GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məhbus həbsxanada ölümlə çarpışır

Məhbus həbsxanada ölümlə çarpışır

Tarix: 12-11-2019, 11:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 400
Məhbus həbsxanada ölümlə çarpışır


Gəncə məhbusu Elvin Nəzərovun səhhətində çox ciddi problemlər yaranıb. GundemXeber.Az çoxsaylı oxucularına bildirir ki, bu barədə vetenugrunda.az-a onun xanımı Şəbnəm Nəzərova məlumat verərək bildirib:

"Elvin hər gün qusur, şiddətli baş ağrılarından bayılmaq həddinə çatır. Belə olanda ona sadəcə ağrıkəsici verirlər.
Dəfələrlə rəhbərliyə müraciət etsə də onun müayinəsini təşkil etmirlər. Əslində Elvin MRT (Maqnit rezonans tomoqrafiyası) müayinəsindən keçməlidir. Ən azından bu vəziyyəti yaxşılaşana qədər Müalicə Müəssisəinə köçürülməlidir".

Şəbnəm Nəzərova 2 saylı Cəzaçəkmə müəssisəsində saxlanan həyat yoldaşının görmə qabiliyyətinin zəiflədiyini bildirib: "Sağ gözündə görmə qabiliyyəti zəifləyib. Demək olar ki, görmür. Heç bir soyuqlaması olmadığı halda tez-tez qusur. Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb. O, bütün bunların o işgəncələrin təsirindən yarandığını deyir".

Tətil günü olduğu üçün Pentensiar Xidmətlə əlaqə saxlamaq imkanımız olmadı.
Qeyd edək ki, vetenugrunda.az məhkəmə prosesi zamanı məktub ünvanlayan Elvin Nəzərov ona verilən işgəncə faktlarına da toxunmuşdu: "Məni şöbəyə gətirdikləri andan döyməyə başladılar. İlk dəfə döyməyə başlayanda qollarımı qandalladılar, gözümə də qara dəsmal bağladılar ki, döyənlərin üzünü görməyim. Ağzımı "skoçla" bağlamaq istəyəndə dedim ki, burnumdan nəfəs ala bilmirəm, ancaq ağzımdan nəfəs alıram. Əgər ağzımı da bağlasanız boğulub öləcəm. Mən qışqırmayacam, səsimi çıxarmayacam, dözəcəm ağzımı bağlamayın.
Birinci gün qollarımı qandallayıb, ayaqlarımın altına dubinka ilə var gücləri ilə döydülər. Böyrəklərim və ciyərlərim dağılsın deyə, dubinkanı o qədər möhkəm vururdular ki, huşumu itirirdim. Sonrakı günlərdə də hər gün səhərdən-axşama qədər məni döyürdülər. Huşumu itirəndə su tökürdülər üstümə, ayılırdım və yenidən döyürdülər.
Bir gün məni rütbəli birinin otağına apardılar. O, özünü təqdim etmədi və kobudluqla soruşdu ki sənin uşağın var. Məndə dedim ki, bəli, var. Mənə "sən nəsənki, sənin uşağın da nə olsun" deyəndə, ona layiq olduğu cavabı verdim. O, çox qəzəbləndi, yanındakılara "aparın bunu, ölüncə döyün, o kimdi axı mənə cavab qaytarmağa cəsarət edir" dedi. Bu olaydan sonra məni daha dəhşətli döyürdülər. Yorulanda isə pol ağacının sapı ilə döyürdülər. Hər yerimə vururudlar. Bütün bədənim qanın içində və gömgöy idi.
Bir dəfə iri əlləri olan adamdöyənlər qulağımın pərdəsini partlatmaq üçün var qüvvələri ilə başıma və qulağıma zərbələr endirirdilər. Ağzım burnum qanla dolmuşdu. Qulağımın pərdəsinin hələ də partlamadığını görəndə iri kitabları götürüb başıma və qulaqlarıma yenidən zərbələr endirdilər. Mən huşumu itirdim, su töküb ayıltdılar və yenidən döyməyə başladılar.
Bu zaman adamdöyənlərdən bir nəfər dedi k, mən daha yaxşı "metod" bilirəm. Bu "metodla" döysək, o, huşunu itirəcək, biz də belə yorulub, əldən düşməyəcəyik. Beləliklə, boğazımın altındakı, sinə sümüyünün yuxarı hissəsindəki yerlərə vurmağa başladılar. Bu çox dəhşətli ağrı verirdi və mən bayılırdım.
Sonra qollarımı arxadan qandallayıb çox iriçəkili bir nəfəri belimin üstündə oturdub məni dəhşətli şəkildə döyməyə başladılar. Alışqanı yandırıb belimə tuturdular və saxlayırdılar. Belim yandıqca ağrının şiddətindən bayılırdım.
O qədər döydülər ki, bütün bədənim göyərmişdi, mən qan içində idim, ağrıdan ayaqüstə dayana bilmirdim, oturmağa da qoymurdular. Kimsə dedi ki, bu adamı niyə ayaq üstə saxlamısız, qoyun otursun. Oturmaq istəyəndə otura bilmədim. Ayaqlarımın altına dubinka ilə o qədər döymüşdülər ki, ayağımı yerə basa və ayaqqabı geyinə bilmirdim.
Hər gün səhərdən-axşama qədər dayanmadan döyürdülər. Başımı iki nəfər möhkəm tuturdu, başımı tərpədə bilmirdim, digərləri üzümün tüklərini bir-bir dartıb çıxarırdı.
Məni yerə uzadıb 5-6 nəfər başıma təpiklə döyürdülər. 7 ay keçməsinə baxmayaraq, hələ də üzümdə o təpikləmənin izi qalıb.
Bir dəfə xahş etdm ki, qollarımı açın namazımı qılım, icazə vermədilər".
Elvin Nəzərova işgəncə verənlər ondan etmədiyi əməlləri haqqında ifadə verməsini tələb ediblər.
Ona Nizami polis İdarəsində və Kəpəz Polis İdarəsində işgəncə verilib. 2018-ci il 11 iyulda həbs edilən Elvin Nəzərova 9 gün ağlasığmaz işgəncə verildiyini və bu 9 günün məhkəmə işinə əlavə edilmədiyini bildirib.
Bu məhkəmədə 7 il həbs cəzası verilən digər Mingəçevir sakini Elvin Allahverdyev də Elvin Nəzərovla birgə saxalnıb. Elvin Nəzərov və Elvin Allahverdiyev dostları Renat Məmmədovun maşını ilə digər dostları, Mingəçevir sakini Vüqar Xudiyevin polis idarəsində saxlandığını eşidib onun yanına yemək gətiriblər. Bu üç dost heç bir səbəb göstərilmədən saxlanıb, telefonları əllərindən alınıb və olmazın işgəncələr verilib ki, onlara təqdim olunan ifadələrə imza atsınlar.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elvin: "Mənim toy qiymətim..."

    Elvin: "Mənim toy qiymətim..." ...

    10-01-2016, 12:45

  • 
  • Ermənistan əsgərlərin müalicəsindən imtina edir

    Ermənistan əsgərlərin müalicəsindən imtina edir ...

    16-08-2017, 17:45

  • 
  • Girovluqdan azad edilən Elvin İbrahimovun vəziyyəti necədir? - Son açıqlama

    Girovluqdan azad edilən Elvin İbrahimovun ...

    4-07-2019, 14:06

  • 
  • Yol üstündə boğaz kəsdi, 14 il iş aldı

    Yol üstündə boğaz kəsdi, 14 il iş aldı ...

    12-04-2015, 23:56

  • 
  • Görmə qabiliyyəti zəif olan gənci hərbi xidmətə apardılar

    Görmə qabiliyyəti zəif olan gənci hərbi xidmətə ...

    29-07-2019, 11:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu