GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Adil Vəliyevin yola salınmasına az qalıb... - İDDİA

Adil Vəliyevin yola salınmasına az qalıb... - İDDİA

Tarix: 17-10-2019, 11:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 506
Adil Vəliyevin yola salınmasına az qalıb... - İDDİA


Bildiyimiz kimi, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyeva bu il iki dəfə — mayın 21-də və sentyabr ayının 13-də paytaxtın Sabunçu rayonunun 6 min nəfər əhalinin yaşadığı Kürdəxanı qəsəbəsində olub. Hər iki hadisə barədə KİV məlumat verib.

Gundemxeber.Az bildirir ki, Mehriban xanım birinci səfərində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəlib və məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib. Məlumatda bildirilirdi ki, mayın 21-də Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq olublar. Qeyd olunurdu ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci Vitse-Prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər: «Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirdi ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci Vitse-Prezidentinə minnətdarlıq ediblər. Sonda Telman Əliyevin ailəsinin adından Mehriban Əliyevaya hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib». Məsələnin pərdəarxası, amma Kürdəxanı qəsəbəsində uşaqdan-böyüyə az qala hamının bildiyi tərəfi bundan ibarətdir ki, Kürdəxanı sakini Telman Əliyevin ailəsinin üzvü olan ağbirçək ana Mir Mövsüm Ağa ziarətgahında olarkən, Mehriban Əliyevanın orada olduğunu bilcək, birinci xanıma yaxınlaşmaq üçün cəhd edib. Mühafizə xidməti məlum səbəbdən əvvəlcə ona mane olmağa çalışıb. Lakin, bu zaman yaranan səs-küy vitse-prezidentin diqqətini çəkdiyindən, onun razılığı ilə görüşləri baş tutub. Deyilənə görə, ağbirçək ana Sabunçu RİH başçısı Adil Vəliyevin rayonda və qəsəbədə satmadığı torpaq qalmadığını, Kürdəxanıda yolların və məktəbin vəziyyətinin qeyri-qənaətbəxş olduğunu deyib və şahid olması üçün öz evinə qonaq çağırıb. Bu üzdən Birinci vitse-Prezidentin Kürdəxanıya birinci səfəri qəfil baş tutduğundan, rayon rəhbərliyi üçün bir növ gözlənilməz olub. Bununla belə, mayın 21-də hadisə barədə qəsəbə icra nümayəndəsindən xəbər tutan Adil Vəliyev başının dəstəsi ilə birlikdə təngnəfəs özünü Kürdəxanıya — Tofiqgilə çatdırıb. Birinci Vitse-Prezidentdən qəsəbədaxili yolları asfaltlamaq, qəsəbədə park inşa etmək tapşırığı alan Adil Vəliyev dərhal üzərinə götürdüyü işlərin icrasına başlayıb. Sentyabrın 13-də Mehriban Əliyeva Kürdəxanıya ikinci dəfə səfər edəndə rayon rəhbəri onu yeni salınmış parkla tanış edib. Amma asfalt döşəndiyi barədə məruzə etdiyi qəsəbədaxili yolların heç də hamısını göstərməyib. Çünki, vitse-prezidentin bu tapşırığı tam yerinə yetirilməyibmiş. Asfalt döşənməmiş küçələrdəki evlərdə yaşayan təxminən 50 nəfərlik bir qrup sakin isə üz tutub Rayon İcra Hakimiyyətinə. Onlara deyiblər ki, bu işlə RİH məşğul olmur. Hətta deyilənə görə, İH-nin mənsublarından kimsə onlara məsləhət görüb ki, diqqəti çəkmək üçün yolu bağlasınlar. Sakinlərin verdikləri məlumatın izi ilə həmin vaxt Sabunçu RİH-nə yollanan çəkiliş qrupumuza rəsmi reportaj aparmağa icazə verilməsə də, əməkdaşlarımız bəzi məqamları video-qeydə ala biliblər. RİH-nin şöbə müdirlərindən biri camaatı sakitləşdirib, başçını məlumatlandıracağını, onların istəklərini çatdıracağını, bu barədə «Azəravtoyol» Dövlət Agentliyinə RİH başçısının adından məktub yazılmasına nail olacağını vəd edib. Lakin, sakinlər israr edirmişlər ki, başçı onların istəklərini ifadə edən məktubu öz adından məhz Prezidentə ünvanlasın. Məlum olub ki, Kürdəxanı sakinləri «Azəravtoyol» Dövlət Agentliində də olublar. Agentlik sədrinin müavinlərindən biri onlara deyib ki, Sabunçu İcra Hakimiyyətinin məktubu yetərli deyil, Agentliyin qəsəbədaxili yollarda işi davam etdirməsi üçün gərək ölkə başçısının göstərişi olsun. İndi iki qurum arasında naçar qalan sakinlər bu qənaətdədirlər ki, yəqin, dava pul davasıdır, RİH də, Agentlik də bu təyinat üzrə əlavə maliyyə vəsaiti ayrılmasına nail olmaq istəyirlər, ona görə də məsuliyyəti bir-birinin üzərinə atırlar. Xatırladaq ki, Sabunçu RİH-nin başçısı Adil Vəliyevin ümumən rayonda və Kürdəxanı qəsəbəsi ərazisində torpaq sahələrini sot-ba-sot satması barədə indiyədək çox deyilib, çox yazılıb. «Dəryaz» qəzeti icra başçısının hətta sözügedən qəsəbədə yerləşən hərbi hissəyə aid ərazinin də satılaraq obyektaltı istifadəyə verilməsinə göz yumduğu barədə məqalələr dərc etmişdir. Ola bilsin, Birinci Vitse-Prezidentin qəsəbə sakinləri ilə məhrəm görüşündə ona bu barədə də məlumat verilmişdir. Əgər belədirsə, hesab etmək olar ki, Adil Vəliyevin icra başçısı kimi karyerasının sonuna sayılı günlər qalır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehriban Əliyeva bu dəfə gəncəlilərdən yazdı - "Unudulmaz təəssüratlarla ayrıldım!"

    Mehriban Əliyeva bu dəfə gəncəlilərdən yazdı - ...

    15-02-2019, 10:37

  • 
  • Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Azərbaycanın Birinci ...

    7-03-2019, 14:28

  • 
  • Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Rusiya Prezidenti Azərbaycanın Birinci ...

    7-03-2017, 19:56

  • 
  • Azərbaycanın Birinci vitse-prezidenti Fransaya səfərə gedib

    Azərbaycanın Birinci vitse-prezidenti Fransaya ...

    11-03-2019, 16:39

  • 
  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fərid Qayıbovu UEG-in prezidenti seçilməsi münasibəti ilə təbrik edib

    Prezident İlham Əliyev və Birinci vitse-prezident ...

    3-12-2017, 23:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu