GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bank adı altında SOYĞUNÇULUQ - “Finoko” BOKT-un rəhbərliyi bir ailəni evsiz qoydu

Bank adı altında SOYĞUNÇULUQ - “Finoko” BOKT-un rəhbərliyi bir ailəni evsiz qoydu

Tarix: 24-10-2019, 14:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 667
Bank adı altında SOYĞUNÇULUQ - “Finoko” BOKT-un rəhbərliyi bir ailəni evsiz qoydu


Şikayətçi Etbar Musayev: “100 min manatlıq evimi əlimdən alıblar”

Bankların, bank olmayan kredit təşkilatlarının vətəndaşların başlarına gətirdiyi oyunlar hər zaman mətbuatda yer alır. “Finoko” BOKT ASC də (bank olmayan kredit təşkilatı) bunların sırasındadır.

Belə ki, Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov ev 3, mənzil 27-nin sahibi Musayev Etbar Adil oğlunun “Hürriyyət”ə dediyinə görə, 2015-ci ildə “Finoko” BOKT ASC-dən 35 min dollar pul götürüblər: “Hansı ki, o pula görə, bizdən 5 min dollar özləri “şapka” götürdü. 3 aydan sonra dollar qalxmağa başladı. Bizi pulu götürəndə dollar 1.05 qəpik idi, sonra 1.50 qəpik oldu, ondan sonra isə 1.70-ə qədər gəlib çıxdı.

Bu müddətdə biz ayda 1100 dollar ödəməliydik. 2 ay 1100 dollar ödədik, 3-cü ayda, dollar qalxandan sonra ayda 800-900 dollar ödədik. Onlar da bizim xəbərimiz olmadan pulunu hamısını faizə siliblər. Faizə sildikləri halda, sonra bizə dedilər ki, “sizin orada faiziniz yığılıb, pullarınız da faizə gedir, gəlin, sizin üçün başqa yerdən 5 min manat da kredit açaq və gedək 3 min dollara sizin faizlərinizi bağlayaq”. Biz yenə razılaşdıq, 5 min manat çıxartdıq. Oradan da 400 manat özlərinə götürdülər. Təzədən o pulu da aparıb “Gunay Bank”da dollara çevirdilər və bizim addımıza atdılar. Sonradan məlum oldu ki, o 3 min dollar da orada yoxdur, o da faizə silinib.

Bütün qəbzlərin hamısı əlimizdə var. Deməli, bizə 10 min dollara yaxın pul ödətdilər, hansı ki, hamısını faizə silmişdilər”.

“Mənim 70 min manat borcum qalmışdı”

E. Musayev qeyd etdi ki, bundan sonra iş Nəsimi Rayon Məhkəməsinə getdi: “Buradan isə iş Apellyasiya Məhkəməsinə getdi. Apellyasiya Məhkəməsi qərar verdi ki, sizin ev hərraca çıxmalıdır. Artıq mənim bir şansım var idi ki, Ali Məhkəməyə verim və hərracdan şikayət edim. Bu halda mənə “Finoko” BOKT-un müdiri Turan İsmayılov zəng vurdu, dedi ki, gəl səninlə işim var. Mənim Apellyasiya Məhkəməsindən sonra Ali Məhkəməyə şikayət etmək üçün 2 ay vaxtım var idi. Getdim, onunla danışdım. Mənə dedi ki, “sən neynirsən gedib Ali Məhkəməyə verirsən, gəl imkanın nəyə çatır, aylıq ödə”. Dedi, imkanın nəyə çatır? Dedim, 600 manata. Dedi, “heç belə vecinə də alma, get yaşa, körpə uşağın var, görürəm anan da 74 yaşlı qadındır, mən kişiliyimə sığışdırıb, onları küçəyə tullayan deyiləm”. Kişi kimi əlimizi sıxdıq, mən getdim. Hər ay 600 manatı ödəməyə başladım. Bütün qəbzlərim də var. Bir neçə ay ödəyəndən sonra mənə hərracdan məktub gəldi. Mən də ona dedim ki, ay qardaş, axı, mənim evimi hərraca çıxarıblar. Dedi, “narahat olma. Mən sənə dedim, ödə. Sənin nə işinə qalıb. Onsuz da ev mənə qalacaq. Mən də səni çıxardan deyiləm”.

14 ay ödəyəndən sonra, axırıncını ayın 29-da ödədim, üstündən 3 gün keçdi icranın nümayəndəsi gəldi ki, evdən çıx, bank deyir, sən evdən çıxmalısan. Turanın özünə zəng vurdum, nə üzə çıxdı, nə də telefona cavab verdi. Ancaq öz nümayəndələrini göndərdi.

14 ayın içində 8400 manat pul ödəmişdim. Onu da mənimsədi, dedi yoxdur, faizə silinib. Bizi evdən çıxarandan sonra, gedib bütün qonşuların qapılarını döydülər ki, evi 98 minə satırıq. Hansı ki, məhkəmənin qərarı ilə mənim bunlara 78 min borcum var idi. Mən 8 mini də ödədiyim üçün 70 min manat borcum qalmışdı. Mən bunların nümayəndəsinə deyəndə ki, mənim 70 min manat borcum qalıb, dedilər, “yox, nə danışırsan, orada faizlər yığılıb”. Dedim ki, axı, məhkəmənin qərarı var. Dedi, “yox, bu bizim öz faizlərimizdir. Sən bizə təzədən 90 mindən çox pul verməlisən ki, evi əldə edəsən. İndi evi özləri 98 minə satışa çıxarıblar”.

““Finoko” BOKT-un səhmlərinin 50%-i Əliyev Elçin Rəşid oğluna, 50 %-i isə Əliyev Elmar Rəşid oğluna məxsusdur”

E.Musayev nəzərə çatdırdı ki, “Finoko” BOKT-un əsas sahubu Əliyev Elçin Rəşid oğludur: “Adını professor qoyub, guya ki, Bakı Dövlət Universitetinin müəllimdir, ancaq camaatın ailəsini küçəyə atır. Haram pullarla bunlar neynəmək istəyirlər, başa düşə bilmirəm. “Finoko” BOKT-un səhmlərinin 50%-i Əliyev Elçin Rəşid oğluna, 50% isə Əliyev Elmar Rəşid oğluna məxsusdur. İki qardaşdırlar. İsmayılov Turan Mübariz oğlu isə “Finoko” BOKT ASC-nin direktorudur.

Turana dedim ki, mənim evimi ver özüm satım, gətirim sənin pulunu ödəyim. Cavab verdi ki, “evi niyə satırsan, pulunu ödəyirsən, get yaşa. Pulunu ödəyəndən sonra ev yenə səninkidir”. Onu da satmağa qoymadı”.

“Bundan sonra Apellyasiya Məhkəməsinə, onda sonra isə Ali Məhkəməyə müraciət edəcəm”

E. Musayev məsələ ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciət etdiyini diqqətə çatdırdı: “Məhkəmə evə həbs qoyub. Mən bundan sonra Apellyasiya Məhkəməsinə, onda sonra isə Ali Məhkəməyə müraciət edəcəyəm. Ancaq məhkəməyə vermək o demək deyil ki, bunlar mənim evimi qaytaracaq. Evimi alandan heç mənə bankdan arayış da vermirlər ki, sən təmizsən, borcun yoxdur. Deyir, evini alandan sonra, hələ səni borclu da çıxaracam. Axı, sən kimsən, mənə 30 min manat pul vermisən, özümü də körpə uşaqla, qoca anamla küçəyə atmısan?”

“Azərbaycan məhkəmələri ədalətli qərar çıxarmasa, Avropa Məhkəməsinə müraciət edəcəyəm”

“Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, Ədliyə naziri Fikrət Məmmədova da müraciət etmişik. Hələ ki, heç bir yerdən cavab yoxdur. Məndən 30 min pula görə, 10 min dollar bir, 8 min 400 manat bir, 100 min manatlıq da evimi alıblar. Elə belə edirlər ki, camaat da küçəyə çıxır, narazılıq edir, qışqırır. Biləsiniz ki, bizim kimi dəldəuzluqla üzləşən nə qədər adam var. Eləsi var ki, abır-həyadan səsini çıxarmır. Mən evdən sakitcə çıxdım. Dedim, qonşuların içində məni biabır eləməyin, 44 ildir mən burada yaşayıram, polisi bura hara tökürsən.

İndi məni evdən qeydiyyatdan çıxartmaq istəyirlər. Onu saxlatdırmışam. Mənə deyir ki, get polisə qeydiyyata düş. Mən 44 ildir yaşadığım evdən qeydiyyatdan çıxaramsa, gərək, onda dövlətimdən imtina edəm, gedəm. Mən ailəmlə küçədə qalmışam, neyləməliyəm? Əgər haqsızamsa, desinlər, haqsızsan. Bunlar yeyirlər-yeyirlər gözləri doymur.

Evimi əlimdən aldıqları üçün Prezident Administrasiyasına da getdim. Məni qəbul edən adam dedi, “məhkəməyə ver, əgər məhkəmə sənə qarşı düzgün qərar çıxartmasa, onda gəl bizə şikayət elə ki, məhkəmə düzgün qərar çıxartmayıb”. Məhkəmədə məni yenə yola salacaqlar, çıxıb gedəcəm. Çünki professor Rəşid kiminsə adamıdır. Ona görə də bunlar arxayındırlar, deyir, “get, kimə istəyirsən, şikayət elə”. Demək olar ki, reketlik edirlər. Get pulu olandan al da, kasıbı niyə yıxıb, sürüyürsən? Əgər Azərbaycan məhkəmələri ədaləti qərar çıxarmasalar, Avropa Məhkəməsinə müraciət edəcəyəm. Hələ Nərimanov rayon Məhkəməsində proses təzə başlayıb, lazım olsa, mərhələ-mərhələ Avropa Məhkəməsinə qədər gedəcəyəm. Onlar mənim kimi çox insanlara zülm ediblər, hamısından da “şapka” alıblar. Atam xəstə idi deyə, mən o qədər pulu götürdüm, yoxsa mən dəli deyildim ki, o qədər dollarla pul götürürdüm”,- deyə şikayətçi əlavə etdi.

“Bunların könlündən keçir ki, üstəlik 40-50 min yenə qazansınlar”

E.Musayevin sözlərinə görə, özləri də hərracda evi 49 min manat alıb, 98 minə satışa qoyublar: “Deməli, bunların könlündən keçir ki, hər tərəfdən bu qədər pulu mən ödəyəndən sonra üstəlik 40-50 min yenə də qazansınlar, camaat da bədbəxt olub, küçələrdə qalsın. Sonra o çörəyi yeyib aparıb, ailələrinə yedizdirirlər ki, bala ye, bu, halal puldur”.

“Cənab prezident, çox xahiş edirəm, mənə kömək edəsiniz”

Sonda E.Musayev “Hürriyyət” vasitəsilə prezident İlham Əliyevə müraciət etdi: “Cənab prezident, çox xahiş edirəm, mənə kömək edəsiniz. “Finoko” BOKT-un direktoru Turan İsmayılov, onu himayə edən “Sinam LTD”-nin prezidenti Elçin Əliyev cammatı dələduzluq yolu ilə talan edirlər. Camaata pul verib, sonra da evini əlindən alıb, bayıra atırlar. Mənə verdikləri pulun dəyəri 30 min manat olub. Mən bunlara 10 min dollar bir, 8 min 400 manat bir ödəmişəm, üstəlik 100 min manatlıq evimi əlimdən alıblar. Mən pulu ödədiyim halda, məhkəmə vasitəsilə məni evdən bayıra çıxarıb, atdılar.

Cənab prezident!

Çox xahiş edirəm, mənə kömək edəsiniz. Uşaqlar, ailəm, anam küçədə qalıb. Bu “Finoko” BOKT məhz Sizə qarşı işləyir ki, camaatı narazı salsınlar”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan BOKT-unun təsisçisi dəyişib

    Azərbaycan BOKT-unun təsisçisi dəyişib ...

    22-12-2018, 11:46

  • 
  • Mərkəzi Bank məzənnə dəyişikliyi etdi, dollar ucuzlaşdı - CƏDVƏL

    Mərkəzi Bank məzənnə dəyişikliyi etdi, dollar ...

    9-03-2015, 14:22

  • 
  • Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi

    Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi ...

    4-09-2015, 17:28

  • 
  • Ayda 5875 dollar qazanmaq istəyirsiz? - Ən çox maaş verilən ölkələrin SİYAHISI

    Ayda 5875 dollar qazanmaq istəyirsiz? - Ən çox ...

    23-07-2017, 14:52

  • 
  • Ayda 40 milyon dollar qazanır

    Ayda 40 milyon dollar qazanır ...

    30-09-2019, 13:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu