GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rövşən Bağırov istədiyini edir?.. - Belə çıxır...

Rövşən Bağırov istədiyini edir?.. - Belə çıxır...

Tarix: 15-12-2019, 12:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 357
Rövşən Bağırov istədiyini edir?.. - Belə çıxır...


Gundemxeber.Az musavat.com-a istinadla bildirir ki, Lerik rayon sakini İlham İbadov redaksiyamıza gələrək şikayətlənib. O, bildirib ki, 3 ay öncə etdiyi şikayət üzündən 3 otaqlı mənzili qərəzli şəkildə əlindən alınıb:

“Bu ilin sentyabrın 24-də Lənkəran şəhərində daxili işlər naziri Vilayət Eyvazovla vətəndaşların görüşü keçirilmişdi. Mən də həmin qəbulda oldum və Lerik Rayon İcra Hakimiyyətində baş verən rüşvət və korrupsiya halları ilə bağlı nazirə məlumat verdim. Bundan sonra rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov mənimlə qərəzli davranmağa, Lerik şəhəri H.Aslanov küçəsindəki 18 mənzilli binadakı 3 otaqlı mənzilimi əlimdən almaq üçün müxtəlif oyunlar oynamağa başladı.

Əvvəlcə evimin qapısının qıfılı gah dəyişdirildi, gah sındırıldı, daha sonra evdə olmadığım gün evimə basqın edərək, başqa ailəni evimə köçürdü. Halbuki ailəmə və mənə məxsus bütün əşyalar evdə idi və biz onların heç birini çıxara bilmədik. Mənzillə bağlı Lerik İcra Hakimiyyətinin 2009-cu il 20 iyul tarixli mənə verilən sənəddə bildirilir: “2009-ci ilin 20 iyulunda Lerik şəhəri H.Aslanov küçəsində tikilən 18 mənzilli yaşayış binasında Lerik şəhər sakini İbadov İlham Mürvət oğluna fərdi evin tikintisinə maliyyə imkanları olmaması, mənzilə ehtiyacının böyük olması nəzərə alınaraq ona binanın üçüncü blokunda 18 nömrəli, ümumi sahəsi 71.90 kvadrat, yaşayış sahəsi 45.36 metr kvadrat olan 3 otaqlı mənzil verilmişdir. Binadakı mənzillərin sənədləşdirilməsi, onun rayon mənzil istismar sahəsinin balansına verilməsi prosesləri müəyyən vaxt tələb etdiyindən bu işlər tamamlanadək yuxarıda qeyd olunan mənzil vətəndaş İlham İbadova mənzil üzərində mülkiyyət hüququ saxlanılmaq şərti ilə ona təhkim olunub. Vətəndaş yaşadığı mənzildə ümumi birgə yaşayış normalarına əməl etməklə mənzilin qorunmasına, onun saxlanılmasına, qanunvericiliyin tələblərinə müvafiq məsuliyyət daşıyır”".

Şikayətçi bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, nəticəsi olmayıb: “Aidiyyəti orqanlara dəfələrlə müraciət etmişəm, mənə bildirilib ki, rayon icra hakimiyyətinin şifahi sərəncamı ilə bu iş görülüb. Qeyd edim ki, evdən çıxarılmağımla bağlı mənə heç bir rəsmi xəbərdarlıq edilməyib, sərəncam göstərilməyib. Məlum məsələdir ki, hansısa vətəndaş yalnız məhkəmə qərarı və yaxud sərəncam əsasında mənzilindən çıxarıla bilər. Artıq 10 ildir ki, ailəm ilə birgə həmin mənzildə yaşayıram. Əgər qeyd olunan mənzildə yaşamağımla bağlı hər hansı problem, qanunsuzluq olsaydı, 10 il ərzində mənə bildirilə, xəbərdarlıq olunardı. Niyə məhz indi bu olaylar baş verir? Beləliklə, sentyabr ayının 25-dən ailəmlə birgə küçələrdəyəm. Hazırda ”üçəm" uşaqları olan Firuzə Quliyeva adlı qadını gətirib mənim evimdə yerləşdiriblər. Aidiyyəti qurumlardan xahiş edirəm ki, yenidən mənə aid olan mənzilimin mənə geri qaytarılması, pozulan hüquqlarımın bərpası üçün mənə köməklik göstərsinlər".

Məsələyə aydınlıq gətirmək üçün şikayətdə adı keçən Lerik Rayon İcra başçısı Rövşən Bağırovun da mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. Əvəzində icra başçısının müavini Habil Məlikov suallarımızı cavablandırdı. Qurum rəsmisi vətəndaşın şikayətinin əsassız olduğunu bildirdi: “Bildirim ki, 2008-ci ildə Heydər Əliyevin vəsaiti hesabına Lerikdə 350 yerlik məktəb binası tikildi. Məktəb binası tikiləndə ərazidə yaşayış binası var idi və onun sökülməsi zərurəti yarandı. Eyni zamanda, rayonda Şəhidlər Xiyabanı da salındı və bununla bağlı olaraq həmin ərazidə olan 2 ailənin də evinin sökülməsi zərurəti yarandı və evlər söküldü. Həmin ərəfədə Neft Şirkəti tərəfindən yeni 18 mənzilli yaşayış binası tikildi və evləri sökülən sakinlər həmin binada mənzillə təmin olundu. Həmin binada həm evi sökülən, həm şəhid və imkansız olan bir neçə ailəyə də ev verildi. Məsələn, həmin vaxt bir Qarabağ əlili, ”üçəm" körpələr dünyaya gətirən ana da həmin binada evlə təmin olundu. O cümlədən İlham İbadova da ev verdik və müvəqqəti olaraq evi ona təhkim etmişdik. Beləliklə, yeni tikilən binaya 18 ailə köçürüldü, onların 17-nə mənzillə bağlı qanuni sənəd verildi, İlham İbadov isə mənzilə müvəqqəti olaraq təhkim olunduğundan ona sənəd verilmədi. Çünki vətəndaşın şəhərin mərkəzində A.Əəsdullayev küçəsi, ev 22-də mənzili var idi. O bildirmişdi ki, evi təmirsizdir və müvəqqəti olaraq mənzilə ehtiyacı var. İlham İbadov vaxtilə bizim aparatın işçisi olduğundan ona da müvəqqəti olaraq mənzillə təmin etmişdik. Biz həmin evi verərkən bildirmişdik ki, mənzili tezliklə dövlətə təhvil verməlidir. Lakin vətəndaş evi tərk etmədi və uzun müddət orada yaşadı. Hətta son illərdə həmin mənzildə yaşamayıb. Bir neçə ildir ki, ailəsi ilə birgə A.Əsədullayev küçəsindəki iki otaqlı mənzildə yaşayır və ailəsinin qeydiyyatı da məhz həmin mənzilədir. Biz həmin mənzili komissiya vasitəsi ilə təhvil götürərkən evdə heç bir yaşayış avadanlıqları yox idi. Sadəcə dəmir, boru qırıqları və digər bu kimi əşyalar var idi. Qeyd edim ki, həmin mənzilin bir otağını vaxtilə “üçəm” körpə dünyaya gətirən Firuzə Quliyevaya vermişdik. Hazırda onların ailə üzvlərinin sayı artdığından mənzilin digər 2 otağını da onlara vermişik".

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lerikin icra başçısına qarşı sərt ittihamlar

    Lerikin icra başçısına qarşı sərt ittihamlar ...

    7-12-2012, 10:43

  • 
  • Lerik icra başçısının 35 minlik qoyun sürüsü varmış

    Lerik icra başçısının 35 minlik qoyun sürüsü ...

    8-05-2014, 21:14

  • 
  • Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşların nəzərinə

    Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı ...

    9-06-2016, 16:29

  • 
  • Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşların nəzərinə

    Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı ...

    15-06-2016, 14:20

  • 
  • Lerik Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

    Lerik Rayon İcra Hakimiyyətinə 3 milyon manat ...

    15-10-2018, 19:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu