Bu gün prezident İlham Əliyev bəzi rayonların icra hakimiyyətlərinin başçılarının dəyişdirilməsi barədə sərəncamlar imzalayıb.
Prezidentin sərəncamına əsasən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tutduğu vəzifədən azad edilib. O, digər sərəncamla Şirvan rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Şirvan rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov isə Zərdab rayonuna başçı təyin edilib. Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev isə vəzifəsindən azad edilib.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı postu isə hələlik boş qalır.
***
Prezident İlham Əliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz İmran oğlu Əzizovun vəzifəsindən azad edilməsilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət başçısı habelə Milli Məclisin deputatı Elşad Eldar oğlu Həsənovun Yasamal rayon icra hakimiyyətinin başçısı təyin edilməsi haqda sərəncam verib. E.Həsənov Yasamal rayonunu parlamentdə təmsil edirdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?