"Broker Əbülfəz" kimi tanınan Əbülfəz Məlikovun oğlu Murad Məlikov Azərbaycandakı ən iri restoranlar şəbəkəsindən birinə sahiblik edir. Söhbət Amerikanın ən böyük və dünyanın üçüncü məşhur pizza brendlərindən olan PAPA JOHN'S PİZZA-nın Azərbaycandakı şəbəkəsindən gedir.
Əbülfəz Məlikovun oğlu PAPA JOHN'S adı altında fəaliyyət lisenziyasını 2012-ci ildə əldə edib və indiyədək Bakı şəhərində bu brend altında 8 restoran açıb. Gömrük brokerinin oğlunun şəriki Kamran Əliyev adlı şəxsdir. Restoranlar Murad Məlikov və Kamran Əliyevin təsisçiləri olduğu PJA Limited Azerbaijan şirkəti üzərindən idarə olunur.
Nizami - Mirzağa Əliyev küç. 138 Sahil - Nizami küç. 106 A Gənclik - Atatürk pr. 29 Əcəmi - Cavadxan küç. 15c Park Bulvar - Neftçilər pr. 92 Əhmədli - Məhəmməd Hadi küç 106 Şüvəlan - Almaz Ildırımlı küçəsi 68 28 Mall - Azadliq prospekti 15A/4
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?