GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qida Təhlükəsizliyi Agentliyi də, İsmayıllı şəhər bazarındakı acınacaqlı durumla maraqlanmaq istəmir -- İTTİHAM

Qida Təhlükəsizliyi Agentliyi də, İsmayıllı şəhər bazarındakı acınacaqlı durumla maraqlanmaq istəmir -- İTTİHAM

Tarix: 15-10-2019, 10:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 410
Qida Təhlükəsizliyi Agentliyi də, İsmayıllı şəhər bazarındakı acınacaqlı durumla maraqlanmaq istəmir -- İTTİHAM


Bazardakı antisanitariya, hətta rayonun səlahiyyət sahiblərinin belə veclərinə deyil

İsmayıllı rayonunun sabiq icra başçısı Vaqif Rəhimovun adına deyilən, hələ də onun yaxın adamlarının əlində qalan şəhər bazarındakı mövcud acınacaqlı durumla bağlı, araz.az saytı da, ötən ayın sonunda tənqidi yazı dərc etdi. Lakin nə əhalini böyük təhlükəylə üz-üzə qoyan bu antisanitariya məkanındakı kritik durumla, nə də buna görə günbəgün artan ictimai gileylə bağlı yazdıqlarımız rayonunun səlahiyyət sahiblərindən heç kəsi narahat etmədi. Bu səbəbdən, həmin yazını olduğu kimi Qida Təhlükəsizliyi Agentliyinə də ünvanlayıb, yazıda göstərdiyimiz bütün ciddi məsələlərə bu agentlikdən münasibət öyrənməyi daha vacib bildik. Lakin sanitariya və gigiyena norma və qaydalarına, bunlar haqqında olan qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinə dövlət nəzarətinin təminatında yüksək səlahiyyətə malik həmin agentlikdən də, yazıda göstərilənlərə reaksiya olmadı. Məhz belə laqeydliklərə görədir ki, həmin bazarda indiyədək heç nəyin dəyişmədiyinin şahidi olursan. Halbuki yeddi dövlət qurumunun -- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidmətinin, Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidmətinin və idxal zamanı Dövlət Gömrük Komitəsinin səlahiyyətlərini həyata keçirmək üçün yaradılan və ötən ilin ilk günündən fəaliyyətə başlayan bu agentlik, ona həvalə edilən “tarladan süfrəyədək” prinsipi əsasında, burada satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün, bir çox lazımi tədbirlərini həyata keçirə bilərdi.

Qida Təhlükəsizliyi Agentliyi də, İsmayıllı şəhər bazarındakı acınacaqlı durumla maraqlanmaq istəmir -- İTTİHAM


Danılmaz faktdır ki, rayon sakinləri üçün vacib olan bu şəhər bazarında qida təhlükəsizliyi yenə böyük təhlükə qarşısındadır. Arzuolunmaz bu təhlükənin qarşısını almaq üçün, dövlət idarə və təşkilatlarındakı səlahiyyət sahibləri də heç bir tədbirə əl atmaq istəmirlər. Onların hara baxdıqları, ölçü götürmək üçün nəyi və kimi gözlədikləri, hərəkətə keçməyə nədən tələsmədikləri indi hamını düşündürən əsas məsələdir. Uzun zamandır antisanitariyanın hökm sürdüyü bu alver məkanındakı ürəkbulandıran mənzərə, onun iki addımlığında -- qəbristanlıq ərazisində fəaliyyət göstərən küçə ticarəti məkanının durumundan heç nə ilə fərqlənmir.

Qida Təhlükəsizliyi Agentliyi də, İsmayıllı şəhər bazarındakı acınacaqlı durumla maraqlanmaq istəmir -- İTTİHAM


İşıqlandırma sistemi sarıdan da acınacaqlı vəziyyətə düşən şəhər bazarı hər an yanğın təhlükəsi ilə üzləşə bilər. Nə olsun, əhali üçün daha qorxulu görünən bu vəziyyət belə heç kəsi narahat etmir. Bütün bunlara görə, hətta bazarın icraçı direktoru Mirdamət Cəfərovun xətrinə dəyən də yoxdur. Əlaqədar hökumət qurumları tərəfindən, hər an bazarda gözlənə biləcək təhlükələrin qarşısının alınmasına göstərişlərin verilməməsi, onların, antisanitar durum ucbatından əhali arasında yayıla biləcək müxtəlif yoluxucu xəstəliklərin qarşısını almaq səlahiyyətlərindən istifadə etmək istəməmələri çox düşündürücüdür. Bu səbəbdən, bazardakı antisanitariyanın getdikcə daha da şiddətlənməsi bütün alıcıları olduqca narahat etməkdədir.
Doğrudan da, İsmayıllı şəhər bazarındakı hazırkı vəziyyət dözülməzdir. Səhər tezdən burada sanitariya və baytarlıq məntəqələri açıq olmur deyə, yoxlamalar aparılmır. Bazarda yalançı ekspertizalar keçirmək, pullar yığmaq və yalandan möhür vurub, sənədlər vermək, sanki məşğuliyyətə çevrilib. Bütün alver malları ekspertizadan keçirilmədən satılır. Necə deyərlər, burada aləmin qarışması ucbatından zibilliyi xatırladan, məişət tullantıları ilə dop-dolu olan bazarətrafı ərazilər də heç kəsi maraqlandırmır. Güclü küləklər müşayiət olunanda, buradakı tillantılar daha böyük ərazilərə yayılır. Müştərilərin əksəriyyəti hər addımda rastlaşdıqları bu halın insan həyatı üçün təhlükəli olduğundan gileylidirlər. Maraqlısı budur ki, antisanitariyanın baş alıb getməsinə, məhsulların natəmiz şəraitdə satılmasına baxmayaraq, burada alıcı sıxlığı kifayət qədər olur. Bazardakı ürəkbulandıran durumun əksi olan və bu yazı ilə birgə dəyərli oxucularımıza təqdim etdiyimiz foto-faktlar da, yerə qoyularaq, satılan malların insan həyatı üçün təhlükə mənbəyi olduğunun daha bir sübutudur. Bu yerdə onu qeyd etməyi lazım bilirik ki, çoxdandır, bazarın iki addımlığında yerləşən qəbristanlıq ərzisində də, antisanitariya şəraitində fəaliyyət göstərən qanunsuz küçə ticarətinə imkan yaradılıb. Meyvə-tərəvəzlə bərabər, geyim əşyalarından tutmuş, elektrik və isitmə avadanlıqlarına ev əşya və quşlarına qədər hər şeyin satıldığı və alverçilərlə dolu olan hər iki yerin durumları bir-birindən fərqlənmir. Bu ərazilər vaxtında süpürülərək, təmizlənmədiyindən, ətrafa yayılan məişət tullantıları atılmadığından bazar ətrafında tez-tez xoşagəlməz qoxulu hava axını müşahidə olunur.

Qida Təhlükəsizliyi Agentliyi də, İsmayıllı şəhər bazarındakı acınacaqlı durumla maraqlanmaq istəmir -- İTTİHAM


Zibilliyə qərq olan şəhər bazarının içinə də, çölünə də sabiq başçının adamları nəzarət edir. İçəridə yer haqqı baha qiymətə olduğundan, alverçilər küçələrə axışır. Lakin gündə külli miqdarda "yer haqqı" yığmaq sabiq başçının adamları üçün çətin olmur. Di gəl ki, bazarın ərazisini vaxtında zibildən təmizləmək, satıcılar üçün normal şərait yaratmaq onları maraqlandırmır. Aidiyyatı qurumlar, rayon rəhbərliyi, xüsusilə də, ticarət obyektlərində gigiyenik sağlamlığa nəzarət edən rayon Epidemologiya və Gigiyena Mərkəzinin əməkdaşları, bir dəfə də olsun, gəlib, bu yerlərin sanitar təmizliyi ilə maraqlanmırlar. Satılan ev quşlarının sağlam olub-olmaması da, onlar üçün maraqlı deyil. Qida təhlükəsizliyinə nəzarət edən qurum rəhbərliyi belə bu kritik durumla maraqlanmaq istəmir, hər şeyə göz yumaraq, yerində fəaliyyətsiz oturur. Sanki bu vacib məsələlərin onlara aidiyyatı yoxdur və yaxud, elə bil, belə iyrənc alverlə qazanmağa adət edən sabiq başçının adamlarının əlləri onlara da çatır.
"Görünən odur ki, bazar sahibi və onun əlaltıları özlərini düşmən kimi aparırlar. Hamı, elə, belə də deyir ki, anası erməni olan bazar sahibindən bundan artıq heç nə gözləmək olmaz. Çünki bu bazardan yığılan külli miqdarda puldan ermənilər üçün də ayrılır. Bazara himayədarlıq edən rayon polis şöbəsinin rəis müavini Şahin Əhmədovun nənəsinin erməni olması da, hər kəsə olmazın narahatlıqlar gətirir. Onu da qeyd edək ki, adını çəkdiyimiz rəis müavini, həm də sabiq başçı Vaqif Rəhimovun bacısı oğludur və burada istədiyini etməkdən də çəkinmir", -- bu sözlər isə, redaksiyamıza bir qrup ismayıllılı adından ünvanlanan şikayət xarakterli müraciətdən götürülüb və onların hədsiz narahatlıqlarının xoş olmayan ən təsirli ifadəsidir. Şikayətçi şəhər sakinləri həmin müraciətlərində xüsusi olaraq onu da vurğulayırlar ki, bu kritik durumun ağrı-acısı həmişə vətəndaşların, xüsusilə, əhalinin aztəminatlı hissəsinin "başında çatlayır": "Daha, İsmayıllı şəhər bazarında lap çoxdan yaranmış dözülməz vəziyyətin rayonun aidiyyatı dövlət qurumlarını tezliklə hərəkətə gətirəcəyinə, onların bazarın acınacaqlı sanitar durumuyla təcili maraqlanıb, çözülməz görünən digər problemlərinin də öz həllini tapması üçün, ciddi göstərişlər verəcəyinə, zərrə qədər də olsa, ümidimiz qalmayıb!..".

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Antisanitariya yuvasına çevrilən İsmayıllı bazarı sabiq başçı Vaqif Rəhimoun adamlarının əsarətindən qurtula bilmir – İTTİHAM

    Antisanitariya yuvasına çevrilən İsmayıllı bazarı ...

    23-09-2019, 15:39

  • 
  • Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib

    Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib ...

    8-08-2018, 14:13

  • 
  • Mariupol ətrafındakı durumla bağlı ziddiyyətli məlumatlar gəlir

    Mariupol ətrafındakı durumla bağlı ziddiyyətli ...

    5-09-2014, 11:29

  • 
  • “Cəmiyyət aksiyaya dəstək vermədi”

    “Cəmiyyət aksiyaya dəstək vermədi” ...

    16-03-2015, 18:44

  • 
  • ​Bakıda qaymağın son istifadə tarixi hər kəsi təəccübləndirdi - FOTO

    ​Bakıda qaymağın son istifadə tarixi hər kəsi ...

    14-01-2019, 15:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (142)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu