GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bələdiyyə seçkilərində səsvermə zamanı qanun pozuntularının olduğu bildirilir

Bələdiyyə seçkilərində səsvermə zamanı qanun pozuntularının olduğu bildirilir

Tarix: 23-12-2019, 18:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 491
Bələdiyyə seçkilərində səsvermə zamanı qanun pozuntularının olduğu bildirilir


Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

Gundemxeber.Az bildirir ki, MSK-nın məlumatına görə, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində saat 12:00-a kimi fəallıq 18.07 faiz təşkil edib.

MSK bildirib ki, səsvermə hüququna malik 4972356 seçicidən həmin saatadək 898542 nəfər səsvermədə iştirak edib.

***

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək seçici iştirakına dair rəqəm açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildiriblər.

MSK-nin məlumatına görə, seçici fəallığı həmin saatadək 8.51 faiz olub. Səsvermə hüququna malik 4972356 seçicidən həmin vaxta kimi 423361 nəfər səsvermədə iştirak edib.

Dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev də bələdiyyə seçkilərində səs verib.

Rəsmi məlumatlara görə, prezident və onun ailə üzvləri səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəlib. Onlar həmin məntəqədə səs veriblər.

Öz növbəsində, 24 saylı Nizami Seçki dairəsində vətəndaşların təkrar səs verməyə buraxıldığı bildirilir.

Müstəqil müşahidəçi İlkin Rüstəmzadə Amerikanın Səsinə bildirib ki, "karusel" (bir şəxsin bir neçə məntəqədə səs verməsi) olduğunu müşahidə edib.

"Mən 220 saylı məktəbdə 1, 2, 3,4 saylı məntəqədə müşahidəçiyəm. Karusel baş verdi. Sol barmağa ultra bənövşəyi şüa vurulmalıdır, sağ barmağa vururdular. Neçə dəfə səs verirdilər. Sonra kimsə DSK-ya şikayət elədi. Çəkilişə icazə verilmədi," o bildirib.

"24 saylı dairənin 1-ci seçki məntəqəsinin sədri Əzimova Lətifə bizə qarşı diskriminativ hərəkətləri etdi. Televiziya işçiləri gələnə qədər çox kobud rəftar etdi. Oturub aktları yazmaq üçün stol xahiş etdikdə, çox kobud cavabla mümkün olmadığını bildirdi. Müşahidəçilərin ayağ üstə durmasına icazə olmadığını bildirdi. Çəkilişə icazə olmadığını bildirdi. Topa bülleten atılmasına yol verirdi. Sol barmağa sprey vurulmalı olduğu halda, hamıya hər barmağa vurub 2-dən artıq səs verməyə yol açırdı," Türkan Rüstəmzadə Facebook səhifəsində qeyd edib.

Bələdiyyə üzvlüyünə namizəd Rəbiyyə Məmmədova 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 7 saylı məntəqəsində qutuya topa bülletenlər atıldığını deyib.

Onun sözləinə görə, məntəqədə süni şəkildə aktivlik yaradılır.

“Qanun pozuntuları var. Öz gözlərimlə də görmüşəm. 7 saylı seçki məntəqədə qutuya topa bülleten atıblar. Məntəqədən məntəqəyə karusel təşkil edilib. Bunların da sübutu var. Müəllimələr valideynləri cəmləşdirib. Hətta valideynlərin nənələrinə, babalarına belə xəbər verirlər ki, gəlsinlər seçkidə iştirak etsinlər. Yəni karusel təşkil edirlər. Bir neçə video var ki, bir nəfər bir neçə yerdə səs verir. Qanun pozuntuları çoxdur. Biz də mübarizə aparırıq,” o Amerikanın Səsinə deyib.

10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədin dediklərıni təkzib ediblər.

“Onun dedikləri yalandır. Bülletenin özü o qədər böyükdür ki, onu qatlayanda güclə qutuya girir. Belə olan halda topa bülleteni necə atmaq olar? Karusel ilə bağlı məlumat da həqiqətə uyğun deyil. Ola bilsin, məntəqəyə bir neçə nəfər bir yerdə girir, amma bu, heç bir halda karusel deyil,” seçki dairəsindən bildiriblər.

Bəxtiyar Abdullayev 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 6 saylı məntəqəsində seçicidir. O, seçici siyahısənda adını tapa bilməyib. Məntəqədə ona guya ad-familiyasının qarşısından imza atmasını təklif ediblər. Seçici görüb ki, Axundov Elmar Cavid oğlunun əvəzinə imza atıb.

“Axundov Elmarın əvəzində imza atdırdıqlarını fotoya aldım və bundan sonra əlavə siyahıda adımı qeyd etdilər. Mənə deyirlər ki, uşaqların üçün məktəbdə problem yaranmasını istəmirsənsə şikayət etməkdən əl çək. Polisə, dairə seçki komissiyasına müraciət etmişəm,” seçici Amerikanın Səsinə deyib.

9 saylı Səbail seçki dairəsinin 5 saylı məntəqəsində vətəndaşların təkrar səs verməyə buraxıldığı bildirilir.

Bu barədə Turan agentliyinə həmin dairədən namizəd olan Elgiz Qəhrəman məlumat verib:

Məntəqədə vətəndaşın səs verib-verməməsini yoxlayan xanım mənzil kommunal istismar sahəsinin işçisidir. O özünün tanıyıb çağırdığı adamlardan bir neçəsini təkrar səs verməyə buraxır. Məni görüb tanıdı, məndən sonra gələnləri geri göndərdi."

29 saylı Səbail seçki dairəsinin sədri Cahangir Məmmədov isə Turan agentliyinə deyib ki, məsələ araşdırılıb.

31 saylı Suraxanı ikinci seçki dairəsinə aid olan bəzi seçki məntəqələrində vətəndaşların qrup şəkilində seçkilərə cəlb edilməsi hallarının müşahidə olunduğu bildirilir.

Bu barədə Turan agentliyinə seçki müşahidəçiləri məlumat verib.

Müşahidəçilərin sözlərinə görə, dairənin 12, 13 və 14-cü məntəqələrində digər rayonların vətəndaşları səs verməyə gəliblər.

"Saatlı, Sabirabad və digər rayon sakinləri səs verir. Karusel müşahidə olunur. Bu, məktəblərin direktorlarının göstərişi ilə edilir. Məktəb rəhbərliyi digər rayonlarda qeydiyyatda olan şagirdlərin valideynlərinə gəlib Suraxanıdan səs verməyi tapşırıb."

Deyilənlərə münasibət öyrənmək üçün 31 saylı Suraxanı ikinci seçki dairəsinin sədri İlham Bayramovla əlaqə saxlasaq da o danışmadı.

"Mən telefonla suallara cavab vermirəm," o bildirib.

Bu deyilənlərə hələlik, Mərkəzi Seçki Komissiyası və Təhsil Nazirliyindən də münasibət öyrənmək cəhdləri nəticə verməyib.

Amma Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, müraciət daxil olarsa, dərhal "Seçki Məcəlləsi"nin tələbinə uyğun addımlar atılacaq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MSK saat 10:00-a olan seçici fəallığını açıqlayıb

    MSK saat 10:00-a olan seçici fəallığını açıqlayıb ...

    11-04-2018, 11:54

  • 
  • MSK seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb

    MSK seçici fəallığı ilə bağlı yekun nəticələri ...

    9-10-2013, 21:40

  • 
  • Ən çox seçici fəallığı harada qeydə alınır?

    Ən çox seçici fəallığı harada qeydə alınır? ...

    23-12-2014, 13:03

  • 
  • "Bütün bələdiyyələrdə tərkib formalaşmış sayılır " – MSK sədri

    "Bütün bələdiyyələrdə tərkib formalaşmış ...

    25-12-2014, 02:04

  • 
  • Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir

    Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir ...

    23-12-2019, 10:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu