GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ziya Məmmədovun ən yaxın kadrı arvadını məhkəməyə verdi

Ziya Məmmədovun ən yaxın kadrı arvadını məhkəməyə verdi

Tarix: 11-10-2019, 15:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 908
Ziya Məmmədovun ən yaxın kadrı arvadını məhkəməyə verdi


Ləğv edilmiş Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi Hüseyn Salamov bu yaxınlarda boşandığı keçmiş arvadı ilə məhkəməlik olub

Gundemxeber.Az Cebhe.info-ya istinadla xəbər verir ki, Hüseyn Salamov 2015-ci il I Avropa Oyunları zamanı "Atletlər kəndi” ərazisində baş vermiş qəzaya görə həbs edilib.
2016-cı ilin sentyabrında cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il azadlıqdan məhrum edilib. Nəticədə təxminən 1 il istintaq təcridxanasında saxlanıldıqdan sonra məhkəmədən faktiki azadlığa çıxıb. Hüseyn Salamov Türkmənistan vətəndaşı olan Kekilliyeva Selbi Bayramovna ilə 2009-cu ildə nikaha girib. Onların birgə nikahından iki övladları dünyaya gəlib. Birgə nikah dövründə Salamovun mülkiyyətində Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzil olub. Həmçinin, Bakının mərkəzindəki "Port Baku Residence” kompleksində mənzil əldə edilib. Kompleksi inşa edən "Abşeron” MTK ilə bağlanmış müqaviləyə əsasən, mənzilin dəyəri hissə-hissə ödənilməli idi. Hüseyn Salamov 2015-ci ildən həbsdə olduğundan ödənişlərin aparılması mümkün olmayıb.

Ziya Məmmədovun ən yaxın kadrı arvadını məhkəməyə verdi


İbtidai istintaq orqanı Hüseyn Salamovu sui-istifadədə təqsirləndirsə də, (məhkəmədə onun əməli daha yüngül maddəyə tövsif edilib-müəll.) həbsdə olduğu zaman əmlakının müsadirə edilməsindən, həmçinin qəzada yaralanan avstriyalı idmançının müalicəsinə xərclənmiş pulun ondan tələb olunmasından narahat olub. Həmçinin ailədə yeganə qazanc gətirən o olduğundan və hər ay evin ödənişinə görə ödəniləcək pulu həmin vaxt ödəmək iqtidarında olmadığından, həyat yoldaşı Kekilliyeva Selbi Bayramovna ilə mülkiyyətində olan Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzili sataraq "Abşeron” MMC şirkətinin qalıq borcuna ödəmək qərarına gəlib. Çünki o, həbs edildikdən sonra "Abşeron” MMC-yə müvəqqəti aylıq ödəniş dayandırılıb. Buna görə də onun tələbi ilə Kürdəxanıda yerləşən Bakı İstintaq Təxridxanasına notarius dəvət olunaraq Kekilliyeva Selbi Bayramovnaya ümumi etibarnamə verib. Hüseyn Salamovun Kürdəxanıdan zəng vurub razılıq verməsi, həmçinin onun təkidi ilə Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzil satılıb. Satışdan əldə edilən pulun çox hissəsi "Abşeron” MMC şirkətinin qalıq borcuna ödənilib, həmçinin Hüseyn Salamovun təcridxanada lyuks yaşamı, məhkəmə xərcləri, ailənin xərcləri uzun müddət həmin pulla təmin olunub. Keçmiş yüksək vəzifəli məmurun ailəsində problemlər o həbsdən çıxandan sonra başlayıb.
Qadının iddiasına görə, Salamov həbsdən çıxandan sonra heç yerdə işləməyib və gününü eyş-işrətlə keçirib. Hətta dəfələrlə azyaşlı övladlarına da fiziki zorakılıq göstərib. Dəfələrlə münasibətlərinin aydınlaşdırılması üçün Hüseyn Salamovla danışıqlar aparmağa cəhd etdiyini deyən Selbi heç bir nəticə əldə etməyib. Belə olan halda 2018-ci ildə qadın boşanmaq haqda iddia qaldırıb. 1,2 aydan sonra onlar rəsmən ayrılıb. Ər isə iddia edir ki, həyat yoldaşının ona qarşı münasibətinin pozulmasının səbəbi onun həbsi, həmçinin maddi durumunun əvvəlki kimi olmamasıdır. Qadının sözlərinə görə, keçmiş əri boşanmadan sonra ondan qisas almaq məqsədi ilə guya həbs edilərkən evdə olan 90 min ABŞ dollarını, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzilin satışından əldə etdiyi 180 min ABŞ dolları və Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş pulları tələb etməyə başlayıb.
Kürdəxanıdan birbaş özünün məlumatı və təkidi ilə əmlakların satışının həyata keçirilməsinə, pulun şəxsən sürücüsünə təqdim olunmasına baxmayaraq, bütün bunlardan xəbərdar olmadığını iddia edib. Həyat yoldaşı Selbi həbsdə olduğu müddətdə həmin pulla yaşadıqlarıını, ailənin müxtəlif tələbatlarını ödədiyini, bahalı özəl təhsil müssisəsində 2 övladı üçün illik təhsil haqqına və həbsxanada ərinin xərclərinə sərf etdiyini bildirib. Keçmiş məmur Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq həyat yoldaşını Yasamaldakı mənzili, Neftçilər prospektindəki obyekti "ondan xəbərsiz sataraq” pullarını mənimsəməkdə, habelə həbs edilərkən "evdə qoyduğu 90 min dolları”, ona məxsus "Range Rover Vogue” markalı avtomobilin satışından əldə olunan 60 min dolların qalan 10 min dollarını mənimsəməkdə ittiham edib.
İddia ərizəsində Salamov obyekti 400 min dollar qiymətləndirib. Sonradan iddiaçı tələbinə düzəliş verib-obyektin satışından əldə olunan 470 min manatın 443 min manatının "Port Baku”dakı mənzilin borcuna görə onun adından ödənildiyini xatırlayıb və bu dəfə qalan 27 min manatın mənimsənildiyini bildirib. Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın icraatında olan iş üzrə qərar bu ilin avqustunda keçmiş məmurun xeyrinə çıxarılıb. İddia qismən təmin olunub.
Məhkəmə qətnaməsinə əsasən, qadın keçmiş ərinə 307 min 276 manat ödəməlidir. Cavabdeh tərəf, yəni Selbi Kekilliyeva birgə nikahdan əldə etdikləri əmlak və pulu mənimsəmədiyini, evləndiyi zaman Yasamaldakı mənzilə 100 min manat dəyərində cehiz apardığını, sabiq məmurun təcridxanadakı lüks yaşayışını təmin etdiyini, evin, uşaqların qayğılarına xərcləndiyini bildirib. Həmçinin əlavə edib ki, H.Salamov həbsdə olanda onun xərclərini ödəmək, evi, uşaqları saxlamaq üçün Yasamaldakı mənzilin pulundan əlavə Türkmənistandan valideyinlərinin etdiyi yardımları da sərf edib. Üstəlik Salamov həbsdən çıxandan sonra 2 ilə yaxın müddətdə heç yerdə işləməsə də, həmin pullar hesabına bahalı həyat yaşayıb. Buna görə də qərarla razılaşmayan cavabdeh tərəf- Səlbi Kəkilliyeva apellyasiya şikayəti verəcək.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması

    Anar Məmmədovun adamı-məmur Salamovun türkmən ...

    20-09-2019, 11:54

  • 
  • Vidadi Zeynalov azadlığa buraxılıb - ŞƏRTİ

    Vidadi Zeynalov azadlığa buraxılıb - ŞƏRTİ ...

    10-07-2018, 23:39

  • 
  • Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan iki sabiq əməkdaşı azadlığa buraxılıb

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ...

    7-10-2016, 01:00

  • 
  • Ziya Məmmədovdan kadr dəyişikliyi: yeni rəis təyin olundu

    Ziya Məmmədovdan kadr dəyişikliyi: yeni rəis ...

    30-01-2014, 16:24

  • 
  • Mahmudov Və Həyat Yoldaşının Adına Olan Milyonluq Mülklər – ŞOK MƏBLƏĞ

    Mahmudov Və Həyat Yoldaşının Adına Olan Milyonluq ...

    22-04-2019, 16:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (504)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu