GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ​İcra başçısı ilə şəhid ailəsi arasında QALMAQAL

​İcra başçısı ilə şəhid ailəsi arasında QALMAQAL

Tarix: 3-06-2019, 12:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 794
​İcra başçısı ilə şəhid ailəsi arasında QALMAQAL

“Biləsuvar rayon icra hakimiyyəti məni şəhidin abidəsini dağıtmaqla hədələyir”.

GundemXeber.az xəbər verir ki, bunu anews.az-a şikayətində şəhid gizir Pərvin Əliyevin xanımı Zülfiyyə Əliyeva bildirir.
"Həyat yoldaşım Əliyev Pərvin Səlahəddin oğlu 15 mart 1980-ci ildə Biləvusar rayonu Nərimankənd kəndində anadan olub. 16 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Həmin döyüşdə 40 erməni məhv edilib. Döyüşdə Pərvinlə birlikdə Nərimankənd 3 şəhid verdi (Pərvin Əliyev, Anar Qarazadə, Rahil Hüseynov, red.)
Həmin ağır döyüşdə Pərvin aprel şəhidləri olan Pəncəli Teymurov, Mühüd Orucov və Milli Qəhrəmanlarımız Samid İmanov, Murad Mirzəyev ilə çiyin-çiyinə döyüşüb. Allah hər birinə rəhmət eləsin”, – deyə Əliyeva bildirir.
Xanım qeyd edir ki, yoldaşı 5 ildi şəhid olub amma bu illər ərzində Biləsuvar rayonunun rəhbər şəxsləri bir dəfə də olsun onlaarla maraqlanmayıb: “Əvəzində başımıza açmadıları oyun qalmayıb. Həmişə susmağa üstünlük vermişəm. İstəməmişəm kimsə desin ki, şəhid ailəsi adından istifadə edir. Amma son etdikləri məni susmamağa məcbur etdi.
Öncə bu 5 ildə Biləvuvarın icra hakimiyyətinin və digər qurumlarının mənə yaşatdılarını sadalayım. Mən uşaqlarımla Sumqayıtda yaşayıram. Biləsuvarda Pərvinin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayon icra hakimiyyətindən Nərimankənd kəndində torpaq sahəsi istədim. Həmin torpaq sahəsində Pərvinin ev muzeyini yaratmağı düşünürdüm. İcra başçısı Mahir Quliyev mənə 10 sot torpaq sahəsini verməyi göstəriş verdi və Şirin Yolçuyev adına Nərimankənd kənd orta məktəbinin həyətində 10 sot torpaq sahəsi verildi. Mən həmin verilən ərazini hasara aldım.
Amma məktəbin direktoru Faiq Cəfərov onu iki dəfə dağıtdırdı. Çünki direktor məktəbin mənə verilən və boş olan ərazisində yonca, arpa, pambıq əkərək kənd təsərrüfatı ilə məşğul olur. Mən növbəti dəfə icra başçısı Mahir Quliyevin qəbulunda olandan sonra mənə Nərimankənd kəndində zibillik olan yerdən 10 sot torpaq verildi. Bu günə kimi həmin torpağa sənəd ala bilmirəm. Hətta Əmlak Komitəsində oldum. Yusif adlı (soyadını bilmir, red.) komitə rəsmisi bildirdi ki, pulunu ver torpağının sənədini al.

​İcra başçısı ilə şəhid ailəsi arasında QALMAQAL

Kəndin bələdiyyəsindən isə həmin sənədin düzəlməsi üçün 500 manat istədilər”, deyə Zülfiyyə Əliyeva vurğulayıb.
Xanımın sözlərinə görə, şəhid ailəsinə vurulan növbəti zərbə şəhid Pərvin Əliyevin xatirəsini əbədiləşdirmək üçün ailə tərəfindən qoyulan abidə ilə bağlı olub. Pərvinin döyüş yoldaşlarının və ailənin vəsaiti hesabına ərsəyə gətirilən abidənin üzünün yazısını icra hakimiyyəti doğratdırıb. "Biz abidənin üstünə "Ailəsi və Xüsusi Təyinatlı Qüvvələrdə olan döyüş Yoldaşlarından Şəhidin əziz xatirəsinə” yazdırmışdıq. Biləsuvar Rayon İcra Hakimiyyəti həmin yazı olan lövhəni kəsib "Şəhidin əziz xatirəsinə” olan hissəsini saxlamışdı. Kəsilən hissəsini zibilliyə atmışdılar. Həmin kəsilən hissəni zibillikdən tapıb gətirib evdə saxlayıram” – deyə xanım vurğulayır.
2019-cu il martın 15-də isə Zülfiyyə Əliyeva şəhid yoldaşının döyüş yoldaşları və yaxınları ilə birlikdə Pərvinin xatirəsinə tədbir təşkil etməyi planlaşdırıb və bununla bağlı Biləsuvar RİH-ə müraciət edib. Bu işlə icra hakimiyyətinin Ləman adlı əməkdaşı ilə görüşüb. Ləman xanım ondan tədbirə gələnlərin siyahısını istəyərək həmin siyahını Prezident Aparatına təqdim edəcəyini deyib. Gələnlərin konkret kim olduğunu bilmədiyim üçün xanım siyahını verə bilməyib. Lakin icra hakimiyyəti rəsmisi bəlkə gələnlərdən kimsə təxribat törədəcək kimi bəhanə gətirirək tədbiri 28 martda keçirməyi məsləhət görüb.
Martın 27-də isə Zülfiyyə Əliyevaya prezidentin Biləsuvara səfərinin gözlənildiyini bildirərək tədbiri başqa vaxta keçirməyini xahiş ediblər. "Mən digər bir yerdə keçirəcəyimi dedim. Ləman xanım dedi ki, əgər siz icazəsiz hardasa tədbir keçirsəniz polislə dağıdacayıq. Beləliklə bizi şəhidimizin xatirəsinə tədbir keçirməyə imkan vermədilər. Bu azmış kimi tədbirin süjet xətti ilə tanış olandan sonra kinayə ilə deyir ki, heç Milli Qəhrəmana belə tədbir keçirmir.
Sonda tədbirin keçirilməsinə Biləsuvar Rayon İcra Hakimiyyəti imkan vermədi. Bundan sonra Biləsuvarın deputatı Xanhüseyn Kazımlının qəbuluna getdim. Köməkçi qəbul edəcəyini desə də, bir saat gözlədəndən sonra get başqa vaxt gələrsən söylədi” - deyə xanım əlavə edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD

    1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN ...

    11-04-2016, 17:22

  • 
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    6-08-2014, 00:56

  • 
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    5-08-2014, 18:36

  • 
  • Mehriban Əliyeva şəhid anaları ilə görüşəcək...

    Mehriban Əliyeva şəhid anaları ilə görüşəcək... ...

    7-04-2016, 14:15

  • 
  • Şəhid mayorumuz dəfn edildi

    Şəhid mayorumuz dəfn edildi ...

    3-04-2016, 13:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (269)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu