GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » RÜFƏT ASLANLININ BANKINDA 10 MİLYONLUQ AZALMA – Müştərilər “Bank Avrasiya”dan niyə qaçır?

RÜFƏT ASLANLININ BANKINDA 10 MİLYONLUQ AZALMA – Müştərilər “Bank Avrasiya”dan niyə qaçır?

Tarix: 31-10-2019, 15:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 4 527
RÜFƏT ASLANLININ BANKINDA 10 MİLYONLUQ AZALMA – Müştərilər “Bank Avrasiya”dan niyə qaçır?


Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq və qalmaqallı sədri Rüfət Aslanlının bankı kimi tanınan “Bank Avrasiya” ASC-nin cari ilin 3-cü rübünün nəticələrini əks etdirən hesabatı göstərir ki, bankın bir sıra göstəricilər üzrə geriləməsi davam edir. Bu proses artıq 2 ilə yaxındır ki, müşahidə olunur.

Məsələn, istənilən bankın biznes fəaliyyətinin əsas meyarlarından biri olan əməliyyat mənfəəti “Bank Avrasiya”da 700 min manata yaxın, dəqiq desək, 689 min manat azalaraq, 8 milyon 409 min manata enib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faizə yaxın azalma deməkdir. Faiz gəlirinin azalması isə birbaşa olaraq, müştərilərə verilən kreditlərin azalması ilə əlaqədardır. Bunun da nəticəsi olaraq, 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın cəmi gəlirləri yarım milyon manata yaxın, daha dəqiq desək, 449 min manat azalaraq 9 milyon 651 min manat təşkil edib. Bank ötən ilin 9 ayında 10 milyon 100 min manat cəmi gəlir əldə etmişdi.

Cəmi gəlirlərin 449 min manat azalması ilə bərabər cəmi xərclərin 28 min manat azalması nəticəsində “Bank Avrasiya”nın əməliyyat mənfəəti 421 min manat azalaraq 4 milyon 226 min manata düşüb.

2019-cu ilin ilk 9 ayında mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan 1 milyon 699 min manat daxil olub və məhz bunun sayəsində “Bank Avrasiya”nın mənfəəti 5 milyon 926 min manata yüksəlib. Gundemxeber.az azpolitika.info-ya istinadən bildirir ki, bankın 30 Sentyabr tarixinə 164 milyon 387 min manat cəmi aktivləri olub və aktivlərin 90 milyon 39 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin eyni tarixində bankın cəmi aktivləri 164 milyon 765 min manat, o cümlədən müştərilərə verilən kreditlər 92 milyon 547 min manat təşkil etmişdi. Deməli, bankın cəmi aktivləri 378 min manat, kredit portfeli isə 2 milyon 509 min manat və ya 2.7% azalıb.

Bu yerdə bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, “Bank Avrasiya” hesabat dövrü ərzində biznes kreditlərini azaltdığı halda, istehlak kreditlərini kəskin şəkildə artırıb. Bank öz kredit portfelinin 59 milyon 794 min manatını biznesə ayırıb ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9 milyon 640 min manat və ya 14 % azdır. Əvəzində bank bu ilin 9 ayında 5 milyon 148 min manat istehlak krediti verib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 664 min manat və ya az qala 50% çoxdur. Xatırladaq ki, ölkə başçısı son iqtisadi müşavirədə bu məsələyə toxunaraq, bankların istehlak kreditlərinə üstünlük verməsini tənqid etmişdi. Göründüyü kimi, “Bank Avrasiya” da bu “prosesdə” fəal iştirak edən banklardandır.

Həmçinin bank ötən illə müqayisədə daşınmaz əmlak kreditlərini də artırıb. Belə ki, bank bu il 25 milyon 097 min manat daşınmaz əmlak krediti verib ki, bu da ötən illə müqayisədə 5 milyon 466 min manat və ya 27,88% çoxdur.

Lakin bütün bunlarla yanaşı, bankın real durumunu və perspektivini müəyyən edən əsas göstəricilərdən birində – depozitlərin həcmində ciddi geriləmə var. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə “Bank Avrasiya”da depozitlər 6 milyon 808 min manat və ya 13 faizə yaxın azalaraq, 46 milyon 888 min manat təşkil edib. Fiziki şəxslərin depozitləri isə əsl antirekord vuraraq, 10 milyon 460 min manat azalıb. Və nəticədə cəmi 37 milyon 974 min manat təşkil edib.

Bu nəticə onu göstərir ki, xüsusilə fiziki şəxslərin, yəni əhalinin banka münasibəti heç də ürəkaçan deyil və insanlar depozitlərini götürməyə başlayıblar. Bu məbləğin 10 milyon manatı aşması isə prosesin kifayət qədər kütləvi hal aldığına işarədir.

Bununla yanaşı qeyd edək ki, Azərbaycanda əsasən korporativ yönümlü bankların sırasında olan “Bank Avrasiya” bir müddət əvvəl fiziki şəxslər üçün depozit faizlərini həm manatda həm də ABŞ dollarında faiz dərəcələrini endirməli olub. Belə ki, bank bazarda 3 depozit məhsulu ilə çıxış edir və hər üç məhsulda ciddi azalmaya gedərək, depozit faizlərini aşağı salıb. Məsələn, “Yığım” depozitinin illik faiz dərəcəsini manatla 7% -dən 5% -ə, “Rahat” depozit məhsulunun isə illik faiz dərəcəsini milli valyutada 6%-dən 4%-ə, dollar depozitlərini isə 2 %-ədək endirməli olub. Təbii ki, bu da bankın çətinliklərindən xəbər verir və bankdan əmanətlərin çəkilməsinə təsirsiz ötüşməyib. Lakin qeyd edək ki, depozit faizlərinin azaldılması bir çox digər banklarda da həyata keçirilməsinə baxmayaraq, onların əksəriyyətində əmanətlərin belə kəskin şəkildə azalması müşahidə olunmayıb.

Onu da vurğulamağa dəyər ki, adətən ölkə bankları rəsmi hesabatlarda real durumlarını yaxşı göstərməyə çalışırlar və çox zaman hesabatlarda göstərilən rəqəmlərlə reallıq heç də üst-üstə düşmür.

Qeyd edək ki, rəsmən “Bank Avrasiya”nın Müşahidə Şurasının sədri Fuad Aslanlı Rüfət Aslanlının qardaşıdır və bu bankın maliyyə göstəricilərində geriləmələr, kiçilmələr məhz R.Aslanlı 2016-cı ildə vəzifəsindən azad ediləndən sonra müşahidə olunub. Bu fakt Azərbaycanın bank sisteminin ən böyük “özəlliklərindən” birini bir daha ortaya qoyur – ölkə banklarının taleyi onların məmur sahiblərinin taleyinə çox sıx şəkildə bağlıdır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ASLANLININ BANKI “BOĞULUR”…- Verdiyi kreditlərin böyük hissəsini yığa bilmir

    ASLANLININ BANKI “BOĞULUR”…- Verdiyi kreditlərin ...

    5-09-2019, 14:11

  • 
  • "Ziraat Bank Azərbaycan" BAĞLANA BİLƏR... - Müştərilər pullarını geri çəkir

    "Ziraat Bank Azərbaycan" BAĞLANA ...

    29-04-2019, 15:32

  • 
  • "Günay Bank"a olan güvən günbəgün azalır - HESABAT

    "Günay Bank"a olan güvən günbəgün ...

    12-10-2018, 10:29

  • 
  • "AG Bank"hesabatını gizlədir...

    "AG Bank"hesabatını gizlədir... ...

    7-11-2018, 16:24

  • 
  • Azərbaycanda problemli kreditlər – 1 milyard

    Azərbaycanda problemli kreditlər – 1 milyard ...

    4-11-2014, 12:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (378)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu