Jurnalist Əvəz Zeynallı Azercell-in problem yaratması ilə bağlı öz narazılığını bildirib. Belə ki, o Türkiyədən qayıdan kimi şirkəti məhkəməyə verəcəyini bildirib. Təbii ki, son günlər şirkət abonentləri arasında geniş narazılıq yaradıb və insanların büdcəsinə ciddi ziyan vurmaqla məşğuldur.. Mövzunu çox uzatmadan jurnalistin etiraz dolu statusunu GundemXeber.Az-ın oxucularına olduğu kimi təqdim edirik:
''Bu gün - Türkiyəyə gəlişimin 14-cü günü fırıldaqçı və dələduz Azercell mənə mesaj göndərib: "Sizin 1 GB rominq internet paketiniz ləğv olundu. İnternetdən istifadə cari tarifinizə uyğun hesablanacaq. Yeni paketin sifarişi üçün: 14 günlük 1GB paketinə qoşulmaq üçün *100*1001#YES, 3 günlük 400MB paketinə qoşulmaq üçün *100*401#YES, 1 günlük 100MB paketinə qoşulmaq üçün *100*101#YES yığın." Bir şirkət nə qədər özünü, iş şərəfini itirməlidir ki, adamı lap dolasın. Nə qədər həyasız olmalısan ki, yediyin internetə aydınlıq gətirmədən təzədən həyasızcasına bir də mesaj göndərib insanın əsəbi ilə oynayasan. Bu şarlatanları məhkəməyə vermək və bunu kütləvi etmək lazımdır. Kim məhkəməyə verir fırıldaqçı Azercelli? Mən hazır... Bakıya enən kimi ilk işlərimdən biri bu olacaq...''
Sorğu
Yeni dizaynımız necədir?