GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məktəblərə elektron qəbul sistemi: Təhsil Nazirliyinin bu "bazar"dan xəbəri var? – Foto+Video

Məktəblərə elektron qəbul sistemi: Təhsil Nazirliyinin bu "bazar"dan xəbəri var? – Foto+Video

Tarix: 3-09-2019, 16:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 503
Məktəblərə elektron qəbul sistemi: Təhsil Nazirliyinin bu "bazar"dan xəbəri var? – Foto+Video


Bu ildən etibarən, orta məktəblərə və məktəbəqədər hazırlıq bölmələrinə qəbul elektron qaydada aparılır. Reallıqda isə bu sistem valideynlərin işini yüngülləşdirmək əvəzinə, xeyli artırıb. Əgər belə olmasaydı, hər gün onlarla insan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qarşısında saatlarla gözləməzdi

Bu gün sözügedən idarənin qarşısında qeyd olunan problemlə üzləşmiş yüzdən çox insan toplanmışdı. Valideynlərin sözlərinə görə, idarənin qarşısı hər gün mitinq meydanını xatırladır. Onlarla insan gəlir, gözlədilir, qəbul edilir, sonra yenə get-gələ salınır.

Adlarının açıqlanmasını istəməyən valideynlər Yenicag.az-a bildirdilər ki, onlar artıq neçənci dəfədir, buraya gəlirlər. Səbəb isə idarədə ərizələrinin qəbul olunaraq, “sizin məsələ həll edildi” sözünə baxmayaraq, məktəbdə “adınız sistemə düşməyib” cavabını almalarıdır.

Elektron qaydada müraciət edənlər yaşadıqları əraziyə yaxın məktəbləri seçirlər. Ancaq nədənsə, həmin məktəbdə “yer olmur”. Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə daha uzaq ərazidə yer olduğunu bildirir və valideynlərə övladlarını oraya yerləşdirməyi uyğun bilir.

Valideynlərdən birinin sözlərinə görə, məktəblərdəki hazırlıq bölmələrindəki yerlər rəsmən satılır. Adının açıqlanmasını istəməyən valideynlərdən biri bizmlə söhbətdə bildidrdi ki, yaşadığı ərazidəki məktəb direktorunun müavini ona 3 min manat pul verərsə, uşağı həmin məktəbə götürə biləcəyini deyib. Sual yaranacaq, axı məktəblər özü şagird qəbul edə bilmir. Doğrudur, məktəblərin belə bir səlahiyyəti yoxdur. Məktəb direktorunun müavini həmin valideynə, pulu aparıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinə verəcəyini və bura göndərilmiş şagirdin birini siyahıdan çıxararaq, onun uşağını məktəbə qəbul etdirəcəyini bildirib. Bunun adı nədir? Açıq bazar!

Ümumiyyətlə, valideynlər hamısı mətkəblərin pulla şagird qəbul etdiyini deyirlər.

İdarənin qarşısındakı narazı valideynlərdən biri isə nəvəsinin işinə görə gəldiyini deyir:

“Nəvəm Moskvada doğulub, orada böyüyüb, indi köçüblər Bakıya. Uşaq Azərbaycan dilində bir kəlmə də bilmir. Onu rus bölməsinə qoymaq istəyirik, ancaq deyirlər, yer yoxdur. Maraqlanmışıq, Bakıdakı mətəblərin heç birində rus bölməsində yer yoxdur. Axı bu, absurddur. Deyirlər, Azərbaycan bölməsinə qoyun. Öz dilimizdə bir kəlmə bilməyən uşağı necə Azərbaycan bölməsinə qoyaq?”

Valideynlərin ümumi narazılığı isə idarənin işinin ancaq yönləndirmə və başdan etməklə məşğul olmasındadır. Belə ki, “həll olundu” deyilən heç bir məsələ əslində, öz həllini tapmır. Bundan əlavə, gündəlik 200-300 nəfər şikayətçi valideyni qəbul etmək üçün cəmi idarədə 2 nəfərin ayrıldığı deyilir. Bu isə növbənin istər-istəməz saatlarla davam etməsinə gətirib çıxarır.

Bir çox valideynlərə isə elektron müraciətdən “imtina” cavabı gəlib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynləri rüşvət verməyə təşviq edir. Bəlkə də ağır ittihamdır. Ancaq idarədə qəbuldan çıxan valideynlərdən birinin dediyini olduğu kimi yazıram:

“Məni qəbul edən şəxs dedi ki, gedib məktəb direktoru ilə görüşün, uşağın yerini dəyişək. Açıqdan-açığa “apar direktora pul ver”, deyir. Yoxsa direktorla görüşüb, çay içib, dünyanın gərdişindən danışası deyiləm ki…

“Uşağımı 100 manata Zabratda 192 saylı məktəbə qoymuşam. Məlum olur ki, uşaq indiyə qədər hələ qeydiyyata düşməyib”, – bunu isə narazı valideynlərdən digəri deyib. Azərbaycanda orta təhsil icbaridir. Ancaq reallıqda valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsini məbcur edirlər ki, övladları məktəblərə götürülsün. Görünən odur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsini yuxarılar məcbur etməsə, bu il onlarla, bəlkə yüzlərlə uşaq təhsildən uzaq qalmağa məcbur olacaq.

https://yenicag.az/videos/tehsil-davasi-valideyinler-usaqlar-ve-polisler-foto-video/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabahdan I sinfə şagird qəbulu başlayır

    Sabahdan I sinfə şagird qəbulu başlayır ...

    29-02-2016, 10:14

  • 
  • DİM əvvəlki illərin məzunları üçün ali məktəblərə qəbul elan edib

    DİM əvvəlki illərin məzunları üçün ali məktəblərə ...

    10-04-2019, 14:24

  • 
  • Lisey və gimnaziyalara elektron ərizə qəbulu başa çatdı

    Lisey və gimnaziyalara elektron ərizə qəbulu başa ...

    1-06-2017, 12:00

  • 
  • TQDK ali məktəblərə sənəd qəbulunun vaxtını uzatdı

    TQDK ali məktəblərə sənəd qəbulunun vaxtını uzatdı ...

    29-04-2016, 01:20

  • 
  • Nazirlikdən qəribə qərar: Valideynlərdən işıq pulu qəbzinin kodu tələb olunur

    Nazirlikdən qəribə qərar: Valideynlərdən işıq ...

    5-03-2019, 13:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu