Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşməsi nəticəsində vəziyyəti ağırlaşıb.
GundemXeber.Az bildirir ki, bu barədə hüquq müdafiəçisinin xanımı Turan.az bildirib. O, İstanbulda “Avrasiya” klinikasında müalicə alan O. Gülalıyevin yanındadır.
İnfeksiyanın mənşəyi, ağ ciyərə necə düşməsi məlum deyil.
“Həkimlər əllərindən gələni edirlər, amma infeksiya barədə bir şey demirlər və heç bir proqnoz vermirlər”, - F. Gülalıyeva bildirib.
O, bu klinikada neyrocərrahiyyə əməliyyatı keçirmiş xəstənin müalicəsi üçün lazım olan hər şeyin olmasına şübhə ilə yanaşdığını deyib.
Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini hesab edirlər. Gec əməliyyat olunması onun ağır olan vəziyyətini daha da ağırlaşdırıb. Üç gündən sonra Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsi məsələsini öz üzərinə götürərək onu İstanbuldakı ''Avrasiya'' klinikasına göndərib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?