Dünən saat 14:00-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin növbəti iclasında iştirak edən məhbus və qətlə yetirilən gənclərin valideyinlərinin çıxışları sanki, filimlərdəki dəhşətli anları yaşadırdı bizə.
GundemXeber.az olaraq, insanların qandonduran çıxışlarınını video lentə almağı özümüzə borc bildik. Gəncədə baş verən olayla bağlı günahkarlar deyil, günahsız insanların həbs olunması və güllələnərək öldürülməsi, hər kəsdə təəccüb hissi yaratmaya bilməzdi.
Belə ki,Gəncə olayları zamanı 200-ə yaxın insan heç bir səbəb olmadan tutuldu. 8 nəfər güllələnərək qətlə yetirildi. Onlardan biri, namaz qılarkən güllələnən Anar Bağırovun bacısı Aynur Bagirova qardaşının qətli haqqında danışır:
"Qardaşımı saat 10-da ceynamazın, möhürün yanında 4 güllə ilə qətlə yetiriblər.
Gecə saat 3-ə qədər qanın içində olan möminin əlinə güllə verib şəkillərini çəkiblər. Çox tələb və təkiddən sonra səhər saat 5-də gün doğmamış gətirib bizdən xəbərsiz dəfn etdilər.
Kəpəzin rəis müavini Adilə deyirəm, 75 yaşlı anam hələ yolunu gözləyir oölunun. Deyir ona cəza olaraq belə dəfn etdik.
Niyə oğlunun qolundan tutub bizə təhvil vermədi. Başımıza gətirilən müsibətlərdən bir kimsə maraqlanmadı.
Mən Prezidendən və Birinci vitse-prezidentdən qardaşımı günahsız yerə öldürənləri tapdırıb cəzalandırlması üçün göstəriş vermələrini istəyirəm."
Həmin ürək dağlayan video çıxışları oxucularımıza təqdim edirik:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?