GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cahangir Hacıyevin bacısı: Ədliyyə Nazirliyi bütün məhkəmələrə təsir göstərir

Cahangir Hacıyevin bacısı: Ədliyyə Nazirliyi bütün məhkəmələrə təsir göstərir

Tarix: 5-02-2020, 12:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 369
Cahangir Hacıyevin bacısı: Ədliyyə Nazirliyi bütün məhkəmələrə təsir göstərir


"Bütün məhkəmələr qeyri-rəsmi şəkildə bildirirlər ki, Ədliyyə Nazirliyinin rəhbərliyi göstəriş verib”

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2015-ci ilin dekabrından həbsdə olan sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva iddia edir ki, Ədliyyə Nazirliyinin rəhbərliyi onun qardaşıyla bağlı işlərə baxan bütün məhkəmələrə təsir göstərir. Onun sözlərinə görə, hətta vərəsəlik hüququnun təsdiqi kimi siyasi olmayan məsələlərdə belə, obyektiv qərar çıxarılmasına imkan verilmir.
"Cahangir Hacıyevin birinci hökmdə mühakimə edildiyi maddələrə sonradan dəyişiklik edilib, cəza müddətləri azaldılıb. Cinayət Məcəlləsinə dəyişikliklər 2017-ci il oktyabrın 20-də edilib. O vaxta qədər mühakimə edilən şəxslərin işinə yenidən baxılıb, cəzalara dəyişiklik edilib. Amma Cahangir Hacıyevə münasibətdə bu, mümkün deyil. Çünki Ədliyyə Nazirliyinin rəhbərliyi buna imkan vermir”, - deyə Ə.Hacıyeva Meydan TV-yə açıqlamasında bildirib.
Həbsdə saxlanılan şəxslərin həftədə iki dəfə telefonla danışmaq, ailə üzvlərilə görüşmək hüququ var. Onun sözlərinə görə, başqalarından fərqli olaraq, C.Hacıyevin bu hüquqları da məhdudlaşdırılıb: "İlyarımdır ki, Cahangir Hacıyevin telefon danışıqları hüququ məhdudlaşdırılıb. Hətta övladları ilə də danışa bilmir. Onları beş ildir görmür. Dörd ildir ki, mən anamın mülkiyyətilə bağlı vərəsəlik hüququ əldə edə bilmirəm. Nə qədər məhkəmələrə müraciət etmək olar? Bütün məhkəmələr qeyri-rəsmi şəkildə bildirirlər ki, Ədliyyə Nazirliyinin rəhbərliyi göstəriş verib. Göstəriş olmasaydı, Konstitusiyanı, qanunları pozub, Cahangir Hacıyevin yeganə yaşayış yeri olan evini müsadirə eləməzdilər ki...”
Qardaşının səhhətindəki problemlər üzündən müalicəyə ehtiyacı olduğunu deyən Ə.Hacıyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyindən də narazıdır. Deyir ki, C.Hacıyevin durumuyla maraqlanmaları üçün dəfələrlə onlara müraciət edib, amma nəticəsi olmayıb: "Cahangir Hacıyevə qarşı heç bir sübut ortaya qoya bilmədilər. İddia edirlər ki, bu qədər kredit verilib, mənimsənilib. Bəs bankın fəaliyyətinə nəzarət edən Müşahidə Şurası hara baxırdı? Beynəlxalq Bankın Müşahidə Şurasının sədri maliyyə nazirinin müavinidir. Ondan niyə hesabat istəmirlər? Deməli, sifarişdir, Cahangir cəzalanmalıdır, vəssalam. Cahangir Hacıyevin dövründə verilən kreditlər hesabına nə qədər uğurlu müəssisələr yaradılıb. Gəlir gətirən həmin müəssisələrin hamısı ələ keçirilib. Müəssisələri də götürüblər, krediti də ödəmirlər. Pulu da Cahangir Hacıyevin üzərinə qoyurlar. Bu, necə olur?! Bankın bütövlükdə kredit portfeli 6 milyard manat olubsa, bu necə 4.7 milyardı mənimsəyib? Bu halda, bank mövcud ola bilməzdi”.
C.Hacıyevin 16 il 6 ay, dostu, keçmiş deputat Dünyamin Xəlilovun isə 14 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən verdikləri şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır. C.Hacıyevin haqqındakı hökmün cinayət qanunvericiliyinə edilən dəyişikliklərə uyğunlaşdırılması barədə ərizəsinə isə fevralın 7-də Qaradağ rayon Məhkəməsində baxılacaq. Penitensiar Xidmət təcridxanada C.Hacıyevin telefon danışığı və görüş hüququnun məhdudlaşdırılması barədə bacısının dediklərini təkzib edib.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cahangir Hacıyevin bacısı Fuad Ələsgərova müraciət edib

    Cahangir Hacıyevin bacısı Fuad Ələsgərova ...

    3-10-2018, 00:47

  • 
  • Cahangir Hacıyevin bacısı aeroportda saxlandı - Gürcüstana getmək istəyirmiş

    Cahangir Hacıyevin bacısı aeroportda saxlandı - ...

    29-03-2019, 13:26

  • 
  • Cahangir Hacıyevin BACISINDAN AÇIQLAMA

    Cahangir Hacıyevin BACISINDAN AÇIQLAMA ...

    3-10-2017, 17:46

  • 
  • “Sizdən kömək istəyirik” — Cahangir Hacıyevin bacısı Prezidentə MÜRACİƏT ETDİ

    “Sizdən kömək istəyirik” — Cahangir Hacıyevin ...

    11-09-2019, 16:03

  • 
  • Cahangir Hacıyevin bacısı prezidentə təkrarən müraciət edib

    Cahangir Hacıyevin bacısı prezidentə təkrarən ...

    20-09-2018, 13:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu