Xatırlayırsınızsa, ötən həftə “Beyləqanda 1 saylı məktəbin ərazisi kimə və necə satılıb?” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Beyləqan şəhər Namiq Allahverdiyev adına 1 saylı tam orta məktəbin inzibati ərazisinin zəbt edilərək həmin ərazidə obyekt inşa olunması faktını üzə çıxarmışdıq.
Qeyd etmişdik ki, obyektin kimə məxsus olduğunu araşdırarkən, məktəbin ərazisinə “sahiblik” hüquqi əldə edən şəxsin Beyləqan rayonunda “Aptek Elburus” kimi tanına Əliyev Elbrus Sədi oğlu olduğu məlum olmuşdur. Elburus Əliyev eyni zamanda da Beyləqanda həm də ev tikib satmaqla, maklerliklə məşğuldur. Elə həmin məktəbin ərazisində də tikinti işləri aparakən əlinə düşdüyü füsətdən istifadə edərək ələ keçirib.
Gundemxeber.Az realmedia.az-a istinadən bildirir ki, Beyləqan şəhər 1 saylı tam orta məktəbin ərazisində 2019-cu il tarxində Füzuli rayon 24 saylı köçkün məktəbi üçün yüngül konstruksiyalı – modul tipli bina inşa olunmasına qərar verilib. Məktəbin inşaat işlərini həyata keçirmək hüququnu isə Elbrus Əliyev və qardaşının təsis etdikləri firma əldə edib.
İnşaat firması Beyləqan şəhər 1 saylı tam orta məktəbin ərazisində Füzuli şəhər 24 saylı köçkün məktəbi üçün yüngül konstruksiyalı modul tipli quraşdırma işləri aparan zaman həmin sözügedən 15 kvadrat-metrlik obyekti də inşa edir. Soruşana da deyiblər ki, qarovulxanadır. Tikinti – quraşdırma işləri başa çatandan sonra gözəçi otağı sökülməyib.Əksinə bəzədilib, içəri divarlarına rəflər –piştaxtalar düzülərək qapısı bağlanıb. Bu azmış kimi üstəlik, tikilinin ətrafında daha 10 kvadrat-metr ərazi dəmir barmaqlıqlarla hasara alınaraq “qarovulxana”nın hesabına əlavə olunub.
RealMedia.az xəbər verir ki, sözügedən məktəbin inzibati ərazisini ələ keçirərək obyekt inşa etdirilməsini əks etdirən yazı və video-reprtajımızdan sonra Beyləqan rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən aparatın ictimai-siyasi, hümanitar məsələləri üzrə şöbəsinin müdir Yeganə Məmmədova əraziyə təşrif buyurmuş və həmin qanunsuz tikilinin məktəbin ərazisində inşa olunduğunu, eləcə də həmin tikiliyə qanunsuz olaraq elektrik xəttinin çəkildiyini və işıq sayğacının quraşdırıldığının şahidi olmuşdur.
İcra başçısının xanım müavini, eləcə də 1 saylə Şəhər məktəbinin direktoru Gülbəniz Cəfərova əməkdaşımızla söhbətində də obyektin məktəbin ərazisinə aid inzibati ərazidə tikildiyini bildirmiş, bununla bağlı icra başçısına məlumat veriləcəyini, eləcə də obyektin sökülməsi istiqamətində bütün zəruri addımların atılacağını vurğulamışdır.
Yeri gəlmişkən onu da qeyd edək ki, məktəbin ərazisinin zəbt olunaraq, obyekt tikilməsi faktı ilə bağlı məktəbin direktoru tərəfindən Beyləqan rayon Polis Şöbəsinə və İcra Hakimiyyətinə rəsmi müraciət olunub. İcra başçısının xanım müavini Yeganə Məmmədova əraziyə baş çəkdikdən sonra obyektə çəkilmiş elektrik xətti və işıq sayğacı Beyləqan rayon Elektrik Şəbəkəsi əməkdaşları tərəfindən sökülərək götürülmüşdür. Lakin, “Azərişıq” ASC-nin Beyləqan rayon Şəbəkəsi əməkdaşları obyektə qanunsuz eləktrik xəttinin çəkilməsinə görə heç bir cərimə protokolu tətbiq edilməmişdir.
Sosial durumu kommunal xərcləri ödəməyə yetməyən bir vətəndaş sayğacdan kənar “levi” xətt çəkmiş olsaydı, əlbətə ki, “Azərişıq” ASC-nin Elektrik Şəbəkəsi tərəfindən həmin vətəndaşın dərisi soyulacaq və ən azından ona 400-600 manat məbləğində cərimə tətbiq ediləcəkdir. Nədənsə, kommersiya məqsədli tikilmiş obyektə qanunsuz elektrik xətti çəkərək istifadə edən bir şəxsə qarşı cərimə protokolu tətbiq edilmir. Niyə?
Niyə icra hakimiyyəti aparatında əyləşən və bilavəstə, bu sahəyə nəzarət funksiyasını yerinə yetirən səlahiyyətli şəxslər Beyləqan rayon Elektrik Şəbəkəsindən cərimə protokolunu tələb etmir. Və yaxud da məktəbin ərazisini zəbt edərək yerində qanunsuz obyekti inşa etdirən şəxs və ya şəxslər barəsində qanuni tədbirlər görmürlər? Nədir, onların qarşısını kəsən?
Maraqlı və təccüb doğuracaq məqam isə odur ki, “AZƏRişıq” ASC-nin Beyləqan Elektrik Şəbəkəsi tərəfindən obyektin elektrik xətti dayandırlır və sayğacı sökülərək götürüldüyü halda, bu günləri isə obyektin eləktrik xətti və sayğacı yerinə bərpa edilib. Kim xahiş etdi ki, həmin obyektin elektrik xətti bərpa edilsin? İcra hakimiyyəti və əlaqədar təşkilatlar təhsil müəssisəsinin inzibati ərazisini zəbt edərək yerində qanunsuz obyekt tikən şəxs və ya şəxslər barəsində zəruri tədbiri niyə görmür? İlk günlərdə əməkdaşımıza obyektin söküləcəyini vəd edən icra hakimiyyəti mənsubları, birdən birə nə oldu ki, obyektin fəaliyyətini qanuni hesab etdilər? Olmaya obyekt sahibi icra hakimiyyətinidə öz korrupsioner əməllərinə ortaq edə biliblər?
Yaxşı olar ki, bu sualara Beyləqan Rayon İcra Hakimiyyəti aparatında əyləşən səlahiyyət sahibləri cavab verə.
Bu günlərdə isə Beyləqanda təhsil müəssisəsinin ərazisində inşa olunmuş sözügedən obyekt və dəmir barmaqlıqlarla hasarlanmış ərazinin Əliyev Elburus Sədi oğlunun 6.000 min manat məbləğində qəssaba satdığı deyilir. Qəssabda həmin obyekti bir xanıma hədiyyə edib. Gəlin ümid edək ki, icra hakimiyyəti, əlaqədar təşkilatlar, eləcə də “Azərişıq” ASC-nin İmişli Regional İdarəsi və Beyləqan rayon Elektrik Şəbəkəsi əməkdaşları sözügedən obyektin təhsil müəssisəsinin ərazisində qanunsuz inşası faktı ilə bağlı hərəkətə keçəcək, obyektin sökülməsinə və qanunsuz elektrik xəttindən istifadə edilməsinə görə cərimə protokolu tətbiq edəcəklər.
Sorğu
Yeni dizaynımız necədir?