GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kərəm Həsənovun “kərə qulaq" etdiyi dövlət əmlakları - İLGİNC GƏLİŞMƏ

Kərəm Həsənovun “kərə qulaq" etdiyi dövlət əmlakları - İLGİNC GƏLİŞMƏ

Tarix: 1-08-2019, 18:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 949
Kərəm Həsənovun “kərə qulaq" etdiyi dövlət əmlakları - İLGİNC GƏLİŞMƏ


Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov gərgin situasiya ilə üzləşib. Komitə sədrinin haqqında şübhəli hərraclardan ibarət dosye hazırlanır.

Etibarlı mənbə tərəfindən GundemXeber.Az-a ötürülən məlumata görə, Kərəm Həsənovun qaranlıq fəaliyyəti ön plana çıxarılmasına səbəb olub. Mötəbər mənbənin məlumatlarından aydın olur ki, aparılan islahatlarda Komitə sədri də vəzifəsindən kənarlaşdırılacaq. Buna görə, ƏMDK rəhbəri üçün olduqca ağır günlərin başlanması anlamına gəlmək olar. Söhbət Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin son illər qanuniliyi ciddi şübhə doğuran hərraclarından gedir. Həmin hərraclarda onlarla müəssisə Həsənov tərəfindən səhmdarlarının haqları pozularaq özünə yaxın şəxslərə, eləcə də bir çox başqa məmurlara faktiki olaraq, peşkəş edilib. Belə müəssisələrin siyahısının hazırlandığını və “yuxarılar”a təqdim ediləcəyini deyən mənbələr bildirirlər ki, bu, ƏMDK sədri üçün ciddi təhlükə vəd edir: “Xüsusən də ona görə ki, ƏMDK sədri xəlvəti hərraclarla dövlət mülkiyyətinin önəmli hissəsinin həm öz əlində (özünə yaxın şəxslər vasitəsilə), həm də özünün təmsil olunduğu iqtidariçi qrupun əlində cəmləşməsinə nail olub. Bu isə əlbəttə, qəbuledilməzdir və məsələnin üstü açılarsa, komitə rəhbərinə baha başa gələcəyinə heç bir şübhə yoxdur”. Bəs Kərəm Həsənovun xəlvəti, qanunlara uyğunluğu şübhə altına düşən hərracları necə keçirilir? Adətən bu qayda ilə: Əmlak Məsələləri hansısa müəssisənin səhmlərinin investisiya müsabiqəsinə çıxardığı barədə elan verir. Lakin müsabiqənin nəticəsi barədə heç bir rəsmi məlumat açıqlanmır. Bir qayda olaraq müsbət nəticə olmayanda bu müsabiqələrin nəticələri elan olunmur. Müşahidələr göstərir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dəfələrlə bu cür hərrac keçirib və dövlət mülkiyyətində olan müəssisələri, bankları xəlvəti satır. Alıcılar isə bir qayda olaraq onun özünə bağlı çevrələrlə komitə sədrini himayə edənlər olur. K. Həsənovun qurduğu korrupsiyaya uyğun olaraq, bu günlərdə tanınmış vəkil Aslan İsmayılova vətəndaş müraciəti də sübut kimi qiymətləndirilə bilər. Beləliklə vəkilin vətəndaşdan aldığı məktubun qısa hissəsini təqdim edirik: “Aslan müəllim, bir məsələni də işıqlandırın. Ulduz metrosunun yanında yerləşən Əmlak Xidməti Mərkəzində arayış 10 AZN-dir. Doğrudur rəsmidir, qanunda da bu var. Amma qanun yanlış deyilmi? Mən kasıb vətəndaş arayış almaq istəyirəm ki, adında torpaq olub olmaması barədə hansı ki, işsizlik mərkəzinə verəcəm. 10 AZN rüsum istəyirlər. Bu qanun düşünürəm ki yanlışdır. Bu məsələni qabardsanız sevinərəm. Sağ olun.” Buna nümunə olaraq, aşağıdakı müəssisələri göstərmək olar. Belə ki, “Gəmi Təmiri” Açıq Səhmdar Cəmiyyəti (bu müəssisənin səhmlərinin 99 faizi naməlum şəraitdə, naməlum şəxsə satılıb);
- “Bakı Kondisioner” Açıq Səhmdar Cəmiyyəti (bu müəssisənin də satılması da müəmmalı şəraitdə baş tutub, 20-dən çox səhmdarın onlara çatmalı olan payı verilməyib);
- “Saxsı Qablar” Açıq Səhmdar Cəmiyyəti (Heydər Əliyev prospektində yerləşən bu müəssisəyə məxsus torpaq sahəsi “dövlət ehtiyaclarının ödənilməsi” adı ilə müəssisədən alınıb və fiziki şəxs Rəhim Musayevə satılıb. Qanunsuz alqı-satqı əməliyyatı Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun səlahiyyətli nümayəndəsi Rövşən Məmmədovun iştirakı və ASC-nin işinə müdaxiləsi ilə həyata keçirilib)… Bu nümunələrdir və şübhəsiz ki, son bir neçə ildə onlarca belə fakt var. Həmin faktların ümumiləşdirilməsi və dosye halına salınması reallaşarsa, nümunələrdən də göründüyü kimi, Kərəm Həsənovun ilginc hərrac əməliyyatları ilə bağlı yetərincə aydın mənzərə yaranacaq. Başqa bir məlumatda isə deyilir ki, bir neçə il bundan əvvəl Daşkəsəndə Filiz Saflaşdırma Kombinatına basqında Kərəm Həsənovun rolu olub. Xatırladaq ki, basqınçılar kombinatın direktoru Ələddin Qasımovun üzərinə silah çəkərək ondan müəssisənin təhvil verməsini tələb ediblər. Ələddin Qasımov həmin şəxslərdən kim olduqlarını, hansı əsasla kombinatı ondan almaq istədiklərini soruşub. Həmin şəxslər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamları olduqlarını iddia ediblər. Əslində isə həmin şəxslər ora elə Kərəm Həsənovun göstərişi ilə gəliblər. Sadəcə Ramiz Mehdiyevin adını hallandırmaqla izi azdırmağa çalışıblar. Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının davamlı müraciətlərinə baxmayaraq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu qurum üçün inzibati bina verməkdən imtina edir. Bu barədə mətbuata Komissiyanın adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib. Məlumatda qeyd olunur ki, inzibati bina ilə bağlı Komissiyanın sədri Bəhram Xəlilov bir neçə dəfə əmlak məsələləri üzrə dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət edib. Ancaq bu müraciətlərin hamısı cavabsız qalıb. Müraciətlərinin nəticəsiz olduğunu görən Bəhram Xəlilov sonda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub yazıb. Komissiya sədrinin məktubuna müsbət cavab verilib verilməyəcəyi bəlli deyildi. Mənbəmiz Kərəm Həsənovun süründürməçiliyinin təsadüf olmadığını deyib. Belə ki, bir müddət əvvəl Kərəm Həsənov Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının testindən keçməyən bir neçə nəfəri rəhbəri olduğu komitədə işə götürüb. Komissiyanın səyləri nəticəsində bu qanunsuzluğun qarşısı alınıb və həmin şəxslər işdən azad olunub. Bununla da hər iki qurum arasında konfliktin əsası qoyulub. Xatırladaq ki, Mərhum prezident Heydər Əliyev 25 mart 1996-cı ildə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının yerinə yetirilməsini və özəlləşdirmə prosesində vətəndaşların fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədilə, 451 saylı sərəncam imzalamışdı. Əhaliyə bu məqsədlə adam başına bir ədəd özəlləşdirmə payı verilsə də, ondan necə istifadə etmək haqda maarifləndirmə çox kasad olduğundan, əhalinin əksəriyyəti öz paylarını “qara bazar”da satdı. Ötən 20 il ərzində ölkədə aparılan özəlləşdirmə prosesi özünü doğrultmadı. Respublikada gedən iki özəlləşdirmə proqramında doqquz milyon əhalinin cəmi 1%-i belə iştirak etməyib. Yəni vur-tut təxminən 10 minə yaxın adam əmək kollektivinə düşən 15%-in 1-2%-ni əldə edib. Beləliklə də ölkədə indi nəticəsi göz qabağında olan böyük bir işsizlər ordusu yarandı. İş yerləri qapadıldı, fabrik və zavodlar talan edildi. Özəlləşən dövlət mülkiyyətləri məmurların nəzarətinə keçdikdən sonra şəhərin mərkəzində yerləşən ASC-lərin ərazisində minoritar səhmdarlarla hesablaşmadan, yəni onlara çatası kompensasiyanı ödəmədən, yaşayış binaları inşa edildi. Majoritar səhmdarlar buna “əyri yollarla”, hüquqşünasların “əməyi nəticəsində” ləğvetmə qərarı qəbul edərək, ASC-ləri qeyri-qanuni yollarla məhv edərək nail oldular. Ölkə başçısı İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə böyük özəlləşdirmə proqramının hazırlanması, bu işə yerli və xarici investorların cəlb olunması və iqtisadiyyatın canlanması üçün biznes mühitinin yaxşılaşdırılması məqsədilə mühüm tapşırıqlar verdi. Lakin prezidentin tapşırığına baxmayaraq, başda ƏMDK-nin sədri Kərəm Həsənov olmaqla, səhmdar cəmiyyətləri öz monopoliyasında saxlayan yüksək çinli dövlət məmurları, nəzarətlərində olan ASC-lərin illik hesabatını minoritar səhmdarlardan gizlətmək üçün, 40-dan çox ASC-nin səhmdarlarının bir gündə, eyni saatda və müxtəlif məkanlarda keçirdirlər. Məqsəd isə eynidir: saxta protokol tərtib edərək, etdikləri maxinasiyaları ört-basdır etmək! Səhmlərinin 30%-i dövlətdə olan ASC-lərdən gələn gəlirlər isə tamamilə büdcədən və səhmdarlardan gizlədilir. Əsasən 30 %-i dövlətdə olan cəmiyyətləri ƏMDK-nin işçiləri idarə edirlər. Bütün bunlar göstərir ki, K.Həsənov nəzarətində olan ASC-lərin mülkiyyətini, ərazisini yüksək qiymətə icarəyə verib, çox cüzi qiymətə sənədləşdirməklə, həm büdcəyə, həm də minoritar səhmdarlara külli miqdarda ziyan vurmaqla məşğuldur! Qeyd edək ki, K.Həsənovun nəzarətində olan ASC-lərin əksəriyyətinin hüquqi ünvanlarında ya “göydələn”lər tikilib, ya da müxtəlif məqsədlərə görə sökülüb. Hansı ki, Mülkü Məcəlləyə görə, ASC-lərdə səhmdarların razılığı olmadan heç bir söküntü olmamalıdır. Sökülən səhmdar cəmiyyətlərdən mənimsədiyi külli miqdarda vəsaitdən minoritar səhmdarlara heç bir kompensasiya ödəmir.

Cəfər
GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovun “xəlvəti hərrac dosyesi”

    Kərəm Həsənovun “xəlvəti hərrac dosyesi” ...

    7-12-2012, 11:34

  • 
  • Bəylər Əyyubov Kərəm Həsənova zərbə vura bilər - Komitədə dəyişiklik gözlənilir

    Bəylər Əyyubov Kərəm Həsənova zərbə vura bilər - ...

    24-01-2014, 15:31

  • 
  • Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür

    Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür ...

    15-05-2014, 10:56

  • 
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Kərəm Həsənovla Elmar Vəliyevin Gəncədə ortaq biznesləri…

    Kərəm Həsənovla Elmar Vəliyevin Gəncədə ortaq ...

    26-05-2018, 13:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (327)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu