GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » DEPUTATLA MOK-un VİTSE-PREZİDENTİ ARASINDA 500 MİNLİK QALMAQAL – İbrahimovlar onları üz-üzə qoyub

DEPUTATLA MOK-un VİTSE-PREZİDENTİ ARASINDA 500 MİNLİK QALMAQAL – İbrahimovlar onları üz-üzə qoyub

Tarix: 20-11-2019, 15:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 341
DEPUTATLA MOK-un VİTSE-PREZİDENTİ ARASINDA 500 MİNLİK QALMAQAL – İbrahimovlar onları üz-üzə qoyub


Deputat Adil Əliyev iddia edir ki, 11 il əvvəl mənzil və obyekt almaqdan ötrü yarım milyon manatdan çox pul xərcləsə də, aldadılıb. Deputat bu məsələ ilə əlaqədar son iki ildə məhkəmə yollarında qalıb. Onun şikayətinə bir dəfə Nərimanov rayon Məhkəməsində, iki dəfə Bakı Apellyasiya Məhkəməsində, iki dəfə də Ali Məhkəmədə baxılıb.

Gudnemxeber.Az Azadlıq radiosu-na istinadla bildirir ki, A.Əliyevin sözlərinə görə, o, 2008-ci ilin fevral və iyun aylarında «Sahil-D Company» şirkətinin Xətai rayonu, F.Bayramov küçəsi-1156 ünvanında tikdiyi binalardan birinin 10-cu mərtəbəsində 101.5 kvadratmetrlik ikiotaqlı mənzil, o birinin isə birinci mərtəbəsində 200 kvadratmetrlik qeyri-yaşayış sahəsi alıb. Mənzilə görə 77 min, obyektə görə də 425 min manat pul ödəyib. 10 il sonra məhkəməyə üz tutan deputat iddia edib ki, bu əmlakların pulunu ödəsə də, indiyədək istifadə edə bilmir. Məhkəmədən də istəyi belə olub ki, «Sahil-D Company»nin üzərinə mənzil və qeyri-yaşayış sahəsini ona təhvil vermək öhdəliyi qoyulsun.

Şirkət rəhbərliyi deputatın haqsız olduğunu deyir

Məhkəmədə məlum olub ki, sözügedən əmlaklar xeyli vaxtdır başqa adamların istifadəsindədir. O adamlar – Çingiz Hüseynzadə, Şəvahət Əsgərov, Kəmalə Qasımova da maraqlı tərəf kimi məhkəmə prosesinə cəlb olunub.

Şirkət rəhbərliyi isə deputatın haqsız olduğunu iddia edir. Nümayəndəsi də məhkəmədə deyib ki, «Sahil D Company» ilə A.Əliyev arasında bağlanmış müqavilə yoxdur. Onun sözlərinə görə, deputatın tələb etdiyi əmlaklar qanuni qaydada adları çəkilən maraqlı şəxslərə satılıb.

A.Əliyevin məhkəməyə təqdim etdiyi müqaviləyə gəlincə, nümayəndə belə izah edib:«Şirkətin keçmiş icraçı direktoru Məzahir Cəfərov müxtəlif adamları aldadıb, eyni mənzilləri bir neçə nəfərə satmışdı. Ona görə də barəsində cinayət işi başlanmışdı. Lakin o intihar etdi, bu əsasla barəsindəki işə xitam verildi. Adil Əliyev ötən 10 ildə bir dəfə də olsa, əmlakların ona təhvil verilməsi üçün müraciət etməyib. Bu 10 ildə əmlakları ilə maraqlanmayıb. Bütün bunlar onun təqdim etdiyi müqavilələrin sonradan, qanunsuz yolla bağlandığını deməyə əsas verir».

A.Əliyev isə bildirir ki, bu müddətdə dəfələrlə müraciət edib, amma əmlaklarını ala bilməyib.

K.Qasımova da deyir ki, deputatın iddia etdiyi qeyri-yaşayış sahəsi ona məxsusdur, pulunu tam ödəyib, alıb.
Nərimanov rayon Məhkəməsi deputatın iddiasını təmin edib – həm mənzilin, həm də obyektin ona təhvil verilməsi barədə qərar çıxarıb. Şirkət rəhbərliyi və maraqlı şəxslər qərardan apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi mənzillə bağlı hissədə qərarı olduğu kimi saxlasa da, obyektin ona verilməsi hissəsində ləğv edib. A.Əliyev də bu qərarla razılaşmayıb, Ali Məhkəməyə üz tutub.

Bu dəfə Ali Məhkəmə apellyasiya instansiyasının qərarını ləğv edib, obyekt məsələsinin yenidən araşdırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Bu dəfə isə həmin məhkəmə tam deputatın xeyrinə qərar çıxarıb – həm mənzilin, həm də obyektin ona təhvil verilməsini nəzərdə tutan qətnamə qüvvədə saxlanılıb.

«Sahil D Company» və maraqlı şəxslər Ali Məhkəməyə şikayət versələr də, nəticə dəyişməyib.

Bu işdəki maraqlı tərəflərdən biri olan Ç.Hüseynzadə Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.

«Sahil D Company» şirkəti Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimova məxsus olub. Həbsdə intihar edən icraçı direktor Məzahir Cəfərov da N.İbrahimovun qaynıdır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputat Xətai sakinlərinin evlərini əllərindən aldı

    Deputat Xətai sakinlərinin evlərini əllərindən ...

    19-09-2017, 20:45

  • 
  • Fabrikində partlayış olan deputat İqbal Məmmədov  1 milyonluq mənzillərini istəyir

    Fabrikində partlayış olan deputat İqbal Məmmədov ...

    27-07-2017, 14:33

  • 
  • Deputatın milyon yarımlıq evi üzə çıxdı FOTO

    Deputatın milyon yarımlıq evi üzə çıxdı FOTO ...

    4-02-2016, 20:50

  • 
  • Bakıda müdhiş oğurluq

    Bakıda müdhiş oğurluq ...

    19-07-2013, 10:59

  • 
  • Deputatın oğluna 10 min 30 manatlıq iddia qaldırılıb

    Deputatın oğluna 10 min 30 manatlıq iddia ...

    19-07-2019, 13:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (327)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu