilində yaranmış idarəetmə problemi, ard-arda peşəkar kadrların bankı tərk etməsi, bankda bu problemləri həll edəcək bir rəhbər komandanın olmaması, burada müsbətə doğru addımların atılacağına şübhə yaradır”.

Mənbə yaranmış bu gərgin vəziyyətdə batırılmış 73 milyon manat dövlət vəsaitinin məsuliyyətinin kimin üzərində qalacağının maraq doğurduğunu bildirir: “Fazil Məmmədov bankın sədri olan bacısı oğlu Dəyanət Quliyevi qurban verəcəkmi, yoxsa onu qoruyaraq bu məsuliyyətin boynuna atılacaq bankın başqa səlahiyyətlisi seçiləcək?”

“AtaBank”ın müxbir hesablarına, bütün əmlaklarına həbs qoyula bilər

Saytımıza verilən məlumatda o da qeyd edilir ki, “AtaBank”a qarşı çıxarılmış məhkəmə qərarının icra olunacağı təqdirdə bankın müxbir hesablarına, bütün əmlaklarına həbs qoyulacağı şübhəsizdir: “Bu isə bankın fəaliyyətinin tamamilə dayandırılması deməkdir. Əlavə olaraq, əgər Mərkəzi Bank ona olan 20 milyon borcun qaytarılması prosesinə başlayarsa, “AtaBank”ın vəziyyətinin hansı hal alacağını düşünmək çətin deyildir.

Bank özü haqqında məlumatda Sahibkarlığın İnkişafı Fondunun müvəkkil bankı olduğunu qeyd etsə də, əslində fəaliyyətinin riskli olması və öhdəliyini yerinə yetirməməsi səbəbindən Fond “AtaBank”ı öz müvəkkil bankları siyahısından çoxdan çıxarmışdır. Hətta verilən məlumata əsasən, bankın oxşar qurumlarla, məsələn, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə də əməkdaşlığı yox səviyyəsindədir. İlkin maliyyələşməni apara bilməməsi səbəbindən bank bu Fondun da imkanlarından istifadə edə bilmir.

Fazil Məmmədovun sahibi olduğu “AtaBank” tərəfindən dövlətin külli miqdarda vəsaitinin məsuliyyətsiz idarəetmə nəticəsində mənimsənilməsi, sözsüz ki, bağışlanılmayacaqdır. Bu qərarın ardınca yuxarı dairənin tapşırığı ilə hüquq-mühafizə orqanlarının “AtaBank”da geniş araşdırma aparacağı istisna edilmir”.

Qeyd olunan iddialarla bağlı həm Fazil Məmmədovun, həm də “AtaBank”ın mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə "American Hastanesi"nə yerləşdirilib

    Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə ...

    28-06-2018, 19:55

  • 
  • Fazil Məmmədov təcili Türkiyəyə aparıldı

    Fazil Məmmədov təcili Türkiyəyə aparıldı ...

    28-06-2018, 11:17

  • 
  • Eks-nazirin özü vergi yoxlamalarına məruz qaldı- Fazil Məmmədovun OBYEKTLƏRİ YOXLANILIR

    Eks-nazirin özü vergi yoxlamalarına məruz qaldı- ...

    5-11-2018, 15:34

  • 
  • Fazil Məmmədov icra başçısından imtina etdi

    Fazil Məmmədov icra başçısından imtina etdi ...

    29-10-2013, 10:51

  • 
  • Fazil Məmmədovun ölüm XƏBƏRİ YALAN ÇIXDI

    Fazil Məmmədovun ölüm XƏBƏRİ YALAN ÇIXDI ...

    9-02-2019, 20:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu