GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ceyhun Bayramov Şəki və Oğuza getdi,amma yenə görməzdən gəldi

Ceyhun Bayramov Şəki və Oğuza getdi,amma yenə görməzdən gəldi

Tarix: 29-12-2019, 14:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 567
Ceyhun Bayramov Şəki və Oğuza getdi,amma yenə görməzdən gəldi


Məlumat verildiyi kimi ötən həftə Təhsil naziri Ceyhun Bayramov Şəki şəhəri 11 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimində iştirak edib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanın da iştirak etdiyi tədbirdə nazirə dördmərtəbəli və beş korpusdan ibarət yeni məktəbdə 38 sinif otağı ilə yanaşı məktəbəhazırlıq qrupu otağı, hər cür avadanlıqlarla təchiz olunmuş fizika, kimya, biologiya, texnologiya, informatika, hərbi hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt zalı, idman zalı və 80 yerlik yeməkxana olduğu barədə məlumat verilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xəttlərinin çəkildiyi, binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırıldığı da nazirin diqqətinə çatdırılıb.

Həmin gün C.Bayramov eyni zamanda Oğuz rayonu Padar kənd tam orta məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanışlıq olub. Ümumi təhsil müəssisəsində yaradılan şəraitlə tanışlıq zamanı nazirə bildirilib ki, Oğuz rayonu Padar kənd tam orta məktəbi 460 şagird yerlikdir, tədris binasında 24 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, texnologiya otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana və oxu zalı, informatika, məktəbəhazırlıq otağı, 72 yerlik yeməkxana, idman zalı yerləşir. Məktəb binasının istiliklə təmin olunması üçün təbii qazla işləyən müasir tələblərə cavab verən qazanxana və nasosxananın quraşdırılması barədə nazirə məlumat verilib. Lakin bölgəyə bu səfərində Ceyhun Bayramovun digər kənd məktəblərinin problemləri barədə nə dərəcədə məlumatlandırılıb?

Aktualinfo.org-un ötən həftə elə nazirin səfər etdiyi zonada olan orta məktəblərin acınacaqlı vəziyyəti ilə bağlı dərc etdiyi geniş yazıda hər şey öz əksini tapmışdı. Redaksiyanın Şəki,Oğuz,Qəbələ rayonlarının orta ümumtəhsil məktəblərinə ayrılmış dövlət vəsaitlərinin təyinatından kənar xərclənilməsinə dair çaldığı həyəcan təbilinin səsi geniş yayıldı. Amma çox təəsüf ki,bu səs nə Təhsil nazirinin,nə də sözügedən rayonların təhsil şöbələrinin müdirlərinin qulağına çatmadı.

Biz ötən yazımızda da qeyd etmişdik. Bir daha da qeyd edirik ki, bu gün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işlər sayəsində ölkə ərazisində qazlaşdırılmamış çox az sayda kənd qalıb. Bölgələrdə aparılan bu quruculuq işləri kənd orta məktəblərindən də yan keçməyib. Kəndlərdə artıq orta məktəblər təbii qazla işləyən və müasir tələblərə cavab verən qazanxanalar vasıtəsi ilə qızdırılır. Nazir Ceyhun Bayramova bölgədə açılışında iştirak etdiyi orta məktəblərdə də qazanxana sisteminin qurulduğu barədə məlumat verildi. Dövlət büdcəsindən bu məqsədlərlə ayrılan milyonlarla vəsaitin hara xərcləndiyı görəsən naziri heç düşündürübmü? Bölgəyə səfəri zamanı istilik sistemi olmayan orta məktəblərə bir nazir kimi baş çəkməyən Ceyhun Bayramov üçün bu bəlkə də maraqlı olmayıb. Amma uşaqları soyuqdan donan kənd sakinləri üçün çox maraqlı olardı. Ceyhun Bayramova da onda maraqlı olardı ki, kənd orta məktəblərində odun yanacağının dövlətin ayırdığı vəsaitlərlə deyil, valideynlərdən toplanan pullar hesabına alındığını öz qulaqları ilə eşidəydi. Elə orta məktəblərin dezinfeksiya və dezinseksiya olunması barədə olan məlumatları da həmçinin. Yaxşı olardı ki,Ceyhun Bayramov bir nazir kimi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin fəaliyyəti ilə də yaxından bir maraqlanaydı. O,mərkəzin ki,müdiri Təhsil Nazirliyində Daxili Nəzarət şöbəsinin müdiri İlqar Mahmudovun dayısı oğludur. Hansı ki cəmi bir il əvvəl həmin vəzifəni özü tuturdu və dayisı oğlu Araz Babayevə təhvil verməzdən öncə büdcə pullarını özü talayırdı.

Aktualinfo.org ötən yazıda qazanxana sistemi olmayan orta məktəblərin isidilməsi üçün dövlət tərəfindən hər il külli miqdarda vəsaitin ayrıldığı barədə məlumat vermişdi. Amma bu vəsaitlərin hara sərf olunduğu barədə heç bir məlumat əldə edə bilməmişdi. Məsələn əldə etdiyimiz məlumatlara görə Şimal-Qərb zonasının ən bötük rayonu olaraq Şəkidə qazlaşdırılmamış çox az sayda kənd qalıb. O cümlədən də Oğuz və Qəbələ rayonlarında.Təhsil Nazirliyinin sözügedən rayonları əhatə edən edən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi bu rayonlardakı orta məktəblərin qızdırılmasına odun yanacağının alınması üçün verdiyi sifarişin dəyəri 208 900 manat olduğu bəllidir. Bəs bu rayonlarda qazanxana sistemi olmayan neçə məktəb var? Ayrılan bu vəsaitlər hesabına neçə və hansı kənd orta məkəbləri üçün nə qədər odun yanacağı alınıb? Göstərilən məbləğə neçə kənd orta məktəbinə qazanxana sistemi quraşdırmaq olardı?

Qeyd edək ki, Şimal -Qərb zonasının Şəki,Oğuz Qəbələ rayonlarını əhatə edən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 22.07 2019-cu ildə odun yanacağının alınması üzrə elan etdiyi tenderi “KRESPO” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb. 208900 manat dəyərində odun yanacağının satınalması nizamnamə kapitalı cəmi 2 manat olan bir MMC-yə həvalə olunub. MMC Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində tenderdə qalib olduğu gündən üç ay əvvəl,yəni 01.04 2019 -cu ildə vergi uçotuna alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi ev 4 göstərilən MMC-nin qanuni təmsilçisi Emil Elçin oğlu Mehdizadədir. Mərkəzin 17.04 və 14.06 2019-cu ildə derafizasiya, dezinseksiya və dezinfeksiya işləri üzrə elan etdiyi digər tenderləri isə “PROF-DEZ” MMC qazanıb. Hər bir tenderə 91804.83 manat büdcə vəsaiti ayrılıb. Bu MMC də Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Sabunçu rayonu,Bakıxanov qəsəbəsi ev 15 olan MMC-nin qanuni təmsilçisi Rəhimov Yusif Əlimədəd oğludur. Reyster tarıxındən son çıxarışı 2008-ci ildə olan bir MMC ilə ümumi dəyəri 183609.66 manatlıq bir müqavilə bağlanarkən dövlət satınalmaları haqqında qanunun tələblərinə burada nə dərəcədə riayət olunub?

Yuxarıda qeyd etdiyimiz kimi,son vaxtlar rayonlarda və kəndlərdə yeni qaz xətlərinin çəkilməsi ilə əlaqədar məktəblərə odun yanacağının alınması üçün külli miqdarda dövlət vəsaitinin ayrılmasına ehtiyac qalmır. Ona görə də 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağının alınması ilə bağlı elan etdiyi tenderlərdə qanun pozuntularına yol verilməsi qənaətinə gəlməmək olmur. İsitmə sistemi quraşdırılmamış məktəblərdə isə odun yanacağının valideynlərin hesabına alınması heç kimə sirr deyil.Bəs bir neçə ay ərzində rayon məktəblərinə odun yanacağının alınması və dezinfeksiya işlərinin aparılması məqsədi ilə ayrilmış 400 000 manat civarında dövlət vəsati necə olub? Biz bir mətbuat orqanı olaraq Azərbaycan Respublikasının Hesablama Palatasından və Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən bu vəsaitlərin təyinatı üzrə xərclənib,xərclənməmməsinə aydınlıq gətirilməsi üçün yoxlamaların təşkil olunmasını tələb edirik.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Maştağada 28 nömrəli tam orta məktəbin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

    Prezident İlham Əliyev Maştağada 28 nömrəli tam ...

    14-09-2018, 12:00

  • 
  • Təhsil naziri vəzifəsini Ceyhun Bayramov əvəz edəcək

    Təhsil naziri vəzifəsini Ceyhun Bayramov əvəz ...

    5-12-2017, 18:30

  • 
  • Ceyhun Bayramov rüşvətlə bacara bilmir... - 20 nömrəli məktəbdə nə baş verib ki, məktəbin təmirə ehtiyacı yaranıb?

    Ceyhun Bayramov rüşvətlə bacara bilmir... - 20 ...

    22-10-2019, 13:38

  • 
  • Şəkidə təhsil sistemi necə bərbad günə salınıb... - İDDİA

    Şəkidə təhsil sistemi necə bərbad günə salınıb... ...

    9-04-2019, 12:24

  • 
  • Ceyhun Bayramov bundan xəbər tutarsa... - İTTİHAM

    Ceyhun Bayramov bundan xəbər tutarsa... - İTTİHAM ...

    3-12-2018, 12:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu