Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev (vergilər nazirinin keçmiş müavini Namiq Əliyevin oğlu) İngiltərədə daha 2 şirkət açıb.
Əbdül Əliyev bu ilin iyunun 27-də Londonda NOAP PROPERTIES LIMITED şirkətini (qeydiyyat nömrəsi 12072403) qeydiyyatdan keçirib. Şirkətin qeydiyyat ünvanı 12 Second Floor, Ogle Street, London, England kimi göstərilib.
Ötən ayın 16-da isə onun daha bir şirkəti Londonda qeydiyyata alınıb.
AMPCO 147 LIMITED-in hüquqi ünvanı isə (qeydiyyat nömrəsi12208094) 7 The Ropewalk, Nottingham kimi göstərilib.
Bununla Əbdül Əliyevin İngiltərədə təkcə bu il qeydiyyatdan keçirdiyi şirkətlərin sayı 3-ə, ümumilikdə Londonda fəaliyyətdə olan şirkətlərinin sayı 8-ə (qapadılan şirkətlər daxil deyil) çatıb.
Bundən əvvəl isə o, bu ilin aprelində Britaniya paytaxtında biznes mərkəzlərinin tikintisi və idarəçiliyi sahəsində fəaliyyət göstərən OKAA PROPERTY LIMITED şirkətini qeydiyyatdan keçirmişdi.
Əbdül Əliyevin Britaniya və İngiltərədə indiyədək çoxlu sayda şirkətləri olub.
Sorğu
Yeni dizaynımız necədir?