Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun qardaşının rayona rəhbər göndəriləcəyi deyilir.
GundemXeber.Az bildirir ki, Fazil Məmmədovun ötən il vergilər naziri vəzifəsindən azad olunmasından sonra onun “kurasiya”sında olan Şəmkir rayonun icra hakimiyyəti başçısının dəyişdirilməsi məsələsi gündəmə gəlib.
Hazırda Şəmkirin icra başçısı olan və Fazil Məmmədovun ən yaxın adamlarından biri kimi tanınan Alimpaşa Məmmədovun vəzifəsindən göndəriləcəyi, hətta onun xələfinin kimliyi barədə söhbətlər gəzir.
Son aylar rayonda dolaşan xəbərlərə görə, Məmmədovdan sonra rayonun icra başçısı postuna ən real namizəd qismində Şəmkirin sabiq rəhbəri mərhum Aslan Aslanovun (1993-2005) qardaşı, buna qədər Gəncədə bir sıra yüksək vəzifələrdə işləmiş Əziz Aslanovun adı hallanır.
Hətta onun bu vəzifəyə təyinat çərçivəsində “ilkin prosedur”lardan keçdiyi də söylənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?