GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq… - GƏLİŞMƏ

Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq… - GƏLİŞMƏ

Tarix: 26-07-2019, 16:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 776
Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq… - GƏLİŞMƏ


Son zamanlar xüsusilə kiçik və mikro sahibkarlıq subyektlərinin Vergilər Nazirliyinin çoxalan xəbərdarlıqları ilə bağlı narahatlıqları artıb. Xatırladaq ki, bir müddət əvvəl vergilər nazirinin özü artıq ilin sonlarından başlayaraq, vergi nəzarətinin gücləndiriləcəyi və sərt tədbirlər görüləcəyilə bağlı xəbərdarlıq etmişdi.

Sonradan minimum əmək haqqının 250 manata qaldırılması ilə bağlı qərarın verilməsi və bunun sahibkarlara əlavə xərclərə başa gələcəyini nəzərə alsaq, nazirliklə sahibkarlar arasında yeni gərginlik ocağının yaranacağını ehtimal etmək çətin deyil.

Ötən gün isə Vergilər Nazirliyinin əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə konsepsiyanı təsdiq etdiyinə dair məlumat yayılıb. Həmin konsepsiyadan belə nəticə çıxarmaq olar ki, nazirlik sahibkarların vergi bəyannamələrində muzdlu işçilərin əmək haqlarının hətta artırılmış minimum üzrə, yəni 250 manat göstərilməsilə razılaşmaq fikrində deyil.

Sənəddə deyilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar olaraq 8000 manatadək əldə etdikləri gəlirlərin 7 il müddətində vergidən azad edilməsi və minimum əməkhaqqının ölkə üzrə 250 manata qaldırılması əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan siyasətin bir hissəsidir. Lakin iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrində, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcədə həmin sektor üzrə fəaliyyət göstərən və əməkhaqqının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və hətta onlardan bəzən bir neçə dəfə aşağı olur. Hətta işçilərinin sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə də bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilən əməkhaqqı sıravi işçilər üçün müəyyən olunan məbləğlərlə eynilik təşkil edir. Bundan başqa, bəzi sahibkarlar işin mahiyyətinin muzdlu iş hesab edilməsi üçün əhəmiyyətli əsaslar olduğu halda, işə cəlb etdikləri şəxslərlə xidmət müqavilələri bağlayırlar. Eyni zamanda, əksər vergi ödəyiciləri işçilərlə bağlanan müqavilələrə əsasən ödənilən əməkhaqqı məbləğləri ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir.

Qeyd olunur ki, təsdiq edilmiş yeni konsepsiyanın əsas məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir: «Konsepsiyaya əsasən, yerli vergi orqanları həmin risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını tərtib edəcək. Bu zaman vergi ödəyicisinə ilkin olaraq “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndəriləcək. Real işçi sayının və əməkhaqqı məbləğinin dürüstləşdirilməsi məqsədilə vergi ödəyicisi vergi orqanına dəvət ediləcək və görüş zamanı vergilərin, o cümlədən işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğlərinin real potensiala uyğun əks etdirilməsi təklif olunacaq. Zəruri hallarda isə vergi ödəyicisinin razılığı ilə “Əməkhaqqı ilə bağlı könüllü öhdəlik” qəbul ediləcək. Vergi ödəyicisi ona təqdim olunan dəlil və sübutlarla razılaşdıqda müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təmin olunacaq. Əks halda, əlavə vergi nəzarəti tədbirlərinin görülməsi üçün aidiyyəti struktura təkliflər veriləcək”.

Bu, o deməkdir ki, nazirliyin müvafiq strukturları sahibkarları fərdi qaydada dəvət edərək, vergi bəyannamələrində əmək haqlarını yüksək göstərmələrini təklif edəcək. Bunun təklif, yoxsa reallıqda tələb olacağını indidən söyləmək çətindir. Ancaq bir şey dəqiqdir ki, xüsusilə də kiçik sahibkarlıq subyektlərinin narahatçılığı üçün ciddi əsaslar yaranır. Çünki göründüyü kimi, sahibkar vergi orqanı ilə razılaşmayacağı təqdirdə “əks halda, əlavə vergi nəzarəti tədbirlərinin görülməsi üçün aidiyyəti struktura təkliflər veriləcək” deyilir.

Məlum olduğu kimi, minimum əməkhaqqının qısa müddətdə kəskin artırılması sahibkarların sosial sığorta ödənişlərini də eyni dərəcədə artırır. Məsələn, 3 işçisi olan hansısa mağaza sahibi əgər minimum əmək haqqı 130 manat olanda təqribən 165 manat sosial sığorta haqqı ödəyirdisə, indi bu məbləğ 320 manatı keçəcək. Ölkədə alıcılıq qabiliyyətinin heç də yaxşılaşmadığı, iqtisadiyyatda və istehlak bazarında hər hansı ciddi müsbət tendensiya müşahidə olunmadığı bir vaxtda, yəni sahibkarın gəlirlərinin artmadığı, hətta azaldığı bir durumda sosial sığorta ödənişlərinin 2 dəfə artması, əlbəttə ki, onun üçün arzuolunan hal deyil. Bu xərclər satışın və xidmətin maya dəyərini çoxaldır, deməli həm də qiymətləri artırmağa vadar edir. Qiymət artımı isə satış və xidmətin kəmiyyətini aşağı sala bilər. Bu da qətiyyən sahibkarın maraqlarına uyğun deyil.

Əlbəttə ki, məmur-oliqarxların iri müəssisə və şirkətlərində doğrudan da əmək haqları və sosial sığortalar üzrə vergidən yayınma hallarının qarşısının alınması doğru addım olardı. Əslində, ən böyük “qara mühasibatlıq” da elə bu cür müəssisələrdədir. Ancaq təəssüf ki, çox vaxt tətbiq edilən yeniliklərdən ən çox onlar yox, sahibi olmayan sahibkarlar əziyyət çəkirlər.

Müstəqil iqtisadçıların bir çoxu haqlı olaraq, sosial sığorta ödənişlərinin minimum əməkhaqqı, yaxud ümumilikdə əmək haqlarının məbləğinə bağlanmasının əleyhinədirlər. Hesab olunur ki, bunun üçün tez-tez dəyişən yox, konkret məbləğ müəyyən edilə bilər. Eyni zamanda, bundan daha artıq məbləğin ödənilməsi də sahibkarla işçinin qarşılıqlı razılaşması əsasında mümkün ola bilər.
Gundemxeber.Az azpolitika.info-ya istinadla bildirir ki, nazirliyin açıqladığı son konsepsiya göstərir ki, vergi orqanı sahibkarların hətta minimum üzrə, yəni 250 manat əsas götürülərək, sığorta haqqı ödəməsinin əleyhinədir. Baxmayaraq ki, kiçik və mikro sahibkarlıq subyektlərinin böyük əksəriyyəti üçün hətta bu məbləğlə də sığorta haqqı hesablayıb ödəmək böyük çətinlik yaradır. Nəzərə alaq ki, bundan öncə Vergi Məcəlləsinə sadələşmiş vergi ödəyicilərinin bank hesablarına köçürmələrə görə gəlir vergisi ödəyicilərinə çevrilməsinə dair yeni maddənin daxil edilməsi onsuz da bir çox vergi ödəyiciləri üçün əsl baş ağrısına və əlavə xərclərə başa gəlib. Bir tərəfdən də sosial sığorta ödənişlərinin artması heç də yaxşı günlərini yaşamayan kiçik və orta sahibkarlıq subyektlərinin vəziyyətini bir az da çətinləşdirir.

İndi qalır nazirliyin bəyan etdiyi konsepsiyanı reallıqda necə həyata keçirəcəyini gözləmək. Əgər nazirin də bəyan etdiyi kimi, sərt tədbirlərə üstünlük veriləcəksə, Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq…

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda əmək haqqından ödənilən vergilər azaldıla bilər

    Azərbaycanda əmək haqqından ödənilən vergilər ...

    25-05-2018, 14:46

  • 
  • Vergilər Nazirliyində yeni TƏYİNAT

    Vergilər Nazirliyində yeni TƏYİNAT ...

    20-02-2016, 20:19

  • 
  • 13 müşaviri olan nazir - Fazil Məmmədov “tabor” yaradır?

    13 müşaviri olan nazir - Fazil Məmmədov “tabor” ...

    3-02-2016, 14:01

  • 
  • Vergilər Nazirliyində struktur dəyişikliyi

    Vergilər Nazirliyində struktur dəyişikliyi ...

    9-06-2016, 11:23

  • 
  • “VERGİLƏR NAZİRLİYİNİN MÖVQEYİNDƏ SƏRTLƏŞMƏ OLACAQ” – Nazir anons etdi

    “VERGİLƏR NAZİRLİYİNİN MÖVQEYİNDƏ SƏRTLƏŞMƏ ...

    13-06-2019, 14:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu