GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məhkumun atası Prezidentə müraciət etdi

Məhkumun atası Prezidentə müraciət etdi

Tarix: 15-12-2019, 11:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 331
Məhkumun atası Prezidentə müraciət etdi


Məhkum Qasımov Bahadur Əli oğlunun 80 yaşlı atası, Şəmkir sakini Qasımov Əli Əmiraslan oğlu Prezident İlham Əliyevə müraciət edib.

GundemXeber.Az Qaynarinfo-ya istinadən müraciəti oxucularına təqdim edir:

"Möhtərəm Prezident!

Rusiya vətəndaşı olan oğlum Qasımov Bahadur Əli oğlu ailəmizin şərəfi-namusu ilə bağlı mübahisə zəminində Daşkəsən rayon sakini Asəf İsayevi qətlə yetirib. Belə ki, Daşkəsəndə təyinat üzrə müəllimə işləyən qız nəvəmi Asəf İsayev zorla qaçırdıb. Nəvəmin valideynləri övladlarını geri qaytarıblar. Ancaq Asəf İsayev nəvəmi yenidən zorla qaçıracağını təkidlə bildirib. Oğlum Bahadur məcbur olub məsələyə qarışıb və mübahisə zəminində Asəfi qətlə yetirib, könüllü olaraq polisə təslim olub.

Cənab Prezident !

Ümumilli liderimiz Heydər Əliyev deyirdi: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə".

Mən oğlumun günasız olduğunu qəti iddia etmirəm. Bəli, oğlum ailə namusu zəminində cinayət törədib və haqlı olaraq cəzasını almalıdır. Ancaq bu cəza haqlı və ədalətli olmalıdır.

Birincisi, mənim oğlum oğurluq, qulduqluq səbəbi ilə cinayət törətməyib. Bu bir ailənin şərəf məsələsidir. Siz özünüz də dəfələrlə qeyd etmisiniz ki, biz bir millət olaraq bizə yad dəyərlərə, yabançı əxlaqa inteqrasiya edə bilmərik. Bizim dəfələrlə tələbimizə baxmayaraq, qarşı tərəf öz çirkin niyyətindən əl çəkməyib və oğlum məcburiyyət qarşısında cinayətə yol verib. Əlbəttə, mən yenə də oğluma bəraət qazandırmıram. Amma, CƏZA-nın dərəcəsi CİNAYƏT əməlinin dərəcəsinə uyğun olmalıdır. Yəni cəza nə artıq, nə də əskik olmamalıdır. Mənim də tələbim və xahişim oğlumun ədalətlə mühakimə olunması və kimlərinsə tələbi və sifartişi ilə deyil, qanunun tələbi ilə cəzalandırılmasıdır. Başqa xahişim yoxdur.

Cənab Prezident!

Siz özünüz də dəfələrlə qeyd etmisiniz ki, məhkəmə-hüquq sistemində ciddi problemlər var və bunun üçün islahatlara ehtiyac var. Bizim bir ailə olaraq istəyimiz də oğlumun ədalətlə mühakimə olunmasıdır. Ancaq təəssüf ki, 09 dekabr 2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Cinayət kollegiyasının sədri Teyyub Muxtarovun sədrliyi ilə appelyasiya şikayətinə BAXILIB və oğlum Bahadur Qasımovun cəzası 1 il artırılaraq, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Ancaq adına ƏDALƏT məhkəməsi dediyimiz qurum oğlumun söz demək haqqını tanımayıb və son söz deməyə imkan verməyib.

Cənab Prezident !

Heç orta əsrlərdə belə mühakimə olmayıb. Hətta ən qatı cinayətkarın son söz demək haqqı var. Hakim oğlumun özünə yeni vəkil tutmaq tələbini qəbul etməyib. Əgər hakim mənim oğluma öz sözünü deməyə imkan vermirsə, hansı ədalətdən danışmaq olar?

Oğlum öz vəkilindən imtina etməsinə və vaxt istəməsinə baxmayaraq, hakim qanunları və ədalət hissini unudaraq oğlumun hüquqlarını pozub. Yeri gəlmişkən, Təhsil Nazirliyi və Daşkəsən Təhsil Şöbəsi bugünədək təyinatla ucqar dağ kəndinə göndərdiyi öz kadrının talehi ilə maraqlanmayıb.

Cənab Prezident!

Bir daha təkrar edirəm ki, mənim və ailəmin məqsədi oğlumun cəzasını yüngülləşdirmək deyil. Mən istəyirəm ki, hər şey ədalətli və qanuna uyğun olsun. Biz Sizin ədalətinizə sığınırıq, cənab Prezident!"

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında Daşkəsən rayonu Almalı kənd sakini Asəf İsayev Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Sonra qızın valideynləri ora gedərək qızı geri qaytarıblar. Asəf İsayev isə onlara qızı yenə qaçırdacağını deyib.

Məsələyə qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı, Rusiya vətəndaşı Qasımov Bahadur Əli oğlu qarışıb və oğlana onunla görüşüb, söhbət etmək istədiyini bildirib. Onlar görüşüblər, aralarında mübahisə düşüb və nəticədə B.Qasımov onu qətlə yetirib. Bir neçə gündən sonra B.Qasımov Şəmkir rayon Polis şöbəsinə gedərək, törətdiyi cinayəti etiraf edib və könüllü şəkildə təslim olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.

Sonra Bahadur Qasımovun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hökmü ilə Bahadur Qasımov 18 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan tərəflər Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib. 09 dekabr 2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Cinayət kollegiyasının sədri Teyyub Muxtarovun sədrliyi ilə apellyasiya şikayətinə baxılıb və Bahadur Qasımovun cəzası 1 il artırılaraq, 19 il müddətinə azadlıqdan məhrum edilib.

GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göygöldə qan davası zəminində qətl

    Göygöldə qan davası zəminində qətl ...

    9-12-2013, 10:48

  • 
  • Cəlilabadda ər arvadını qəddarcasına qətlə yetirib

    Cəlilabadda ər arvadını qəddarcasına qətlə yetirib ...

    27-08-2017, 16:55

  • 
  • Lələtəpə döyüşçüsündən Mehriban Əliyevaya müraciət: “Tapşırığınız yarımçıq qalıb“

    Lələtəpə döyüşçüsündən Mehriban Əliyevaya ...

    11-06-2019, 11:27

  • 
  • Gəncə Prokurorluğundan saxta ittiham

    Gəncə Prokurorluğundan saxta ittiham ...

    15-03-2013, 10:42

  • 
  • Azərbaycanlı müğənni Moskvada öldürüldü

    Azərbaycanlı müğənni Moskvada öldürüldü ...

    13-05-2015, 01:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu