GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "ARİF ALIŞANOV DA HƏBS OLUNMALIDIR" - Prezidentə müraciət

"ARİF ALIŞANOV DA HƏBS OLUNMALIDIR" - Prezidentə müraciət

Tarix: 20-12-2019, 15:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 486

“Atamı şərləyib tutduran, AzTV-də dövlətin külli miqdarda vəsaitini ələ keçirən, Şamaxıda yüz hektarlarla torpaqlar alan, sərvəti 70 milyon dollardan artıq olan Arif Alışanov da həbs edilən məmurların taleyini yaşamalıdır”.

Gundemxeber.Az “AzPolitika.info”ya istinadla xəbər verir ki, bu fikirləri media vasitəsi ilə ölkə başçısı İlham Əliyevə növbəti müraciətini ünvanlayan Cəmilə Tağıyeva bildirib. C.Tağıyeva AzTV-nin keçmiş sədri Arif Alışanovun şikayəti əsasında həbs edilərək məhkəmənin hökmü ilə 16 il müddətdə azadlıqdan məhrum edilən sahibkar Şücayət Əkbərovun qızıdır.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov 18 il, Z. Şirinov 16 il, Q.Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib. A.Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurdular. Apellyasiya Məhkəməsi isə onların cəzasını qismən azaldıb.

Cəmilə Tağıyeva müraciətində bildirir ki, Arif Alışanov vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə etməklə tabeliyində olan işçiləri Nəbiyev Camal Qədim oğlu, sürücüsü Hacı Babayev və digərləri ilə əlbir olaraq korrupsiya yolu ilə əldə etdiyi külli məbləğdə pulla özünə daşınar və daşınmaz əmlaklar alıb, habelə onlara qarşı cinayət əməlləri törədərək bütün əmlaklarını ələ keçirib.

Müraciətdə qeyd olunur ki, yüzdən çox daşınmaz əmlakı Arif Alışanovun həyat yoldaşının, qızının, bacısı qızının, kürəkəninin, sürücüsünün adlarına almasını təsdiq edən rəsmi dövlət sənədləri var. Və bu var-dövləti əldə etmək üçün 70 milyon manatdan çox vəsait xərclənib.

“A.Alışanovun əməkhaqqı 1800-2000 manat olduğu halda, bu qədər var-dövləti hansı yolla əldə edib? O, çəkinmədən və utanmadan mənim atam Şücayət Əkbərovdan 7.000.000 manat zərər tələb edir. Bu qədər vəsaitin iddiasında olan Alışanovla bağlı aidiyyatı dövlət qurumları araşdırma aparmalı deyillərmi? Alışanova gələndə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun işləmir, prokurorluq üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir. Bu şəxslər dövlət büdcəsini talan edib, özlərinə var-dövlət yığıb, vəzifədən çıxandan sonra isə əldə etdikləri nəhəng sərvəti sağa-sola xərcləyib, harın həyat tərzi sürürlər. Bəs biz nə etməliyik? Bəs biz yoxsulları və kimsəsizləri kim müdafiə etməlidir? Axı biz də Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşlarıyıq!”, – deyə C. Tağıyeva qeyd edir.

O, müraciətində Prezident İlham Əliyevdən xahiş edir ki, atası barədə qaldırılmış cinayət işinin yenidən araşdırılması, sifarişçi Arif Alışanovun fəaliyyətinin yoxlanılması barədə göstəriş versin: “Hörmətli cənab Prezident! Biz ölkəmizin necə böyük sürətlə dəyişidiyini, inkişaf etdiyini görürük. Sizin iradənizlə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Xüsusi ilə, vətəndaşlara divan tutan korrupsioner məmurların cəzalandırılması bizləri çox sevindirir. Böyük ümidlərimiz var ki, atamla bağlı da ədalətli qərar çıxarılacaq, onu əsassız həbs etdirən Arif Alışanov layiqli cəzasını alacaq”.

Xatırladaq ki, Arif Alışanovun cinayət işində istintaqa zərərçəkmiş qismində verdiyi ifadələr mətbuatda yayılıb. Keçmiş sədr bildirib ki, təxminən 2007-ci ilin ortalarında Şamaxı rayonunda torpaq almaq qərarına gəlib. Bu məqsədlə rayonunun Nağaraxana kənd sakini Şücayət Əkbərovla tanış olub. O qeyd edib ki, ki, 2012-ci ildə qardaşı Habil, yeznəsi Vidadi Cəfərov, qayınları - Etibar, Natiq Bağırovları da kənd təsərrüfatı ilə məşğul olmağa cəlb edib, torpaqların yerli sakinlərdən satın alınmasında Şücayət Əkbərovdan köməklik göstərməsini istəyib: “2012-ci ildən 2016-cı ilədək hissə-hissə qardaşım Habil 200 000 manat, yeznəm Vidadi 200 000 manat, qaynım Etibar 1 800 000 manat, qaynım Natiq 3 500 000 manat, özüm isə 500 000 manat - cəmi 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəldik...”

A. Alışanov Şücayət Əkbərovun torpaq alqı-satqısında onu aldatdığını, daha sonra sui-qəsd təşkil etdiyini iddia edib: “...Hazırda anlayıram ki, Şücayət çölün düzündə olan sahəyə məni aparıb qətlə yetirmək istəyib. Bu hadisədən bir neçə gün sonra biz Şamaxıya gedəndə polis əməkdaşlarının Şücayəti tutduqlarını bildik. Bundan sonra Bakıya qayıtdıq. Sonradan Şücayət Əkbərovun məni, bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istədiyi məlum oldu...”

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​“ARİF ALIŞANOVLA BAĞLI CİNAYƏT İŞİ QURAMADIR” – AzTV sədrinin tutdurduğu brokerin qızı

    ​“ARİF ALIŞANOVLA BAĞLI CİNAYƏT İŞİ QURAMADIR” – ...

    15-02-2018, 22:57

  • 
  • Məhkəmə AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib

    Məhkəmə AzTV sədrini öldürməyə cəhddə ...

    14-03-2018, 12:54

  • 
  • Arif Alışanovla bağlı məhkəmədə İLGİNC QƏRAR

    Arif Alışanovla bağlı məhkəmədə İLGİNC QƏRAR ...

    1-02-2019, 14:42

  • 
  • “Arif Alışanov məhkəməyə gəlməsə, sullara cavab verməyəcəm” — AZTV sədrinin məhkəməsi

    “Arif Alışanov məhkəməyə gəlməsə, sullara cavab ...

    20-04-2018, 14:13

  • 
  • AzTV sədri haqda şok ittiham – “Qara bir qızla gəzirdi”

    AzTV sədri haqda şok ittiham – “Qara bir qızla ...

    9-03-2018, 12:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu