“98 sayılı Şəmkir şəhər dairə seçki komissiyası rəsmən özbaşınalıqla məşğuldur. Artıq bir həftədir imzaları təqdim etmişəm, cavab vermirlər. MSK-nın informasiya mərkəzinin saytında baxıram 99 sayılı Şəmkir kənd və 100 sayılı Şəmkir-Daşkəsən dairə seçki komissiyaları bütün namizədlərin qeydiyyatını yekunlaşdırıb, qeydiyyata alıblar”.
Gundemxeber.Az sozcu.az-a istinadla xəbər verir ki, bunu Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, deputatlığa namizəd Ceyhun Nəbi deyib.
“Bizə qarşı(xüsusi olaraq mənə qarşı) bu özbaşınalığın arxasında iki şəxsdən biri dayanır. Ya 98 sayılı dairədə YAP-ın ənənəvi namizədi Sahibə Qafarova, yada ki, Şəmkir İH-nin başçısı Alimpaşa Məmmədov” -deyən Ceyhun Nəbi baş verən özbaşınalıqların ictimailəşdirilməsini xahiş edib:
“Şəmkir rayonu Azərbaycanda özbaşınalığın, talançılığın, korrupsiyanın özünə yer etdiyi əsas rayonlardan biridir. Sağlam mövqeyə sahib namizədlərin, xüsusi olaraq mənim namizədliyimin qeydiyyatının gecikdirilməsi və yaxudda qeydə alınmaması ilə bağlı hazırlıq bundan xəbər verir ki, qeyd etdiyim şəxslər mənim ciddi şəkildə bu məsələləri üzə çıxaracağımdan, ifşa edəcəyimdən, ictimailəşdirəcəyimdən narahatdırlar. Beləliklə Şəmkirdə narazı elektoratın, özbaşınalıqlardan bezmiş insanların mənimlə birlikdə olacağını düşünürlər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?