Azərbaycanda günəbaxan tumlarının satışı ilə məşğul olan “Patron” şirkəti bağlanmaq təhlükəsi ilə üzləşib.
Gundemxeber.Az bildirir ki, bu barədə məlumatı bir qrup fermer verib. Məlumata görə, qərb bölgəsində günəbaxan tumlarının alışı ilə məşğul olan “Patron” bu dəfə fermerlərdən məhsul ala bilmir. Buna səbəb isə şirkətin Vergilər Nazirliyi tərəfindən külli kiqdarda cərimələnməsidir. Fermerlər bu məbləğin 3 milyon manata yaxın olduğunu deyir.
Ötən il bu vaxtı “Patron” bütün rayonlardakı məhsulları yığmışdı. Amma bu il məhsullar fermerlərin əlində qalıb.
Məsələ ilə bağlı Vergilər Nazirliyinə etdiyimiz zənglər cavabsız qaldı.
Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətin qarşısında prioritet vəzifə kimi qoyulsa da görünür, Vergilər Nazirliyi buna məhəl qoymaq istəmir.
“Patron”nun cərimələnməsi və bununla alıcılıq qabiliyyətini itirməsi ölkədə yüzlərlə fermerin müflis olması deməkdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?