GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dəmiryolçuların “Topaz”ı

Dəmiryolçuların “Topaz”ı

Tarix: 25-07-2019, 14:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 522
Dəmiryolçuların “Topaz”ı


2018-ci ilin oktyabr-noyabr ayları ərzində Azərbaycanda idman mərc oyunlarının yeganə qanuni ünvanı adlandırılan "Topaz”-da belə demək mümkünsə, əldəyişikliyi oldu. Azərbaycanın idman mərc oyunlarının təşkilinə nəzarət edən "Turkcell” şirkəti "Azerinteltek”dəki payını satışa çıxardı və yayılan məlumata görə, "Topaz” "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun nəzarətinə keçdi.

"Topaz”da dəyişiklik necə baş tutdu?

"Topaz” əl dəyişəndən sonra şirkətlə bağlı xeyli narazılıqlar yaranıb. Bu barədə bir qədər sonra. Əvvəlcə Cavid Qurbanovun adının "Topaz”la necə hallandığına baxaq.

"Topaz”-da lap yuxarı səviyyədə dəyişikliyə start veriləndə, Azərbaycan mətbuatı Türkiyə mətbuatına istinadən bu məsələyə diqqət ayırmış, Cavid Qurbanovun Azərbaycanın baş dəmiryolçusu olmaqla yanaşı, baş "qumarbaz”ına çevrildiyinin xəbərini vermişdi.

Yayılan məlumatlar arasında o da deyilirdi ki, "Topaz”ın səhmlərinin 51 faizi "Turkcell” şirkətinə, 24,5 "Baltech Investment LLC” şirkətinə, qalan 24,5 faizi isə "Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.

"Turkcell” öz payını satışa çıxardıqdan sonra "Topaz”ın 51 faizlik səhmi məhz "Baltech Investment LLC”-yə keçib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Sədr müavini Vüsal Yusif oğlu Aslanov
Mənbə: ady.az

51 faizlik səhm üçün 19,5 milyon avro ödəyən "Baltech Investment LLC” əslində ilk olaraq Türkiyədə qurulub. Türkiyənin Kommersiya Qurumlarının Dövlət Reysterində Vüsal Yusif oğlu Aslanovun adı hallanır. Bu şəxs Azərbaycan Respublikası Prezidentinin 20.07.2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədr müavini vəzifəsinə təyin edilib. Sonradan həmin şirkətin Azərbaycan qolu yaradılıb. Şirkətin məlumatında deyilir ki, "Baltech Grup” fərqli iş sahələrində Türkiyə və Azərbaycanda fəaliyyət göstərən bir şirkətlər toplusudur.

Vüsal Aslanovun Cavid Qurbanovun adamı kimi tanınması "Topaz”ın da məhz baş dəmiryolçuya məxsusluğuna əsas yaradır.

Köhnə məntəqələr bağlanılır, yeniləri üçün alver gedir

Azərbaycanda az qala bütün sahələrdə yazılmamış bir qayda var: yeni rəhbərlik gəlirsə, köhnə işçilərin hamısı əşyalarını toplayıb, hər an getməyə hazır olmalıdır. "Topaz” agentlərinin məlumatına görə, dəmiryolçular nəzarəti ələ keçirəndən sonra təkcə şirkətdə çalışanlara yox, "Topaz” məntəqələrinə də hücuma keçib. Elə narazılığın yaranmasının səbəbi də budur. Əvvəlki rəhbərliyin dövründə pul qoyub, "Topaz” məntəqəsi açanlar indi zorla işindən uzaqlaşdırılır, onlara heç bir açıqlama verilmədən məntəqələri bağlanılır. Məsələn, elə ötən ay Bakının Yasamal və Binəqədi rayonlarında "Topaz” məntəqələrinin fəaliyyətinin dayandırıldığı haqda xəbər yayıldı. Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 19 b ünvanında yerləşən obyektin sahibi Nicat Məmmədli "Minval.az” saytına bildirib ki, "Azərinteltek” QSC-nın məsul şəxsləri heç bir səbəb gətirmədən ona məxsus "Topaz”ın fəaliyyətini dayandırıblar:

"Bizə əlavə heç bir məlumat verilmədi. Sadəcə, terminalı bağladılar və getdilər. Bunun səbəbini soruşsaq da, nəticəsiz qaldı. 54 min manat xərc çəkmişəm. Onlardan heç olmasa, 40 min manat kompensasiya istəyirəm. Obyekti bağlayım, başqa iş görüm. Burada 4 nəfərik, evimizə çörək pulu aparırıq. 7 ildir "Topaz” işlədirəm, heç bir problem olmayıb. Xəbərdarlıq etmədən, birinci, Yasamal rayonundakını bağladılar, sonra isə buranı. Belə özbaşınalıq olmaz axı, dağın başı deyil. Kirayədə qalıram, körpə uşağım var. Heç olmasa, bura çəkdiyim xərci ödəsinlər. Nə tələb ediblər, qanuna uyğun yerinə yetirmişəm. Məntəqə üçün xeyli əşya, aparat almışam. Müqaviləyə əsasən, ödənişlər həyata keçirilib. Nə zaman məntəqə bağlanarsa, pullar geri qaytarılmalıdır. 5 min manata terminal almışam, həm də eyni məbləğə balansa pul qoymuşam. Bizim obyekt bağlanmamışdan öncə, yeni "Topaz” açıldı sonra bizim məntəqə qapadıldı”.

"Azərinteltek” QSC-nın məsul şəxsi Cavidan Məcidov isə məsələ ilə bağlı açıqlamasında bunları deyib: "Biz qarşılıqlı müqavilə bağlayırıq və bu sənəd qanunvericiliklə tənzimlənir. Burada qeyd olunan 30.12.3-cü bəndimizə əsasən, hansısa məntəqənin fəaliyyətinə heç bir səbəb gətirilmədən xitam vermək hüqumuz var. Belə ki, məntəqənin fəaliyyətindən gözlədiyimiz nəticəni əldə etmədiyimiz üçün bu addım atılır. Hər bir agentimizlə müqavilə qarşılıqlı razılaşma ilə imzalanır. Xitamın arxasında həmçinin tamam başqa məsələlər də var. Bunu sizə deyə bilmərəm, hüquq-mühafizə orqanları həmin məsələ ilə məşğul olacaqlar”.

Adlarının açıqlanmasını istəməyən agentlər isə Meydan TV-yə deyirlər ki, Cavid Qurbanovun "Topaz”ı nəzarəti tapşırdığı şəxslər 7-8 il əvvəl özünə məntəqə açmış adamlara hücum edir, onların terminallarını zorla qapadır və əvəzində yenisini açırlar. Açılan hər yeni "Topaz” məntəqəsi isə pul deməkdir. Məntəqə açmaq istəyən şəxs bunun üçün pul ödəyir (bu da çox vaxt təbii ki, qanuni yolla olmur), həmin pullar isə Qurbanovun dəstəsinin cibinə gedir.

Mətbuatla əməkdaşlığı da dayandırıblar

"Topaz”a türkiyəli iş adamlarının nəzarəti dövründə Azərbaycan mətbuatı, xüsusilə də, idman mətbuatı ilə əməkdaşlıq var idi. Özü də bu əməkdaşlıq uzun illər idi ki, davam edirdi. "Topaz” əmsalları idman saytlarında yayımlanır, bunun qarşılığında media qurumlarına müəyyən məbləğ ödənilirdi. İdman saytlarından birinin rəhbərinin verdiyi məlumata görə, Cavid Qurbanovun dəstəsi "Azerinteltek”i ələ keçirəndən sonra atdıqları ilk addımlardan biri də məhz mətbuatla əməkdaşlığa xitam vermək olub. Həm də, "Topaz” məntəqələrini bağladıqları kimi - heç bir açıqlama, izahat vermədən.

Narazı "Topaz”çıların Meydan TV-yə verdiyi məlumata görə, işin Vüsal Aslanova həvalə edilməsinin başqa səbəbi də var: "Vüsal Aslanov bu işləri daha yaxşı bilir. Vaxtilə "Azərinteltek” QSC-nin İdarə Heyətinin üzvü olub. Ona görə də Cavid Qurbanov onu mərc oyunlarına cavabdeh təyin edib”. 38 yaşlı Vüsal Aslanov 2010-2014 illərdə mərc oyunlarına nəzarət edən "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü kimi fəaliyyət göstərib. Onun hər gün bir neçə dəfə "Azərinteltek” QSC-nin baş ofisinə gələrək, işlərin hansı vəziyyətdə olduğunu yoxladığı deyilir. "Topaz”ın maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə "Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır. Vəsilə Abulovanın həm də "Azərreyl” Voleybol Klubunun baş mühasibi olduğu bildirilir.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulova
Mənbə: Meydan.TV

Vüsal Aslanovla Vəsilə Abdulovanın məsələyə münasibətini öyrənmək mümkün olmayıb. "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən də münasibət açıqlanmayıb. Amma qurumun mətbuat xidmətinin açıqlaması əsasında "Hürriyyət” qəzeti təkzib verib.

Mətbuat xidməti "Baltech Investment LLC”nin Cavid Qurbanova aidiyyatı olmadığını bildirir. "Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.

Yazı Meydan.Tv-dən götürülüb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Topaz"dan külli miqdarda pul oğurlayan şəxs tutulub

    Topaz"dan külli miqdarda pul oğurlayan şəxs ...

    19-11-2013, 12:19

  • 
  • ​Cavid Qurbanov “TOPAZ”-a öz adamını yerləşdirdi –AZƏRBAYCANDA MƏRC OYUNLARINA NƏZARƏT EDƏN VÜSAL MƏMMƏDOV KİMDİR?

    ​Cavid Qurbanov “TOPAZ”-a öz adamını yerləşdirdi ...

    5-12-2018, 15:36

  • 
  • “Topaz”dan erməni təbliğatı: “Ararat” Azərbaycanda - FOTOFAKT

    “Topaz”dan erməni təbliğatı: “Ararat” ...

    13-02-2018, 22:00

  • 
  • Məmur oğlu “Topaz”da 500 min manat uduzdu - Evlərini satdılar

    Məmur oğlu “Topaz”da 500 min manat uduzdu - ...

    21-11-2016, 19:33

  • 
  • Məşhur Avropa çempionlarımız qumarxanada - FOTOLAR

    Məşhur Avropa çempionlarımız qumarxanada - FOTOLAR ...

    17-01-2018, 18:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu