Redaksiyamıza Naxçıvan MR-da anadan olmuş, hal-hazırda Xətai rayonu Gəncə prospekti ev 30, mənzil 87-də yaşayan Allahverdiyeva Almaz Əbilfəz qızı tərəfindən şikayət ərizəsi daxil olmuşdur.
Şikayətçi ərizəsində qeyd edir ki, onun şikayəti əsasında Yasamal rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 madəsi ilə təqsirli bilinən Cəfərov Elçin Sərdar oğlunu Prokurorluğun əsassız razlığı ilə məhkəmə azadlığa buraxmışdır. Halbuki, həmun iş üzrə istintaq aparılırdı və iş üzrə istintaqda adları keçən Moskvada yaşayan Rabil və Türkiyə vətəndaşı biznesmenin köməkliyi ilə buraxılıbdır. Prokurorluq və Yasamal rayon Məhkəməsinin hakimi Murad Məmmədov çox yaxşı bilirdi ki, bu iş üzrə zərərçəkmiş Almaz Alılahverdiyevanın şikayəti ondan ibarətdir ki, Rabil və digər şəxslər də bu cinayətin iştrakçısıdır və həmin şəxslər gələcəkdə istintaqa cəlb oluna bilər.Belə olan halda istintaqın gedişində bu şəxslər azadlıqda ola-ola kim deyə bilər ki, maneçilik törətməyəcəklər. Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?